"Futbol+”
qəzetinin 15-16 iyun 2010 sayında, 7-ci səhifədə "Bakı”lılar "12-ci oyunçu”nun
cavabını verdi sərlövhəli yazısını biz də oxuduq. Orada göstərildiyi kimi,
Vinfrid Şeferin "Bakı”ya gəlişindən sonra "12-ci”-lər kubokun finalındakı məlum
"qolla” bağlı ona bir neçə sual ünvanlamışlar. Bu isə "Bakı” fanklubunun rəhbəri
Ruslan Hənifəyevi narahat etmiş və o da öz növbəsində "12-ci oyunçu”nun rəhbəri
İslam Cabbarlıya zəng edərək onunla danışacağını bildirmişdir.
Sonrakı
gedişatdan da göründüyü kimi, Ruslan bəy həqiqətən də İslam bəyə zəng edərək
ona öz etirazını bildirmiş, qəzetdə olduğu kimi qeyri-etik sözlərə yer
vermişdir. İslam bəyi qıcıqlandırıcı suallar verməkdə ittiham etmişdir.
Biz
isə öz növbəmizdə Ruslan bəyin diqqətinə çatdırmaq istəyirik ki, məlum "qol”dan
sonra əksər KİV-lər, futbol ictimaiyyətinin
nümayəndələri, PFL prezidenti, Millinin baş məşqçisi Şeferin həmvətəni,
kolleqası və bir zamanlar futbolçu yoldaşı olmuş cənab Berti Foqts, "Bakı”
klubunun rəsmisi Zeynal Məmmədovun mətbuata verdiyi açıqlamada"mən bu qola
sevinmədim” deməklə bir çox rəsmi şəxslərin münasibətinə diqqət yetirsin. Bu tək
İslam bəyin deyil, minlərlə "Xəzər Lənkəran” azarkeşinin suallarıdır. Həmçinin
Ruslan bəy bir azarkeş kimi, bunları normal qarşılamalıdır.
Cənab
Vinfrid Şeferin məşqçilik təcrübəsini, onun dünya futbolunda tanınmış bir isim
olduğunu və Azərbaycan futboluna verə biləcəyi xeyirləri nəzərə alaraq biz, səmimi
olaraq, bu seçiminə görə "Bakı” klubunu, o cümlədən onun azarkeşlərini təbrik
edirik. Gələn il ölkə çempionatının daha maraqlı keçəcəyinə ümid edirik.
"Bosman”
fanklubu
16.06.2010
|