Bu günlərdə "Xəzər
Lənkəran” klubunda daha xoş bir gün qeyd olunub. Belə ki, komandanın icraçı
direktoru, eyni zamanda ""Xəzər Lənkəran” Mərkəzi Stadionu”nun direktoru Höccət
Hacıyev may ayının 18-də, ömrünün 46-cı baharını qeyd edib. Bu münasibətlə biz,
"Bosman” fanklubu olaraq, Höccət bəyi təbrik edir, ona can sağlığı, şəxsi işlərində
müvəffəqiyyət arzulayırıq.
Höccət bəy, öz əməksevərliyi
və bacarığı sayəsində doğma meydanımız olan "Fırtınalar Meydanı”nı daim
matçların keçirilməsinə hazır vəziyyətdə saxlaya bilir. UEFA tərəfindən qəbul
olunmuş və beynəlxalq yarışların keçirilməsi üçün təsdiq olunmuş bir arenanı
lazımi səviyyədə saxlamaq çətin olduğu qədər də məsuliyyətli işdir. Təsadüfi
deyil ki, bu arenada artıq həm gənclərdən ibarət, həm də əsas milli futbol komandamızın
bir neçə rəsmi oyunu keçirilib və yaxın zamanlarda da bir neçə rəsmi beynəlxalq
oyunların keçirilməsi nəzərdə tutulub. Buraya doğma "Xəzər Lənkəran”ın beynəlxalq
arenada ötən mövsüm keçirilən və bu il də Avropa Liqası oyunlarının keçiriləcəyini
nəzərə alsaq, onda Höccət bəyin necə bir məsuliyyətli işin öhtəsindən gələ
bildiyi ortaya çıxır.
Həmçinin Höccət bəyin
bir icraçı direktor kimi işinin öhtəsindən bacarıqla gəldiyini deyə bilərik.
Onun "Xəzər Lənkəran” azarkeşləri ilə olan isti münasibəti və onlara yaradılan
bütün şərait azarkeşlər tərəfindən də yüksək qiymətləndirilir. Hamı kimi
komandanın uğurlarında Höccət bəyin də böyük ölçüdə payı var.
Biz bir daha Höccət
Hacıyevi təbrik edir, ona bu işlərdə daha çox müvəffəqiyyət arzulayırıq. 46
yaşın Mübarək, Höccət bəy!
|