Bu gün "Bosman” fanklubunun rəhbəri Mirhafiz
Babayev "12cioyuncu.info” saytında gedən "Ya «ötürmə» ver ya da susaq birdəfəlik
!” adlı yazıyla əlaqədar, eləcə də "Futbol+” qəzetinin bugünki sayında qəzetin
bölgə müxbiri Hüseyn Cəbrayıloğlunun "Oparanın qolu və yalançı çoban” sərlövhəli
yazıda yer alan maraqlı bir təklifə münasibət bildirib. Aşağıda "12cioyuncu.info”
saytında dərc olunan fanklubumuzun rəhbərinin adı çəkilən saytın e-mail
ünvanına göndərmiş olduğu müraciətin tam mətni ilə tanış olun.
Biz
hər şeyi olduğu kimi görürük !
Saytımızın
e-mail ünvanına "Bosman” fan klubunun rəhbəri Mirhafiz Babayevin göndərdiyi məktub
daxil olub. Fan klub rəhbəri, saytımızda təqdim olunan «Ya «ötürmə» ver ya da
susaq birdəfəlik !» adlı yazıyla əlaqədar, eləcə də "Futbol+” qəzetinin bugünki
sayında qəzetin bölgə müxbiri Hüseyn Cəbrayıloğlunun "Oparanın qolu və yalançı
çoban” sərlövhəli yazıda yer alan maraqlı bir təklifə münasibət bildirib. Məktubu
olduğu kimi təqdim edirik:
"12” nömrəli oyunçudan, yəni
İslam bəydən türklər demişkən "divar pası” alaraq, mən 4-nömrəli oyunçu olaraq
( «Xəzər Lənkəran»ın fan klubları arasında yaranma tarixinə görə 4-cü fan klub)
yenə onun özünü nisbətən irəli mövqeyə çıxmasına şərait yaradıram. Məntiqi
sonluğa çatmaq üçün onun da orta sahə oyunçusu Hüseyn Cəbrayıloğluna ötürmə etməsinə
işarə edirəm. Çünki bugünki (qəzetdəki) çıxışı müəyyən taktiki yenilikdən xəbər
verir. Hakimlərin komandamız əleyhinə qərarlarını və bu qərarları da verərkən
sanki qıraqdan kiminsə göstərişlərinə əməl etdiklərini görərək orta sahə oyunçusu
Hüseyn Cəbrayıloğlu yenə də qələbənin əlimizdən alınacağını düşünərək orta sahənin
digər oyunçularına (oxu: saf düşüncəli jurnalistlərə) işarə edərək həm də
teleaparıcıların (futbol verilişlərindəki hakimlərə "haqq qazandıran” üzdəniraq
şərhçilərin) izləyiciləri avam yerinə qoymaq istəyən (əslində avam və ya … özləridir)
üzdəniraq şərhlərinin qarşısını almaq üçün bu biabırçılıqları aradan
qaldırmağın yollarını orta sahə oyunçularının (oxu: jurnalistlərin) birləşərək
bir yol fikirləşilib aradan qaldırılması taktikasına uyğun olaraq bir müddət öz
aralarında ötürmələr edərək zərbə mövqeyinə çıxa biləcək hücumçunu gözləmək
düşüncəsi ilə 12 nömrəli futbolçudan "divar pası” alıb onun özünü nisbətən irəli
mövqeyə çıxardım və onun da ötürməni orta sahə oyunçularına ötürməsini işarə
etdim. İnşAllah düşünülmüş yeni taktiki planın məntiqi sonluqla nəticələnəcəyinə,
yəni qol vurub qələbə qazanacağımıza ümid edirəm.
P. S. Jurnalistlər o cümlədən Hüseyn Cəbrayıloğlu
nə bizim kimi azarkeş və ya fanat qurumlarına daxil deyillər. Həmçinin nə klub
rəsmiləri və nə də futbol qurumlarının rəsmiləri deyillər deyə onları orta sahə
oyunçuları kimi təqdim edirik. Bir də ki, jurnalsitlərin vəzifələrinə daxil
olan məsələlərdən biri də azarkeşlərin fikirlərini rəsmilərə çatdlrmaq ( körpü
rolu) olduğundan onları orta sahə oyunçusu kimi təqdim etməyi məntiqə uyğun
sayıram.
P. P. S. Həm də obyektivlik naminə gözəl
mövqe tutan jurnalistlərimiz o cümlədən Hüseyn Cəbrayıloğlunun xüsusən bugünki
"Futbol+” qəzetindəki jurnalistlərə yönəlik müraciəti, eyni zamanda haqqsevər
azarkeşlərlə mövqe birliyi dediyimiz "ötürmə” və "divar pasları” üçün zəmin
yaradır. Qısası iki eyni obyektiv münasibət üst-üstə düşür.
Mirhafiz Babayev «Bosman» fan klubunun rəhbəri.
Mənbə "12cioyuncu.info”
|