Əziz "Xəzər”sevərlər "Azerifootbal.com”
saytında İlkin İbrahimov (Erkin ləqəbli) biri 3-cü tur Lənkəranda keçirilən
"Xəzər Lənkəran” – "İnter” qarşılaşmasından sonra, bu matçı izləmədən "Xəzər Lənkəran” azarkeşlərinə müraciət
edərək bizlərin aldadıldığını iddia edib. Həmçinin Rednikin komanda qura
bilməməsini, yalnız ilk iki turda zəif rəqiblərə üstün gələ bildiyini yazıb.
"İnter”lə oyunda isə "Xəzər Lənkəran”ın necə zəif olduğunu və guya Tsxadadzenin
Rednikə taktiki dərs keçdiyini dilə gətirib. Elə isə Erkin bəyə sual vermək
lazımdır. Bəs belə olan halda "İnter” niyə qələbə qazana bilmədi?
Birdə ki, bu gün
Tsxadadze söyüş söydüyünü etiraf edib. Bunun üçün Kilsəyə gedərək dua etdiyini
və Allah tərəfindən bağışlanmasını təvəqqe edib ( Futbol+ qəzeti 26 avqust
2010).
Həmçinin həmin
görüşün baş hakimi F. Yusifov da növbəti tura təyinat almayıb. Yəqin bunun da
bir səbəbi olmamış deyil. Bütün bunlar Erkin adlı yazarın fikirlərinin üstündən
çarpaz xətt çəkir ki, belə yazılarla onun nələrə nail olmaq istəməsi özündən
başqa bir kəsə məlum deyil.
Bütün bunlar
"İnter”lə oyunda olduğu üçün çox təəssüf doğurur. Çünki "İnter”li azarkeşlər
bizimlə çox gözəl münasibətə malikdirlər. Bizim gözəl ənənələrimiz formalaşıb
və inanmırıq ki, nə Erkinkimilərin, nə də başqalarının əməlləri bu dostluq və
qardaşlığı sarsıda bilsin. Yaşasın, "Xəzər Lənkəran” və "İnter” azarkeşlərinin
dostluq və qardaşlıq ənənələri! Aranı vurmaq cəhdində olan belələrinə isə ar
olsun deyirik!
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Ya sifariş, ya da maraq,
Sözlərinə çəkdi daraq.
Ədalətə xor baxaraq,
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Bizi heç kim aldatmayır,
Yalan söz bizə batmayır.
Qədirbilən söz satmayır,
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
"Neftçi”yə vurduq iki qol,
Hücumlarımız da bol-bol.
Hesabı yazdılar "nol-nol”
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Əgər "Xəzər” zəifdisə,
Oyun göstərə bilmirsə,
Bəs "İnter”, uda bilmirsə?
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
"Simulyasiya” nə bilirsən?
"Fair Play” gözləyirsən.
Futbol nədir?-Heç bilirsən?
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Rednik qurur yeni "Xəzər”,
"Xəzər” futbolumuzu bəzər.
Erkinlər divanə gəzər,
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Bizə dost deyə səsləndin,
Aldatmıştək həvəsləndin.
Kim tərəfindən, bəsləndin?
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Bu oyunu izləmədən,
Heç bir sərhəd gözləmədən,
Cəfəngiyyat yazdın nədən?
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Görmədin iki qələbə?
Heç-heçəni saldın dəbə,
Sənə qənim olsun Kəbə!
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Məsələlər çox qabardı,
Günahkar səhvin anladı.
Gedib Kilsədə yalvardı.
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Bir gün gərək səbr edəydin,
Sən də Məscidə gedəydin,
Səhv etmişəm söyləyəydin.
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Jurnalist ideal peşə,
Sənin yerin isə meşə,
Get yaşa orda həmişə,
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
"İstefa”nın da yeri var,
Səninsə, düşüncən çox dar,
"Xəzər”sevərlərə yalvar,
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Nifrət dolu ad qazandın,
Çürük fikirlərlə yandın.
Görəsənmi bir oyandın?
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Hələ sən tələsmə tezdir,
Biz "Xəzər”ik, "Xəzər” bizdir.
Get özünə qəm yedizdir,
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
"Xəzər” uğurlar qazanar,
Erkinlər də odda yanar.
Qansa, bəlkə onda qanar,
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Hamı sənə nifrət etdi,
Nifrətlə də baxıb getdi.
Erkin nağılı da bitdi,
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Müəllif: Mirhafiz M. Babayev ("Bosman" Fanklubundan)
26.08.2010
|