Söhbətin futboldan getdiyi yəqin ki, heç kəsə sirr deyil. Bəzən seiriyyətdə təmsil janrından, söz demək üçün istifadə olunur. Beləliklə aşağıda təqdim etdiyimiz bu təmsildəki meyvələr hərə bir futbolçuya bənzədilib. Heç kimin inciməsini istəməsək də doğma komandamız olan "Xəzər Lənkəran"ın bu qış transferi ərəfəsində qiymətləri süni olaraq, şişirdilmiş oyunçuları almaqdansa, Lənkəranın yerli futbolçularına güvənməsinin gələcək planda çox əhəmiyyətli olacağını bildirmək istədim.
Hörmətlə: Babayev Mirhafiz
Salamun Əleyküm, ey
bazar əhli!
Sizlərdən söz açır,
bu yazar əhli.
Yenə də qış gəldi,
mal bahalaşdı,
Alanla, satanlar yenə
dalaşdı.
Bazara gedəndə, aç
istixarə,
Əsəbləri topla getsən
dübarə.
İstər meyvə olsun,
istər başqa şey,
Hər şey bahalaşdı, etsən
də giley.
Sizə söhbət açım,
qışın qarından,
Qış üçün saxlanmış
meyvə barından.
Gözəl alma, armud və
sair ləziz,
İndi babatlar da çox
olmuş əziz.
Bir xəta edəsən,
meyl salasan,
Ürəyin istər ki,
birin alasan.
Paho... bu armuda heç əl vurma sən,
Nəkarəsən onun dadın
biləsən.
Bu armud düşesə bənzər
uzundur,
O biri qıvrımdır,
saçı yosundur.
Bu bir almadır ki,
adı şAfrandır,
Daş-dəmirdə bitər, o
bir ad-sandır.
Əyri-üyrü nardır, batini
qandir,
Görmürsənmi tacın, kişi dərmandır,
Biri şillə də vurur, al yanaqlara,
Bayram ovqatıyla gəl dodaqlara.
Biri on beş dəyqə dözür bu tonda,
Mal bazara çıxdı həm "Everton”da.
Quzu görkəmi var, nə dollar,
sente,
Malın başın bağlayıbdır "Tvente”.
Baxmayın ki, burda çölə atıllam,
Almanyada, həm "Köln”də satıllam.
Bazarda mənimçün bir qırğın gedir,
Torbada saxlannam, bu bir
sirridir.
Baxma ginən, qiyməti çox "bahalı”,
Nə çox belə qərib meyvə misalı.
Süfrəyə çıxanda gör qalır halı?
Alver etsən sayılar bu xətalı!
Bax sən yerli mala, dözümlü mala,
Dekorativ deyil, heç qalmır dala.
Yetişdirir bağban, bağban ələyçi,
Ortalığa çıxardı bir, mələyçi.
Mələyçinin dadı, ətri, cuş edər,
Ağız dadı biləni bihuş edər.
Hələ mən demirəm, dadlı panakun,
Başqalarında ola bilməz bu kun.
Nar armudu, armudların şahıdı,
Nə olsun qiyməti, bircə "şahı”dı.
Lətənzin safları, içi sulusu,
Ləzzətli dad verər ağız dolusu.
Gözəl bir armud var, adı şəlimdir,
Şəffaflıqdan, sanki,
dilim-dilimdir.
Lap duza qoysan da giləmərzəylə,
Müqayisə olmaz, baha hərzəylə.
Hələ limon, mandarini demirəm,
Narıngi, feyxoa, kinkan demirəm.
Bunların başqa yerdən var gələni,
Aldatmaz dad-tamı, dad-tam biləni.
Yetişdirək, məşğul olaq, bağla
biz,
Baha meyvələrsə, süfrədə yersiz.
İki gün qalarsa, qabda, çürüyər,
Torbadakı üfunətlər bürüyər.
İmtinanın vaxtı yetişmiş buna,
Çün gələnlər dönməkdədir quzğuna.
Sağlam şitil əkib, meyvə dərməli,
Hər bayramda süfrəmizə sərməli.
Yuxarıda oturmuş hındamora,
Enlisifət, ağızbüzən quldura,
Bununla bağımıza yol verməyək,
Avropaya yerli mallarla gedək.