Bildiyimiz
kimi, ötən həftənin şənbə günü, bizim vaxtla saat 21:30-da Avstriyada təlim-məşq
toplanışında olan "Xəzər Lənkəran” klubu ilk yoxlama oyununu Almaniyanın II
bundesliqa təmsilçisi məşhur "Dinamo” Drezden klubuna qarşı keçirib. Komandamız
haqqında müəyyən, xüsusən Uinston Parks
və digər futbolçuların gedişi ilə əlaqədar narahatçılıqların olduğu bəzi
informasiya vasitələrində qabardılsa da, "Xəzər Lənkəran” Bundesliqa təmsilçisindən
üstün oyun sərgiləyə bilib. Qapımız qarşısında heç bir təhlükəli vəziyyətə
imkan verməyən müdafiə xəttimiz, hücumda da tam heyətimizin olmamasına
baxmayaraq yaxşı təsir bağışlayıb. Beləliklə, qapısından top buraxmayan
komandamız, rəqib qapısı önündə bir neçə real qol vəziyyəti yaratmasına
baxmayaraq hesabı açmağa müvəffəq olmayınca ilk yoxlama oyunumuz qolsuz bitib. Klubumuzun
rəsmi saytı və həmçinin "Dinamo" Drezdenin rəsmi saytı bu oyun və heyətimiz haqqında mümkün qədər ətraflı məlumat yayıb
ki, bunu sizlərin diqqətinə çatdırırıq: ”Xəzər Lənkəran” Bundesliqa təmsilçisi ilə heç-heçə etdi Avstriyanın
Fulpmes şəhərciyində hazırlığını davam etdirən komandamız bu gün Almaniyanın
2-ci Bundesliqa təmsilçisi " Dinamo” (Drezden ) komandası ilə ilk yoxlama
oyununa çıxıb. Neustift şəhərciyində yerləşən meydanda keçirilən oyuna " Xəzər
Lənkəran” aşağıdakı start heyətlə rəqibi qarşısına çıxıb: Kamal Bayramov, Elnur
Allahverdiyev (k), Manuel Skarlatake, Elvin Beqiri, Rahid Əmirquliyev, Elnur
Abdullayev, Katalin Doman, Dieqo Souza, Andrey Mureşan, Onofranş və baxışda
olan futbolçu ( klubla müqavilə bağlanmadığından adı açıqlanmır). İlk dəqiqələrdən
topa sahib olan " Xəzər Lənkəran” ilk 15 dəqiqə ərzində ərazi üstünlüyünü də ələ
keçirərək tək toxunuşlu ötürmələrlə rəqibindən üstün oyun sərgilədi. 15-ci dəqiqədə
baxışda olan futbolçumuzun qüvvətli zərbəsini rəqib qapıçı çətinliklə kornerə
çıxardı. Futbolçularımızın bir-biri ilə yaxşı anlaşması sayəsində Bundesliqa təmsilçisi
demək olar ki, bir dəfə də olsun qapımız önündə real qol vəziyyəti yarada bilmədi.
İlk hissənin sonuna 5 dəqiqə qalmış bu dəfə Katalin Doman qola yaxın oldu.
Lakin " Dinamo”nun qolkiperi yenə də yaxşı oynayaraq qola imkan vermədi. İkinci hissədə rəqib komandanın heyətində
olan çoxsaylı dəyişiklər qarşısında baş məşqçimiz Şəhriyar Xəlilov, Orxan
Sadıqlı, Alim Qurbanov, Tosin Dosunmu dəyişikliklərinə əl atdı. Rəqibin önündə
sona qədər kombinasiyalı və sabit oyun sərgiləyən " Xəzər Lənkəran” matçın
sonuna qədər qapısını toxunulmaz saxlamaqla yanaşı cinahlardan qurulan
hücumlarla da " Dinamo”nu daim təzyiqdə saxladı. Avstriyalı referinin final
fiti ilə matç qolsuz bərabərliklə başa çatdı. Biz "Dinamo”
Drezdenin rəsmi internet saytında ( www.dynamo-dresden.de/
) da bu oyunla bağlı gedən məlumatı və fotoşəkilləri təqdim eririk: 
Dördüncü təlim-məşq
toplanışı, performansında Lənkərana qarşı heç-heçə Şənbə
günü Avstriyada təlim-məşq toplantısında
olan "Dinamo” Drezden ikinci test oyununda Azərbaycanın elita komandası olan "Xəzər
Lənkəran” qarşı heç-heçə 0:0 oynayıb. Hər iki komanda daha çox 90 dəqiqə ərzində
rəqabət aparıblar, həlledici məqamlarda isə üstünlüyü reallaşdıra bilməyiblər. "Dinamo”ya bu
gün nəticədən çox bəzi gedişləri və yeni futbolçuları yoxlamaq daha vacib idi.
Bu yeniliklərin məqsədi xəttlərarası güclü anlaşmanın və sürətli reflekslərin
xarakterizə edilməsi baxımından əhəmiyyətli idi. Yeni Fransız
oyunçu VanH Willy Mbenoun komandaya və qaldığı otelə şənbə günü səhər hava
limanından gələrək qoşulmasına baxmayaraq, heç bir perspektiv vəd etmədiyi də bu
oyunda ortaya çıxdı. İki yeni Bosniyalı oyunçular Mirzə Dzafiç və Perica İvetiç
də komandaya qoşulmuşdular. Xüsusilə baş məşqçi Ralf Loose, 30 yaşlı Dzafiçi bu
oyunda 45 dəqiqə hücum xəttində yoxladı. Lənkəran klubuna qarşı isə 24 yaşlı
Perica sol cinahda, müdafiə xəttində yoxlanıldı. "Bu gün
biz çox güclü və yaxşı təşkilatlanmış bir komandaya qarşı oynadıq. Nəticəni həlledici
saymıram. Belə komandalara qarşı daha güclü heyətlə formalaşıb çıxmaq lazım
olduğunu bildirmək istəyirəm."-deyə "Dinamo”nun baş məşqçisi Ralf Loose
oyundan sonra bildirib. Daha sonra o bildirib ki, "Xəzər Lənkəran”a qarşı çıxış
onu razı salıb:-"Biz bazar günü axşam bu futbolçuların atletik hazırlığı
haqqında müvafiq məlumatları bildikdən sonra rəhbərliklə məsləhətləşmələr
aparacağıq. Əlbətdə bir və ya bir neçə oyunçu da var. Marvin Knoll haqqında mən
sizə müəyyən məlumat verə bilərəm. Maliyyə məsələsinin çətinlik yaratmayacağı təqdirdə
onun, növbəti mövsümdə bizimlə birlikdə olmasını istəyirəm. Burada o, yaxşı bir
başlanğıc göstərməyi bacardı.”-deyə "Dinamo”nun baş məşqçisi bildirmişdir. Bazar günü
fasilə olmadan davam edəcəklərini bildirən Ralf Loose, daha sonra Rumıniya
komandası olan "Universitatya” Cluj komandası ilə Avstriyadakı üçüncü hazırlıq
oyununu da keçirəcəklərini bildirmişdir. Həmin oyun isə İnternet "LAOLA1.tv”
vasitəsi ilə canlı yayımlanacaq. "Xəzər Lənkəran” - SG "Dinamo” Drezden 0-0 Eilhoff 1 - 6 Junhwirth, 33 Moeckel, 16 Stoll, 27 Schuppan (45 dən
15 Ampem Drobo) - 73 25 38 Koch), 24 Solga (45 3 Schnetzler) Fielding 40 (20 45),
18 Marco (45 dən 7 Heller) - 9 Fort (68th 2 Komvolidis), 22 Mirzə (45 8 Trojan)
|