Şənbə, 27/Apr/2024, 02:26
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Yanvar 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Yanvar » 10 » Bu gün saat 05.25-də "Xəzər Lənkəran" hansı yeniliklərlə Antalyaya uçdu?!
10:23
Bu gün saat 05.25-də "Xəzər Lənkəran" hansı yeniliklərlə Antalyaya uçdu?!

       

     Latviyalı qapıçı Deniss Romanovsun transferə çıxarılmasından sonra "Xəzər Lənkəran” Kamran Ağayevə əvəzləyici tapmaq fikrindədi. Cənub təmsilçisi bu boşluğu yerli futbolçu ilə doldurmaq istəyir. "Xəzər Lənkəran” Şəhriyar Xəlilovu transfer edərkən "Turan”dan Kamal Bayramovu da istəyib. Tovuzlular əvvəlcə razılıq versə də, nədənsə son anda klub prezidenti Musa Süleymanov keçidin baş tutmasına maneə yaradıb. Bunu "Turan”da komandanın rəisi vəzifəsində çalışan İman Həsənov da qəzetimizə açıqlamasında təsdiqlədi. Həsənov Kamalın "Turan”la Antalyaya gedəcəyini də nəzərimizə çatdırdı.

            "Xəzər Lənkəran” isə qardaş Türkiyəyə artıq bu gün 05.25-də təyyarə ilə yola düşüb. "Neftçi” ilə eyni uçaqda gedən komandanın düşərgəsində olacaq yeni futbolçuların kimliyini də məhz vədləşdiyimiz kimi, klubun vitse-prezidenti Tuyqun Nadirovdan öyrənə bildik. Bunlar Nikolay Muşat, Adrian Skarlataşe, Andrey Mureşan və Marius Qoqalniçyanudu. Muşatla Skarlataşe "Dinamo”nun müdafiəçiləridi və icarəyə götürülüb. Mureşan isə "Qloriya”nın yarımmüdafiəçisidi. Bu üç oyunçunun keçidinin həll olunduğunu qeyd etmişdik. Sononcu isə adı "Xəzər Lənkəran”la heç vaxt hallanmayan yeni oyunçudu.

            Adı "Xəzər Lənkəran”la yanaşı hallanan "Rapid”in yarımmüdafiəçisi Ştefan Qriqori isə düşərgəyə qoşulmayacaq. Müqaviləsinin xüsusi bəndində, satılarkən "Dinamo”nun ilk alqı hüququna sahib olmasının göstərilməsi keçiddə problem yaradıb.

            Qeyd edək ki, onun keçidinin alınmaması Sesinyanın transferinin baş tutmamasına da səbəb olacaq. Belə ki, Mirça Rednik bu dueti birlikdə "Xəzər Lənkəran”a gətirmək istədiyini dəfələrlə söyləyib.

            "Dinamo”dan söz düşmüşkən, klubun baş məşqçisi Yoan Andone keçirdiyi mətbuat konfransında "Xəzər Lənkəran”ın sərəncamında görmək istədiyifutbolçuların çoxluğundan danışıb. O, Muşat, Skarlataşe və Paunla yanaşı, Predeskunun da adını çəkib. Qeyd edək ki, Kornel Predesku 24 yaşlı yarımmüdafiəçidi. O, sonuncu dəfə "Qloriya”da oynayıb.

            Ötən sayımızda vurğuladığımız kimi, Kluj "Universitatya”sının kapitanı Qabriel Boştinanın keçidi baş tutmayacaq. Bunu Rumıniya klubunun sahibi Florian Valter deyib: "Rednik çox istəyirdi ki, Qabriel Boştina onun baş məşqçisi olduğu "Xəzər Lənkəran”a transfer olunsun. Lakin Qabriel orda oynamaq istəmir. Düzdü, Azərbaycan klubu ona Rumıniyada aldığı maaşdan təxminən ikiqat artığını təklif edib. Lakin o, Klujda qalmaq, karyerasını "Universitatya”da davam etdirmək fikrindədi. Elə buna görə də Boştina Rumıniyada qaldı”.

  Mənbə: "Futbol +” qəzeti ((N: 04 (2178)) 10 yanvar 2011. 

            "Xəzər Lənkəran"ın rəsmi saytının aşağıda tanış olacağınız, "Komandamız Antalyaya çatıb" başlıqlı xəbərini də diqqətinizə çatdırırıq.

            Qış təlim-məşq toplanışına Türkiyəyə yollanan "Xəzər Lənkəran” artıq Antalyadadır. Komandamız bu gün səhər saat 05:25-də təyyarə ilə yola düşüb. Klubumuzun legionerləri isə Milad və Yeni il bayramlarını öz vətənlərində ailələri ilə keçirdikdən sonra komandamıza elə Antalyada qoşulacaqlar. Bu türk şəhərində komandamız yanvarın 26-dək qalacaq. Bu müddət ərzində "Xəzər Lənkəran” bir neçə yoldaşlıq oyunları keçirəcək. Bunlardan birincisi yanvarın 16-da Qazaxıstanın "Atırau” komandası ilə, digəri yanvarın 24-də Ukraynanın yüksək liqa təmsilçisi olan "Zaporojets” klubu ilə olacaq. Bundan başqa komandamızın Belçika və Rumıniyanın yüksək liqa təmsilçiləri ilə də qarşılaşmaları nəzərdə tutulub.

 

Views: 432 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz