Cümə Axşamı, 25/Apr/2024, 22:17
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  May 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » May » 19 » Birliyin 19-may nümunəsi
21:25
Birliyin 19-may nümunəsi


            Mayın 19-da, günün ikinci yarısında "Xəzər Lənkəran” komandasının baş məşqçisi Yunis Hüseynov "Xəzər Lənkəran”ın Bakıda yaşayan bir qrup azarkeşi ilə görüşüb. Klubun azarkeşlərlə iş üzrə əlaqəndririci nümayəndəsi Qurbanəli Məmmədovun təşəbbüsü ilə baş tutan çay süfrəsi ətrafında olan görüşdə iştirak edən 17-nəfər arasında Bakıda fəaliyyət göstərən fan klubların nümayəndələri də olub. Səmimi söhbət zamanı komanda ətrafında maraqlı müzakirələr gedib. Azarkeşlərin çoxlu suallarını cavablandıran baş məşçqi yay transferində hansı mövqelərə futbolçular alınacağı barədə fikirlərini görüş iştirakçıları ilə bölüşüb. Branamir Subaşiçin komandada nəyə görə saxlanıldığını soruşan azarkeşə cavab verərkən Hüseynov bunu hazırda komandada milli futbolçuların qıtlığı ilə əsaslandırıb. Həmçinin Kamran Ağayevlə bağlı verilən sual da maraqlı cavablandırılıb. Beləki, Yunis Hüseynov hazırda Kamranla müqavilənin bitdiyini lakin onun komandada saxlanılacağını dilə gətirib. Bunu isə qapıçının hazırda ölkədə bir nömrə olduğu ilə əsaslandırdı. Lakin yeni qapıçı alınacağını da istisna etməyib. Daha sonra futbolsevərlərdən biri Mahir Şükürovun "Xəzər Lənkəran”a gətirilib gətirilməyəcəyini soruşub. Hüseynov bu futbolçunun adının transfer siyahısından artıq silindiyini deyib. Daha sonra Lənkəran futbolunun gənc yetirmələrinin əsas heyətə dəvəti də çoxlu müzakirələrə səbəb olub. Klubun aşağı yaş qruplarında seçilən gənc futbolçular haqqında azarkeşlər Hüseynova çoxlu məlumat veriblər. Baş məşqçi də öz növbəsində Avstriya toplantısına Lənkəran futbolunun üç yetirməsinin aparılacağını deyib. Bundan əlavə üzdə olan yerli futbolçularla da maraqlandığını deyən Yunis bəy yay transferində komandaya cəlb ediləcək legionerlərlə bağlı suala özünəməxsus şəkildə cavab verib. "Skarlatake ilə də ilkin razılaşma imzalamaq üçün əvvəlcə onun oyununu izləməli idim buna görə də Rumıniyaya yollanmışdım. Digər legionerlər də kim olursa olsun mütləq özüm baxmalıyam, çünki mən heç vaxt yoxlamadan komandama futbolçu götürmürəm”

            Hər iki tərəfin səmimi söhəbtləri ilə davamlı olan görüşün sonunda fikirləri yekunlaşdırarkən bundan sonra da belə görüşlərin keçirilməsi qərara alınıb və azarkeşlərdən biri geniş şəkildə Yunis Hüseynova "Xəzər Lənkəran” komandasının baş məşqçisi postunda uğurlar arzulayıb. Həmin azarkeş arzu dolu nitqini belə bitirib: " ”Xəzər Lənkəran”da çalışan məşqçilərin fəaliyyəti adətən qısa müddətli olub. Arzulayram ki, sizin fəaliyyətiniz ən uzun dövrü əhatə etsin.”

            Görüş bitəndən sonra "Xəzər Lənkəran” komandasının rəisi Səməd Mustafayev klubun azarkeşlərlə iş üzrə əlaqəndririci nümayəndəsindən görüş barədə ümumi məlumat alıb. Ardıyca isə klubun rəsmi saytında görüş haqqında informasiya təqdim olunub.

Mənbə:"12cioyuncu.info"

Views: 457 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz