"Xəzər Lənkəran” klubu özü ilə bərabər Azərbaycan futboluna bir çox yeniliklər gətirdi. Futbolu, onun ayrılmaz hissəsi olan azarkeşləri olmadan təsəvvür etmək mümkün deyil. Bu baxımdan da "Xəzər Lənkəran” ölkə futboluna azarkeşlərinin simasında daha bir yenilik gətirdi. Əvvəllər bir çox klubların rəsmi olaraq klubların nəzdində fanklubları formalaşdırılırdı, və bu fanklublar elə öz futbol klublarının hesabına oyunlarda klubu dəstəkləmək və s. işlər görməklə fəaliyyət göstərirdi. Əlbəttə, "Xəzər Lənkəran” klubu da bu cəhətdən istisna deyil. Bundan əlavə "Xəzər Lənkəran” azarkeşlərindən ibarət belədə ilk olaraq müstəqil fəaliyyət göstərən fanat klubları yarandı ki, bu addımı da ilk olaraq "12ci oyunçu” MFK atmış oldu. 2008-ci ilin 22 fevralında 12 nəfərdən ibarət təsis yığıncağı keçirən "12ci oyunçu” MFK fəaliyyətini bu adla rəsmiləşdirdi və ölkə tarixinə ilk müstəqil fanat klubu kimi düşdü. Artıq təsis yığıncağından 10 gün sonra onların sayı 35 nəfərə, üç ay sonra isə 105 nəfərə çatdı. Beləcə inkişafda olan "12ci”lər 1 il sonra öz rəsmi saytları olan http://12cioyuncu.moy.su saytı ilə də fəaliyyətlərini genişləndirmiş oldular. Bu gün Respublikamızın ilk müstəqil fanklubu olan "12ci oyunçu” 2 yaşını qeyd edir. Bu iki ildə doğrudan da çox işlər görmüş, çox layihələr həyata keçirmiş, Respublikamızda və onun hüdudlarından kənarda belə tanınmağa müvəffəq olmuşlar. Bu gün də öz fəaliyyətlərində yeniliklər etməklə çoxlarımızı, yaxşı mənada, təəccübləndirməkdə davam edirlər. Onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik. Qoy "Xəzər Lənkəran” öz fanatları ilə birlikdə həmişə yüksəklərdə olsun! Dərin hörmətlə: "Bosman” fanklubunun idarə heyəti 21/02/2010
|