Cümə, 26/Apr/2024, 07:07
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Mart 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » Mart » 9 » Con Benjamin Toşakın “Xəzər Lənkəran”a keçidi rəsmiləşərkən…
04:20
Con Benjamin Toşakın “Xəzər Lənkəran”a keçidi rəsmiləşərkən…


            Dünya futbolunda məşhur isimlərdən biri, Uelsli təcrübəli mütəxəssis Con Benjamin Toşakın Azərbaycana, konkret isə sevimli komandamız olan "Xəzər lənkəran”a keçidi artıq rəsmiləşmək üzrədir. Danışıqların yekunlaşdığı bildirilir və hətta klubun rəsmi saytı bu informasiyanı artıq yayımlayıb. Deməli, təkcə onun yeni iş yerində öz funksiyasını yerinə yetirməyə başlaması qalır.

            Mirça Rednikdən sonra ardıcıl olaraq komandanın sükanı arxasına keçən, lazımi keyfiyyətləri tam olaraq özündə birləşdirə bilməyən bir neçə həvəskar və yarıpeşəkar məşqçilər komandanı uçuruma aparmaqla klubun məşqçi və transfer siyasətinin iflasa uğradığının göstəricisi idi. Belə ki, bu mövsüm "Xəzər Lənkəran” kimi iddialı klub turnir cədvəlinin zirzəmisini ziyarət etdikdən sonra, nəticə etibarı ilə ilk altılıqdan belə kənarda qaldı. Azarkeş sıraları təbii olaraq seyrəlməyə başladı. Belə bir məqamda azarkeşlərin bir çoxu rəhbərliyin bütövlükdə və ya qismən istefa verməsi tələbləri ilə çıxış etməyə başladılar. Bir tərəfdən baxdıqda bu dözülməz hala başqa cür münasibət də gözlənilmirdi. Lakin illərin təcrübəsi isə bu yolun və bu tələblərin baş tutmayacağını deyirdi. Çünki, "Xəzər Lənkəran” kimi komanda quruluş etibarilə fərqli, yəni bir nəfərin nüfuzu və maliyyə imkanları daxilində yaradılıb. Özəl şirkət strukturunda formalaşdırılıb. Kadrların təyinatı və işdə qalma müddəti isə bu bir nəfərin istəyindən asılı olaraq həyata keçirilir. Hər hansı özəl şirkətə isə kənardan hansısa kadrı dəyiş! əmri verilə bilməz. Əgər verilərsə belə bu daha çox əks effektlə özünü göstərmiş olar. Yaşananlar bunun tam mənada belə olduğunu dəfələrlə sübut etdi. Zaman-zaman bu yöndə kluba müxtəlif qüvvələr tərəfindən təzyiqlər oldu. Amma göstərilən kimi bu təzyiqlər böyük bir "Xəzər Lənkəran”ı qura bilmiş bir insan üçün tam əhəmiyyətsiz bir məsələ idi. Əksinə, tələb edənlərin tələbləri dərinləşdikcə, qurucu şəxs də əlbəttəki təzyiqlərə əks reaksiya verirdi ki, bu da böhranın dərinləşməsinə gətirib çıxarırdı. Komandanın düzəlməsi yolunda əksərən saf və bəzən də məqsədli tələblər, artıq dağıdıcılığa xidmət edirdi. Kimi bu dağıdıcılığı dərk etmirdi, kimiləri isə bu dağıdıcılıqdan istifadə belə etmək niyyətində idi. Arada böyük sevgimiz olan "Xəzər Lənkəran” zərbələrə məruz qalırdı. Qısası radikallıq komandanı çətin vəziyyətlə üz-üzə qoyurdu.   

Belə bir məqamda ümumi strategiya naminə yeni yollar, yeni taktikalar fikirləşmək lazım gəlirdi. Hansı ki, komanda zərbələr almadan yüksəliş yolunu tutsun. Kadr dəyişikliyi barədə daxili işlərə müdaxiləsi mümkün olmayan taktikalardan əl çəkilsin. Bəs işlərin düzgün aparılmaması, kadrlardan asılı isə bunu necə və hansı yolla həyata keçirməli ki, komanda öz nüfuzunu qaytara bilsin və hətta daha da irəli gedə bilsin. Əksəriyyət bu arzuda olsa da yolların tapıla bilinməməsi böhranı olduqca dərinləşdirdi. Vəziyyətdən çıxış yolu bizə aydın olsa da çox böyük məsuliyyət tələb edirdi. Xeyli səbr nümayiş etdirsək də nəhayət komanda naminə bu addımları lazımi məqam yetişdikdə atmağı qərara aldıq. Belə bir məqamda "Bosman” fanklubu "12-ci Oyunçu” azarkeş qrupu ilə birlikdə nəhayət öz sözünü dedi. Məqsəd o idi ki, burdakı kadrlar peşəkar olmadıqlarından və bəzən də öz xüsusi niyyətləri olduğundan komanda uçuruma yuvarlanmaqda ikən biz xüsusi əhəmiyyətli qeydlərimizlə klubun sahibinə müraciət etdik. Biz ondan kadrların dəyişdirilməsini deyil, sadəcə klubun işlərinin buradakı müstəvidən alıb, bilavasitə öz əlindəki müstəviyə keçirilməsini xahiş etdik. Sonrakı proseslərin gedişi də bunun nə qədər effektli olmasının göstəricisi idi.

Bu yolun təhlükəli iki tərəfi vardı. Biri komandadakı qüvvələrin təzyiqi idi ki, bu baş verdi və xeyli müddət davam etdi. Bunlara dözdük. İkinci mənfi tərəfi də o idi ki, bununla əlaqədar klub rəhbərliyi ilə hansısa görüşlər olmalıydı ki, bu da baş tutacağı təqdirdə bizlərin də klub tərəfinə keçməyimiz və ya əstəğfürullah satılmağımız barədə sadə insanlar ikiürəkli qalarkən, məqsədli qüvvələr öz işlərini görərək onları da buna inandırma cəhdləri edəcəkdi. Belə cəhdlər də az olmadı. Çünki onların əlinə əsas verən məsələ də ondan ibarət idi ki, kimlərsə, klubdakı kadrların dəyişikliyini hansısa saf və ya qeyri saf məqsədlə istəyirdilərsə, yuxarıda əsaslandırılan səbəblərdən biz bunu effektsiz variant sayırdıq. Bizim məqsədimiz sadəcə işləri bir müstəvidən, başqa bir müstəviyə keçirmək idi ki, bunun da baş verməsi artıq bir neçə aydır ki, davam edir və hissə-hissə irəliləyişin şahidi oluruq. Təmiz adımıza əmin olaraq, onu müvəqqəti riskə qoymuş olsaq belə, "Xəzər Lənkəran” kimi ümumi sevgimiz naminə bu addımı atmalı olduq. Hesablamalarımız da göstərirdi ki, klubun sahibi kimin hansı məqsədlə iş gördüyünü dəqiqləşdirdikdən sonra bütün haqq öz yerini alacaq. Bu mənada klubun sahibi Mübariz Mənsimova təşəkkür etməyə dəyər ki, haqqın nazilsə də üzülməsinə imkan verməyərək, komandadakı reanimasion tədbirlərini davam etdirir. Bununla da həqiqət və ədalət öz yoluna düşür. Belə bir məqamda proseslər yaxşılığa doğru davam edərkən də bəziləri hünərlə əvvəlki dağıdıcılıq fəaliyyətlərini önə çəkərək, öyünür və indi görülən işlərin sanki mənasız olduğunu dilə gətirirlər.

Bu gün Con Benjamin Toşakın komandanın başına gətirilməsi təbii onu göstərir ki, belə bir nüfuz sahibi, yalnız və yalnız Mübariz Mənsimov kimi digər nüfuz sahibinin sözü ilə komandaya gələ bilər. Deməli, işlər arzuladığımız müstəvidə həll olunur. Təbii ki, Toşak kimi nüfuz sahibini komandaya dəvət edən şəxs, bilavasitə özü onunla və işlərlə maraqlanacaq. İstədiyi komandanı qurmaqda ona yardımçı olacaq. Məşqçi təyinatından əvvəl də çatan məlumatlardan aydın olurdu ki, yeni gələn məşqçinin birbaşa klubun sahibinə çıxışı olacaq. Toşak səviyyəsində bir mütəxəssisin gətirilməsi isə bir daha məlumatların doğruluğundan xəbər verir. Toşak böyük klublarda işləmiş bir mütəxəssisdir. Onun komanda formalaşdırmaq üçün istənilən səviyyədə istənilən qədər tanıdığı futbolçular var. Nüfuz sahibi kimi istədiyi futbolçunu da komandaya cəlb edə biləcək. Onun Türkiyədə "Beşiktaş”da işlədiyi dövrdə artıq bir neçə futbolçunu gözaltı edərək, gedərkən onları da "Real” Madridə apardı. Biri "Gənclərbirliyi”dən, Jeremi, biri "Fənərbağça”dan Baliç kimi futbolçuları "Real”a öz nüfuzu ilə birlikdə apardı. Elə Nihat Kahveçinin də İspaniyaya yolunu o açmışdı. Toşak konkret vəzifə bölgüsü üzrə öz işini görən bir mütəxəssisdir. Bütün vəzifə bölgüləri üzrə işlərin düzgün aparılacağı təqdirdə böyük nəticələrə imza atmaq gücündədir. Amma bunlara riayət olunmadığı təqdirdə bir anda işini saxlayıb gedirəm deyən məşqçilərdəndir.

Mirça Rednik kimi mütəxəssislər isə komanda naminə başqalarının da işini görüb böyük zəhmətlərə qatlaşan biri idi. Onun bir sözünü yada salmaq kifayət edər: "Skarlatakenin komandaya gətirilməsi üçün, rəhbərliyə az qala uşaq kimi yalvarırdım.” Amma Toşak rəhbərliyə nəinki yalvarmayacaq, şərtlərin ilk pozuntusu anında ciddi reaksiya verəcək. Ümid edirik ki, tam nəzarəti öz əlinə alan klubun sahibi, nəzarəti belə də saxlayacaq və bununla da heç bir problem baş verməyəcək. Biz buna görə də son ana qədər klubu dəstəkləməyi bütün azarkeşlərdən xahiş etdik və bu yolda yanılmadığımıza inanırıq. "Xəzər Lənkəran” böyük iddialarını yenə güclənərək məqsəd qoyubsa, biz komandanın yanından başqa harada olmalıyıq?     

Views: 673 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz