Ölkə
çempionatının XXIX turunda səfərdə Bakının "İnter” komandası ilə qarşılaşırdıq.
Bu qarşılaşma artıq çempionatın sonuna üç tur qalmış baş tutacaqdı. Hər iki cəbhədə
yəni həm ölkə kuboku, həm də çempionluq uğrunda mübarizə aparan komandamız son
dövr üçün həftədə iki oyun keçirməli olduğundan qüvvəsinin bölüşdürülməsi
problemi məsələsi ortaya çıxmışdı. Bildiyiniz kimi bu matça qədər ikinci pillədə
qərarlaşan "Xəzər Lənkəran”, liderlə 8-xallıq bir fərqə sahibdi. Komandamızın ən
az 9-xaldan edilməsi və digər bir komandaya xeyli xallar "hədiyyə edilməsi”
turnir cədvəlinin belə indiki anormal vəziyyətə gəlib çıxmasına səbəb olmuşdur.
Əgər çempionat obyektiv keçirilsə idi onda tam başqa bir turnir cədvəli
qarşımızda olacaqdı.Yoxsa, normal turnir cədvəlində komandaların indiki
düzülüşü yox, tam başqa bir düzülüş olmalı idi. Əlbətdə ki, bu cədvələ xeyli
xal üstünlüyü ilə "Xəzər Lənkəran” başçılıq etməli idi. Bu il Azərbaycanda
futbolun 100-illiyi qeyd olunur və bununla əlaqədar futbol qurumlarımız kimi isə
çempion görmək istədiklərindən bu 100-ildə futbolumuzun başına gətirmədiklərini
100-cü il dönümündə gətirmiş oldular. Bu haqda çox yazılıb, çox deyilib.
Məhz elə bu səbəbdən
də çempionatdan əlimizi üzmüş kimi bir faktla qarşılaşmış olduq. Buna görə də
komandamızın kubok cəbhəsində mübarizə aparması daha məntiqəuyğun görünür. Ölkə
futbolunun "əziz-xələfi”ni kubokdan layiqincə kənarlaşdıraraq öz yoluna davam
edən komandamızın qarşısında yenə sədlər qalsa da, bu sədlər daha 100%-lik
futboldankənar amillərə söykənən sədlər yox, heç olmasa 70%-in, 30%-ə söykənən
futboldankənar maneələr anlamına gələ bilər. Bu reallığı komandamızın məşqçilər
heyətinin də nəzərə alması məntiqidir. Bu səbəbdən də "İnter”lə XXIX turda məşqçilər
korpusumuzun meydana buraxdığı heyətə nəzər yetirək:
"Xəzər Lənkəran”
1. Kamran
Ağayev (k)
3. Elvin
Begiri
(30. Katalin
Doman, dəq.18)
5. Dieqo Souza
8. Nikulae
Muşat
10. Elnur
Abdullayev
(36. Uinston
Parks, dəq.57)
11. Andrei
Mureşan
14. Rahid
Əmirquliyev
16. Adrian Pits
17. Hristu Kiyaku
27. Manuel
Skarlatake
77. Stelian
Stanku
(2. Elnur
Allahverdiyev, dəq.46)
Ehtiyat
oyunçular:
12. Yevgeni
Kopil
18. Alim
Qurbanov
19. İbrahima
Banqura
84. Julius
Vobay
Göründüyü kimi
ənənəvi heyət və xüsusən də hücumdakı fiqurlarımızın olmaması dediklərimizi təsdiq
edən faktlardır. Lakin ehtiyat oyunçular skamyasına baxdıqda burada məşqçilər
korpusunun oyunun gedişinə görə bir sıra futbolçu və eyni zamanda taktiki dəyişikliklər
edilməsinin nəzərdə tutulduğu da aydın görünür. Belə ki, çox qüvvə sərf etmədən
və meydançanın da süni örtüklü yəni əngəlli olması nəzərə alınmış kimi görünür.
Bu məqsədlə kubok oyunu öncəsi hücum xəttinin əsas fiqurlarının zədələnmə
ehtimalı nəzərə almış məşqçilər korpusu ehtiyac olarsa və ya oyunun gedişi
onları qane etməzsə, o halda matçın axarını dəyişdirəcək futbolçuları meydana
buraxmağı nəzərə almışdılar. Bunların sırasında Julius Qibrila Uobay və Uinston
Parks kimi futbolçular ehtiyatda əyləşmişdi.
Dediklərimizin
sübutu üçün onu da göstərə bilərik ki, meydançanın süni örtüklü olması amıli
18-ci dəqiqədə Elvin Beqirinin zədələnərək məcburi əvəz olunmasına və oyunun
ortalarında Dieqo Qusmao Souzanın zədələnərək xeyli müddət yerdə qalması və bir
müddət də axsayaraq oyunu davam etdirməsinə səbəb oldu. Bu halda əvəzləmə
limiti bitdiyindən Souza məcburi oyunu davam etdirməli oldu. Bu yerdə onu da nəzərinizə
çatdıraq ki, əldə etdiyimiz məlumata görə Elvin Beqiri həm bu səbəbdən və həm də
rəqib futbolçu Poşkusun butsılarındakı çıxıntıların onun dizini yaralaması və
yaranın dərinin açılması səbəbindən oyunu yarımçıq saxlamalı olub və dizindəki
açıq yaraya bir neçə tikiş qoyulub. Souza isə sırf süni örtük probleminə görə
aldığı zədənin o qədər də ciddi olmaması üzündən hər iki futbolçunun kubok
oyununda oynama ehtimalı var. Bu zədələrin o qədər də ciddi olmaması ilə bağlı
sizlərə çatdıracağımız şad xəbər idi.
Elvin
Beqirinin məcburi əvəzlənməsi yuxarıda dediyimiz, lazım olacağı halda matçın
axarını dəyişə biləcək əvəzləmələr edilməsi planına mənfi təsir edən amil oldu.
Amma buna baxmayaraq, bir daha dediklərimizin sübutu üçün onu göstərə bilərik
ki, təkcə Uinston Parksın meydana daxil olması matçın axarını xeyli dərəcədə dəyişmiş
oldu. Elə onun oyuna daxil olmasından sonra fəallaşan komandamız Parksın gözəl
oyunu və pressinqi nəticəsində cərimə zərbəsi qazandırdı ki, bu da hesabın bərabərləşməsinə
gətirib çıxardı.
Matça
komandamız çox fəal başladı. 15-20 dəqiqə ərzində tam meydana və topa nəzarət
edən tərəf olduq. Lakin hücum xəttində əsas fiqurlarımızın olmaması bu
üstünlüyün qolla tamamlanmasında problem yaradırdı. Belədə həm orta və həm də
müdafiə xətti ruhdan düşürdü. Futbolda bu həmişə belədir ki, komanda böyük
üstünlüyə sahib olsa da qurduğu hücumlar qolla nəticələnmirsə, o halda həm
orta, həm də müdafiə xətti sanki bezikmiş olur və səhvlərin artmasına səbəb
olur.
Qaldı ki, iki
cəbhədə mübarizə ilə əlaqədar komandanın qüvvəsinin düzgün
bölüşdürülməsi məsələsinə və Mirça Rednikin
bunun öhtəsindən gəlməsi üçün atdığı addımlara, biz sizi gözəl başa düşürük
mister Rednik! Bilirik ki, belə hallarda bütün dünyada ən məşhur klublar belə
müəyyən dəyişikliklər etməyə məcbur olur. Biz sizə və komandamıza inanırıq. Ən əsası
isə obyektiv olan Avropa arenalarında sizdən və komandamızdan gözəl oyun və gözəl
nəticələr gözləyirik. Biz ruhdan düşmürük və sizi də ruhdan düşməyə qoymarıq!
Mirça Rednikli "Xəzər Lənkəran”ın önümüzdəki günlərdə böyük uğurlar
qazanacağına tam əminik. Ən azından bunu sizin karyeranız və Avropa təcrübəniz,
klub rəhbərliyinin məqsədyönlü və sizə inanan fəaliyyəti, azarkeşlərimizin isə
daim sizinlə olan birliyi və isti münasibəti söyləməyə əsas verir. Yaşasın böyük
"Xəzər Lənkəran” ailəsi!
Həm
də ona da inanırıq ki, Avropa uğurları üçün formalaşdıracağınız heyət, bu
uğurlardan sonra növbəti çempionatda hər kəsə yerini göstərəcək. Kimliyindən
asılı olmayaraq yeni heyət hətta vurduğu
zərbələrlə hakimləri belə topqarışıq qapının içərisinə salacaq.
|