Bu gün, 11 may tarixi "Xəzər
Lənkəran”ın sadiq azarkeşlərindən Mirhafiz Babayev və İslam Cabbarlı nə qədər
təsadüfi olsa da eyni gündə doğum günlərini qeyd edirlər. Belə ki, Mirhafiz
Babayevin 47 yaşı tamam olursa, İslam Cabbarlı 43 yaşının tamam olmasını qeyd
edir.
Bildiyiniz kimi Mirhafiz
bəy həm də "Xəzər Lənkəran”ın seçilən fanklublarından olan "Bosman”ın
təsisçilərindən biri, həm də yarandığı gündən indiyə qədər rəhbəridir.
Eyni zamanda İslam bəy, "12-ci Oyunçu” azarkeş
qrupunun təsisçilərındən biri və yarandığı gündən bugünə qədər onun rəhbəridir.
Onların rəhbərliyi ilə həm "Bosman” fanklubu, həm də "12-ci Oyunçu” azarkeş
qrupu doğma komandamız olan "Xəzər Lənkəran”ın çətin və xoş günlərində həmişə
yanında olmuş və bir fanat hərəkatının bəlkə də edə biləcəklərindən daha artığının
öhtəsindən gəlmişlər və bu yolda bu gün də sevgi və səylərini davam etdirirlər.
Həm İslam bəyə, həm də Mirhafiz bəyə bu əziz
günlərində ən şirin nemət olan can sağlığı, uzun ömür və xoşbəxtlik
arzulayırıq. Və bilirik ki, onları xoşbəxt, sağlam və uzun ömürlü edəcək
başlıca bir səbəb, "Xəzər Lənkəran” adlı gəmini daim sağlam, həmçinin ən irəli
sıralarda görməkdir. Allah bu arzularınızın gerçəkləşməsi ilə sizləri və bizləri
həmişə sevindirsin.
Bir daha doğum gününüz mübarək!