Bu gün Premyer Liqada keçirilən və Lənkəran şəhərində
XXX tur çərçivəsində baş tutan doğma komandamız "Xəzər Lənkəran” – "Qarabağ”
matçında "Bosman” fanklubunun sürprizlə çıxış edəcəyini xəbər vermişdik. Bunda
məqsəd, son zamanlarda daha geniş vüsət
alan, komandamıza və onun baş məşqçisi Mirça Rednikə qarşı haqsız ittihamlara
cavab olaraq, azarkeşlərimizin "Xəzər Lənkəran”ı və onun baş məşqçisi cənab
Mirça Redniki nə qədər sevdiyini göstərmək və mənəvi olaraq Mirça Rednikə, həmçinin
doğma "Xəzər Lənkəran”a dayaq olmaq məqsədi var idi. Nəzərdə tutulduğu kimi
"Bosman” fanklubu tərəfindən hazırlanan və bütün azarkeşlərimiz tərəfindən
uğurla həyata keçirilən bu tədbir lazımi effektini vermiş oldu. Buna
komandamızın xüsusi ilə ilk hissədəki uğurlu çıxışı və gözəl oyunu da bir
sübutdur. Mirça Rednikin böyük ölçüdə olan fotoşəkli bütün tribunaları gəzərkən
onun nə qədər fərəh hissi keçirdiyi göz önündə idi. Bugünki oyunda tribunalar
xüsusən iki dəfə daha çox coşdu. Biri
oyunun başlamasına dəqiqələr qalmış və layihəmiz olan Mirça Rednikin böyük
ölçülü fotoşəkli tribunaları bu başdan o başa əllərlə ötürülərkən olan coşqu və
buna reaksiya verən Mirça Rednikin meydanın mərkəzinə gələrək, əli sinəsində dörd
bir tərəfə təşəkkür etməsi zamanı, biri də 17-ci dəqiqədə Uobayın gözəl ötürməsindən
yararlanan Oparanın eyni gözəlliklə vurduğu qol zamanı oldu.
Onu
da qeyd edək ki, bu layihənin həyata keçirilməsi ideyası və təşkili "Bosman”
fanklubunun fəaliyyətini bəyənərək, onun sıralarına elə bu gün bu sürprizlə
qoşulan Lənkəran bölməmizin yeni üzvlərinə məxsusdur. "Abida İnşaat” şirkətində
çalışan yeni üzvlərimizin siyahısını bütün futbol ictimaiyyətinə təqdim edirik:
1.Fərid Məmmədov
2.Niyaz Məmmədov
3.İslam Abdullayev
4.Elçin Məmmədov
5.İqbal Əbilov
6.Gülbal Əbilov
7.Elşən Hüseynov
8.Elvin Nurullayev
9.Şamil Babayev
10.Vasif Abdullayev
11.Nizami Şıxcanov.
Bütün
yeni üzvlərimizi belə bir uğurlu tədbir keçirərək "Bosman” fanklubunun
sıralarına qoşulması münasibəti ilə təbrik edirik. Onlara gələcəkdə də bütün
işlərində uğurlar arzu edirik. Tədbirin həyata keçirilməsində ilk üzvlərimizdən
olan Malik Muradov və Nazim Verdiyevin əməyini də qiymətləndirməmək olmaz.
İrəli, doğma
"Xəzər Lənkəran”, irəli "Bosman”! Yaşasın böyük "Xəzər Lənkəran” ailəsi!
|