Statistika |
Cəmi Onlaynda: 6 Qonaqlar: 6 İstifadəçilər: 0 |
|
Baş Səhifə » 2010 » Sentyabr » 3 » Boris Xetaqurov: “Oruc tutmağın futbolçulara ziyanı yoxdur”
15:27 Boris Xetaqurov: “Oruc tutmağın futbolçulara ziyanı yoxdur” |
"Mən futbolçuların oruc tutmasına pis baxmıram. Təcrübəli həkim kimi deyə bilərəm ki, oruc tutmağın futbolçulara tibbi nöqteyi-nəzərdən ciddi ziyanı yoxdur”. Bu fikirləri, "Xəzər Lənkəran” klubunun həkimi Boris Xetaqurov deyib. Az öncə 70 yaşını qeyd edən Xetaqurov uzun müddət "Neftçi” klubunda, sonra isə Azərbaycan yığmasında işləyib. Son 5-6 ildə "Xəzər Lənkəran”da çalışan, tibbi mərkəz yaradan təcrübəli həkim Ramazan bayramına hörmətlə yanaşır: "Düşünmürəm ki, oruc tutmaq futbolçulara mənfi təsir göstərsin. Hər halda, oruc gündüzə təsadüf edir və həmin vaxt oyunçular adəti üzrə çox qidalanmır. Sadəcə, həmin vaxt fiziki hazırlıqda problemlərin yaranmamağına diqqət yetirmək, yükləmələri azaltmaq lazımdır. Futbolçunun oruc vaxtı orqanizmində böyük dəyişiklik olmur, problem yaranmır. Hər halda, şəxsən zəngin təcrübəm dövründə bununla bağlı neqativ halla, mənfi təsirlə qarşılamamışam. Onu nəzərə alaq ki, çalışdığım komandalarda oruc tutanlar olub. Düzdür, indi "Xəzər Lənkəran”da futbolçular yox, texniki heyətin işçiləri orucdur”. Başda millimizin baş məşqçisi Berti Foqts olmaqla, digər çalışdırıcılar və klub rəhbərliyi Ramazanda futbolçuların oruc tutmasından narazı qalır və bunu orqanizmin zəifləməsi ilə əsaslandırırlar. Ancaq Xetaqurov bununla razılaşmır: "Bilirsiniz, bu məsələdə baş məşqçilərdən çox şey asılıdır. O, məşq prosesini elə tənzimləməlidir ki, problem yaranmasın. Təbii ki, oruc tutan futbolçularını ağır yükləmək olmaz. Bu işin öhdəsindən Ağasəlim Mircavadov yaxşı gəlirdi. Onunla elə "Xəzər Lənkəran”da bunun şahidi olmuşdum. Mircavadov əsl müsəlmandır, dindar insandır, Həccə gedib, hər il oruc tutur. O, proqramına əsaslanıb, Ramazan ayında futbolçuları necə hazırlaşdırmağı yaxşı bilirdi. Mən də həkim kimi futbolçuların qidalanmasına xüsusi fikir verirdim. Onlara axşam oruclarını açan zamanı vitaminlər, kalorisi çox olan, orqanizmi gücləndirən qidalar verirdim”.
Mənbə: "Apasport.az" saytı
|
Views: 586 |
Added by: BOSSMAN
| Dərəcələndirmə: 0.0/0 |
|
|
Növbəti Matç |
Xəzər Lənkəran İnter
Premyer Liqa XVTur
04 Dekabr 2011. Saat 16:00 |
Təsnifat Mərhələsi |
Komandalar
|
O
|
Q
|
H
|
M
|
T-F
|
X
|
Xəzər Lənkəran
|
13
|
8
|
3
|
2
|
18-13
|
27
|
İnter
|
13
|
7
|
4
|
2
|
11-7
|
25
|
Neftçi
|
13
|
8
|
1
|
4
|
21-10
|
25 | Bakı |
13
|
6
|
4
|
3
|
20-11
|
22
|
Qarabağ
|
13
|
6
|
3
|
4
|
16-12
|
21
|
Qəbələ
|
13
|
5
|
3
|
5
|
13-16
|
18
|
AZAL
|
13
|
4
|
4
|
5
|
17-16
|
16 | Simurq
|
13
|
4
|
3
|
6
|
11-13
|
15
|
Rəvan
|
13
|
3
|
6
|
4
|
16-17
|
15
|
Kəpəz
|
13
|
3
|
3
|
7
|
16-22
|
12
|
Turan
|
13
|
3
|
1
|
9
|
8-20
|
10
|
Sumqayıt Şəhər
|
13
|
2
|
3
|
8
|
7-17
|
9
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|