Çərşənbə Axşamı, 19/Mar/2024, 09:38
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Dekabr 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Dekabr » 6 » Biz haqqı itirmək istəmirik! (Bəyanat)
01:03
Biz haqqı itirmək istəmirik! (Bəyanat)


            Keçən mövsümün əvvəlində komandamızın baş məşqçi postunda dəyişiklik baş verdi. Nəticədə klub rəhbərliyi tərəfindən doğma "Xəzər Lənkəran”ın baş məşqçi postuna rumıniyalı mütəxəssis Mirça Rednik gətirildi. Qısa müddət ərzində Mirça Rednikin komandaya gətirdiyi yeni ruh, əzmkarlıq və insani keyfiyyətlər onun necə bir mütəxəssis olduğunun göstəricisi idi. Təsadüfi deyil ki, komandamızda işlədiyi müddət ərzində yenidən minlərlə azarkeşi bir araya gətirə bildi və onların tribunaları tam dolduraraq doğma komandalarının oyununu həyəcanla izləməsinin səbəbkarı oldu. Mirça Rednik , bir baş məşqçiyə lazım olan bütün keyfiyyətləri özündə birləşdirərək on minlərin sevimlisinə çevrildi. Müxtəlif səviyyələrdə ona mane olunmasına baxmayaraq, könüllərin çempionu və faktiki ölkə kubokunu komandamıza qazandırdı. Bugün hər hansı anlaşılmaz qərarla onun komandadan uzaqlaşdırılması bəzi komandanı sevməyən qüvvələri hətta sevindirir.

            Biz ,”12-ci oyunçu” azarkeş qrupu, "Caspian Ultras” fanat qrupu və "Bosman” fan klubu olaraq, Mirça Rednikin klub rəhbərliyi tərəfindən uzaqlaşdırılması haqqında olan qərarını, onun xidmətlərinə düzgün qiymət verilməməsi və tələsik atılmış bir addım kimi qiymətləndiririk. Bunun üçün heç bir tutarlı əsas görmür və hansısa təzyiqlərin nəticəsi kimi dəyərləndiririk. Əgər bu halın baş verməsi, komandaya daha güclü bir mütəxəssisin cəlb olunması ilə nəticələnəcəkdisə, onda burada hər hansı bir məntiq görmək olardı. Lakin, belə bir mütəxəssisin yerinə yeniyetmələrlə işləmək üzrə çalışdırıcı olan birinin gətirilməsi və hətta onunla bir illik müqavilə imzalanması heç də komandanın xoş gələcəyindən xəbər vermir. Çox minli azarkeşlərin doğma "Xəzər Lənkəran”ı böyük klub olma yolundakı ümidlərini sarsıdır. Məhz böyük klub olma yolunda azarkeşlərin ümidinə çevrilmiş baş məşqçimiz Mirça Rednikin göndərilməsi ilə bağlı olan qərar, mütləq çoxluğu dərindən üzmüşdür. Bəlkə də, belə bir mütəxəssisin geri qaytarılması azarkeşlərin mütləq çoxluğunun bir daha ürəyincə olar. Əgər bu yöndə hər hansı ümidlərin mövcudluğu varsa, biz belə bir mütəxəssisi bir daha komandanın başında görmək istərdik. Əks halda bu baş verən dəyişikliklər heç də komandamızın xoş gələcəyindən xəbər vermir.

            Sonda, Mirça Rednikli "Xəzər Lənkəran”ın əzəmətindən narahat olan və müxtəlif üsullarla onun gedişinə səbəb olan hər kəsi və bütün qüvvələri, bu əziz və ağır gündə bir olan Allaha tapşırırıq.

"Caspian Ultras” fanat qrupunun adından Tural Əlizadə

"Bosman” fan klubu adından Mirhafiz Babayev

"12-ci oyunçu” azarkeş qrupu adından İslam Cabbarlı


06.12.2011
Views: 487 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz