Şənbə, 27/Apr/2024, 00:17
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Dekabr 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Dekabr » 4 » Bu mövsümün son Tovuz səfəri və ya Tovuzda “Xəzər Lənkəran”lılardan 4 qol
18:10
Bu mövsümün son Tovuz səfəri və ya Tovuzda “Xəzər Lənkəran”lılardan 4 qol

 

            "Xəzər Lənkəran” komandası XVI turda Tovuz şəhərində yerli "Turan”ın qonağı oldu. Bu, təsnifat mərhələsinin ikinci dövrəsinin oyunu idi. Bildiyimiz kimi keçənilki kimi bu il də Premyer Liqamız "6-lıq” formatında keçirilir. İkidövrəli təsnifat mərhələsindən sonra komandalar turnir cədvəlində tutduqları yerlərə görə 1-6-cı yerlər və 7-12-ci yerlər olmaqla yenidən 1-ci və 2-ci "6-lığa” bölünməklə, daha bir ikidövrəli sistemdə yarışacaqlar. 1-ci "6-lıq” medallar uğrunda, 2-ci "6-lıq” isə Premyer Liqada qalmaq uğrunda yarışacaqlar.

            Bu konteksdən yanaşdıqda "Xəzər lənkəran”ın həmişəki kimi çempionluq uğrunda mübarizə apardığının şahidi oluruq və komandamızın turnir cədvəlinin üst pillələrində yerini möhkəmlətmiş olduğunu söyləyə bilərik. Beləliklə, komandamız böyük ölçüdə ilk "6-lıq”da yerini təmin etmişdir desək yanılmarıq.

            "Turan” komandasının turnir cədvəlindəki bugünki vəziyyətini nəzərə alsaq, böyük ehtimalla Tovuz klubunun ilk "6-lığa” düşməsi çətin görünür. Odur ki, böyük ehtimalla "Turan” təsnifat mərhələsini ikinci "6-lıq”da tamamlayacaq. Kubok yarışlarını da nəzərə alsaq bu iki komandanın yollarının heç bu turnirdə də kəsişəcəyi inandırıcı görünmür. Belədə bugünki oyunu "Xəzər Lənkəran”ın bu mövsümdə son Tovuz səfəri saymaq olar.

            Amma Tovuz futbolu Azərbaycan futbolunda xüsusi çəkiyə malikdir. Azərbaycan futboluna çox-çox istedadlar bəxş etmiş Tovuz futbolunun simvolu olan "Turan” komandasının növbəti mövsümlərdə iddialılar arasında olmasını çox arzu edərdik. Bununla Azərbaycan futbolu və çempionatı qazanmış olardı.

            Matça gəlincə çox gərgin bir oyun alındığını deyə bilərik. Oyunun əvvəllərində komandamız hesabı açsa da, hakim Fariz Yusifovun ofsayd  bəhanəsi ilə qərarını üç dəfə dəyişərək, qolu qeydə almaması yenə hakimlik problemi və ya "Xəzər Lənkəran”a qarşı qərəzin davam etməsini söyləyə bilərik. Bu momentdən sonra oyunun bir neçə dəqiqəlik  dayandığı və aranın qarışdığını hakimin ayağına yazmaq olar. Əlbəttə qərarını bir neçə dəfə dəyişirsənsə, aranın qarışmasına səbəb olacaqsan.

            Daha sonra 37-ci dəqiqədə Allan Lalinin qol vurması ilə komandamızın hesabda irəli keçməsi, ardınca isə 39-cu dəqiqədə "Xəzər Lənkəran”ın keçmiş futbolçusu Muammer Ərdoğdunun bu dəfə "Turan”lı kimi hesabı bərabərləşdirməsi, birinci hissənin elə bu hesabla yekunlaşması ilə yadda qaldı. İkinci hissədə də çox əzmkar mübarizə aparan "Turan” komandası buna baxmayaraq, 71-ci dəqiqədə Stellian Stankunun ifasında qapısında qol gördü. Beləliklə, bu matçda biri hesaba alınmayan 4 qol oldu ki, bunların hamısını  indiki və əvvəlki "Xəzər Lənkəran”ın futbolçuları bacarmış oldu. XVI turun ilk oyun günü yenə də ən çox tamaşaçı sayı bu matçda-3000 olmaqla qeydə alındı. "Xəzər Lənkəranın nəinki ev oyunlarında hətta səfər oyunlarında belə digər matçlara nisbətən ən çox tamaşaçı sayının qeydə alınması komandamıza digər bölgələrdə də marağın həddindən çox olması deməkdir. Çünki həmin bölgələrdə digər özlərini "adlı-sanlı” sayan komandaların oyunlarına bu qədər tamaşaçı gəlmir. Bu onu deməyə əsas verir ki, bütün Respublika "Xəzər Lənkəran” kimi komandanı görmək arzusundadır. Biz isə belə bir komandanın azarkeşləri olduğumuz üçün fəxr edirik.

            Komandamızı və azarkeşlərini bu qələbə münasibəti ilə təbrik edirik.    

Views: 431 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz