Cümə, 27/Dek/2024, 00:02
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Dekabr 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 5
Qonaqlar: 5
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » Dekabr » 10 » Bakes və caz məsuliyyəti
21:10
Bakes və caz məsuliyyəti


            Doğma şəhər təmsilçimiz və fəxrimiz olan "Xəzər Lənkəran” bir müddətdir ki, özünə bənzəmir. Əslində böyük klub olma yolunda arzularımız gerçəkləşərkən, hətta adları və əməlləri bəlli olan hansısa şər qüvvələr müəyyən istəkləri naminə komandanı bu doğru yoldan sapdırdılar. Bizlərin və böyük azarkeş çoxluğunun müqaviməti qarşısında müəyyən müddət geri çəkilsələr də nəhayət öz çürük istəklərini həyata iyrənc formada keçirə bildilər. Bu niyə baş verdi? Çünki onlar bu yolda ən alçaq və şərəfsiz yollara əl atdılar. Şəxsiyyətinə hörmət qoya bilənlər isə bu yolda olmazın mübarizə aparsalar da, çirkaba və şərəfsizliyə bulaşmamaq üçün müəyyən mənada bu yaranmış şərəfsiz meydanı onlara buraxmalı oldular. Əslində bu zəiflik əlaməti sayılmamalıdır. Çünki tarix belə faktlarla doludur.

            Elə Mirça Rednik də müəyyən həddə qədər dözümlülük nümayiş etdirib, sonra getməyi qərara aldı. Əgər ona təklif olunan "6 futbolçunu qov, özün qal!” məsələsi ilə razılaşsaydı, sonda bu onun da komandada uzun müddət qalacağı anlamına gəlmirdi. O, ağıllı adam idi və çirkin insanların təklifi əlbəttə onu aldada bilməzdi. Ona görə də mərdi-mərdanə və sevgi ilə ayrıldı bizlərdən. Bunu az sonrakı dövrlərdə Yunis Hüseynovun taleyi təsdiqləyir. Ətrafını kənarlaşdıranda loyal münasibət göstərən Yunis Hüseynovun gəlişi zamanı bir sual dolu başlıqla çıxış etmişdik, "Yunis, Rednik ola bilərmi?” Cavabını əvvəldən bilsək də, müəyyən zaman təsdiqini gözləməli olduq ki, kimsələr ... Bəli, Yunis, Rednik ola bilməzdi. Bilmədi də. Heç barədə.

            Nədir böyük klub olma? Ki, bunu ara-sıra işlədirik. Böyük klub, vahid strategiyası olan, işini peşəkarcasına quran, bu yolda bütün lazımi tədbirləri görən, bütün maneələri inadla dəf edən, azarkeşlərinə hörmətlə yanaşıb, onların dəstəyinə arxalanan, azarkeş-komanda-rəhbərlik birliyinə, aparılan düzgün işlər fonunda sıx müvazinəti təmin edən, daxili və beynəlxalq yarışlarda daim irəli can atmaqla, sözünü beynəlxalq aləmdə deməyi bacaran birlik formasıdır. Nə çox buna beynəlxalq misallar.

            Bax, bütün deyilən faktorların əksəriyyətini Mirça Rednik bir nümunə kimi "Xəzər Lənkəran”da formalaşdırmağın əsasını qoymuşdu. Mirça Rednik "Xəzər Lənkəran”da bir institut formalaşdırmışdı. Bəli, "Xəzər Lənkəran”da bu modelin müəllifi o, idi. Ona görə də bunu Mirça Rednik İnstitutu adlandıra bilərik. Bundan sonra bu institutun tələblərinə cavab verməyən hər hansı forma özünü doğrultmayacaq. Bu model qəbul olunmalıdır. Çünki bu sınaqdan keçmiş bir modelin, ustaca cənub futbolunun tələblərini nəzərə alan tətbiq forması idi. Ona görə də komandanı sevən hər kəs bu dövrdən məmnun idi. Əgər rəhbərliyin dəstəyi lazımi səviyyədə olsaydı, artıq daimi stabilliyin əsası qoyulmuş komandada hər şey öz axarınca gedirdi. "Xəzər Lənkəran” daha da böyüyür, möhtəşəm bir komandaya çevrilirdi ki, əzəməti belə rəqiblərini qorxudurdu. Məhz bu qorxuya düşmüş qüvvələrin fitnə-fəsadıyla komanda daxilinə də yol tapıldı və hətta klub rəhbərliyi belə, bilərəkdən və ya bilməyərəkdən bu çöküşün iştirakçısı oldu. Bəli, Rednikdən sonrakı dövrü məhz belə adlandırmaq lazımdır. Bizim gətirdiyimiz dəlilləri yaxına buraxmayan rəhbərlik isə nəyi saydığını heç özü də bilmirdi. Əlahəzrət zaman isə bizim dediklərimizi vaxt keçdikcə daha incəliklərinə qədər təsdiq etməkdə davam edir. "Xəzər Lənkəran”dan ayrıldıqdan sonra iki rumın komandasına uğur gətirən Mirça Rednik, nəhayət qeyri-stabil duruma düşmüş avropanın tanınmış klublarından olan Lyej "Standard”ına dəvət olundu. Qeyri-stabil durumda olan "Standard”la günyarımlıq məşqə çıxan Rednik hələ bu mövsüm məğlubiyyət acısını dadmayan Belçika nəhənglərindən olan "Genk” Rasinqi səfərdə möhtəşəm oyun və iki cavabsız topla yenməyi bacardı ki, bu gün də inamla qələbələri sıralayır. Bu gedişlə tale, adətən Belçikada özünü sübut etmiş məşqçiləri Fransa və Hollandiya kimi ölkələrin adlı-sanlı klublarına aparır. Bəli, bindan sonra nə qaldı ki, ən yüksək eşalon, "Çelsi”, "Barselona”, "Real”, "Mançester”lər. Biz qürur duyuruq! Görəsən kimlərsə utanırmı? Nəhəng futbol ölkələrində sözünü deməyə qadir olan bir dahi mütəxəssis, Bakının hansısa otelində bir otel qızına görə öz gətirdiyi futbolçu ilə yola getmirdi deyənlər, bu gülünc iftiralarından əzab çəkirlərmi? Daha nələr deyilmədi bu dahi mütəxəssis üçün. Bu iblis maşınını avropada uğur qazanmaqla necə də sındırdın, ey dahi mütəxəssis! Ona görə gedəndə bir söz demişdin bizə:-"Mən daha böyük və daha güclü qayıdacağam!” Bəli, sən daha buralara qayıtmasan da, nəhəngliyin haqqında söz-söhbətlər bura qayıtdı. Sən dediyini etdin cənab Rednik!

            Ondan sonrakı cılız dövrlər haqqında çox çıxış etmişik deyə, son dövrə qiymət vermək istərdik. Uzun mübarizənin nəticə vermədiyi halda, dözüm həddinin bəlkə də sonuna yaxın "Bosman” fanklubunun və "12-ci Oyunçu” azarkeş qrupunun rəhbərlərinin birgə imzasıyla klubun sahibinə müraciət ünvanlandı və müraciətdə lazımi fikirlər klubun sahibinə çatdırıldı. Bununla əlaqədar adıçəkilən fanklub nümayəndə heyəti komandanın rəhbərliyi ilə görüşə dəvət olundu. Görüşdə qaldırılan məsələlər, dərhal klubun sahibinə çatdırıldı. Göründüyü qədəri ilə klubun sahibi artıq çox məsələlərdən xəbərdar olduqdan sonra ciddi reaksiya verdi ki bu da özünü sonrakı dövrlərdə göstərməyə başladı. Nəhayət klubun sahibinin tələbləri qarşısında  çalxalanan rəhbərlik, buraxdığı səhvləri düzəltmək yolunda əməli işlərə başlamalı oldu. Beləcə baş məşqçi dəyişikliyinə qədər proseslər getdi.

            İndi keçək baş məşqçi Karles Martorel Bakeslə əlaqədar olan məsələlərə. Bakes seçimi nə qədər gözlənilməz olsa da müəyyən mənada həm də ümidverici idi. Bu keçidə reaksiya verərkən, biz xeyli məlumat toplayaraq, onun "Barselona” kimi bir məktəbdən çıxması və futbol biliklərinin yüksək səviyyədə olması qənaətinə gəlmişdik. Təkcə qalırdı onun praktik olaraq bir professional klubda özünü sübut etməsi. Əslində adətən belə seçimlər özünü doğrulda bilir. Əgər doğrultmayacağı halda onun komandaya digər tərəfdən xeyri dəyə bilərdi ki, bunlar da onun futbol bilikləri və geniş əlaqələri hesabına baş tuta bilərdi.

            Rednikin vaxtında vahid oyun sisteminə uyğun komanda üzvləri seçilmiş və stabil komanda qurulmuşdu ki, bununla da o, baş məşqçi kimi istədiyi taktikanı seçb tətbiq edə bilirdi. Bəzən lazım gəldikdə oyunun gedişində belə taktiki sxemi yeniləyərək lazımi nəticəni əldə edə bilirdi. Buna onun kifayət qədər bilik, bacarıq və təcrübəsi kömək edirdi. Lakin ondan sonrakı dövrdə komandanın transfer məsələlərindəki naşılıq bərbad hal yaratmışdı. Gəlin ondan sonrakı transfer olunan futbolçulara fikir verək. Ayrı-ayrılıqda pis futbolçular olmasa da ümumi sistem uyğunluğu görmürük. Komandada Rednikdən miras qalan atletik, texnikalı, qurucu və sürətə hesablanan heyətə, sonra fərdi oynayan, güc futboluna üstünlük verən,  dağıdıcılığı ilə quruculuğu bəlli olmayan futbolçular cəlb olundu. Komanda qurularkən vahid oyun sistemi nəzərə alınmalıdır ki, Rednikdən sonrakı gələnlər heç deyəsən bunun fərqində belə olmayıblar. Bu yaxşı futbolçudur deyə heyətə qatıb "kaşa” effekti yaradıblar. Bax elə bu "kaşa” da Bakesə verildi. "Kaşa” deyilən bir komanda ilə isə hər hansı bir taktika qurmaq müşkül məsələdir. Çünki biri milli rəqs oynayırsa, digəri pop, o birisi isə rep tezliyində çıxış edir. Bununla isə aydın məsələdir ki, hər hansı ahəngdarlığa nail olmaq mümkün deyil ki, bir ansambl şəklində çıxış edəsən.

            Bu mənada Bakesi qınamaq yersiz olardı. Həm də müxtəlif deformasiyalara məruz qalmış komandada uğursuzluqlar, nəticədə inamsızlıq, həmçinin 6-6 bölünmüş və baş məşqçiyə qarşı qaldırılmış futbolçuların bu proseslər nəticəsində beyinlərinin korlanması və komanda məvhumuna qarşı hörmətsiz yanaşması Bakesin işinin nə qədər çətin olması anlamına gəlir.

            Biz ən azı üç matçdan sonra Bakesin işinə qiymət verməyin mümkün olduğunu demişdik. Elə bu gəldiyimiz nəticələr də "Simurq”la oyundan qabaqkı dövrü əhatə edir. "Bakı”ya ilk məğlubiyyət və bərbad oyundan sonra, "Kəpəz” üzərində çətin qələbə, AZAL-a ev məğlubiyyəti və yenidən "Bakı” ilə çətin heç-heçə. Bu arada onu da deməliyik ki, duman səbəbindən AZAL-la  iki ayrı günə təsadüf edən yarımçıq qalmış oyunu söz demək üçün başqa səbəbdən qarışıq material olmasına və "Turan”la xarakteri başqa olan kubok oyunu olduğuna görə məz yazı "Simurq”la oyunöncəsinə təsadüf etdi.

            "Bakı” ilə ilk bərbad oyundan sonra komanda AZAL-la ilk gündəki fərqli oyun nümayiş etdirməsi, "Bakı” ilə ev oyunundakı əzmkarlıq və sona qədər döyüşmə ruhu əlbəttə oyun mənasında inkişafa nail olmağın göstəricisi idi. Bunun üçün isə yuxarıda göstərilən səbəblərdən çürümüş beyinlərin və qurumuş əzələlərin təmizlənməsi və açılması gərəkliydi ki, Bakes bunun öhtəsindən gəlməkdədir. Lakin burada maksimum nəticə Caz üslubundan irəli gedə bilməz. Caz üslubunda hərə bir cür müsiqi ifa edir ki, ümumi qarışıqlıqda bir improvizasiya-qarışıq musiqi ahəngi və növü ortaya çıxır. "Xəzər Lənkəran”ın bu günki vəziyyəti bir caz musiqisi anlamındadır. Belə xaotik taktikalarla oynayan futbolçuları olan bir komanda əlbəttə caz üslubu təsiri bağışlamalıdır. Belə komandada bu maksimal nəticə hesab olunmalıdır. Əgər Bakes buna nail ola bilibsə, onda o öz fəlsəfəsinə uyğun komanda qurduğu halda yəqin ki nəticə verə biləcək.

            Həm də hesab edirik ki, onun da müəyyən əlaqələri və bu yöndə bacarığı var ki, bununla da o, istədiyi sistemə uyğun komanda qura biləcək. Necə ki, Mirça Rednik avropanın böyük bir futbol qisminin həmişə içərisində olub və bunun hesabına lazımi mövqeyə, lazımi keyfiyyətdə futbolçu gətirə bilirdi. Məşqçinin beynində istədiyi komandanı qurmaq üçün kifayət qədər bələd olduğu futbolçular varsa, əlbəttə o, nəyə isə nail ola bilər. Son zamanlar klub rəhbərliyinin dilindən də eşitdiyimiz, "Rednikin vaxtında transfer siyasəti bir başqa xarakterdə idi” kimi fikir onu da deməyə əsas verir ki, ondan əvvəlki dövrdə, uzun-uzun əlaqələr hesabına onlarla futbolçunun baxışa gəlməsi və bunlardan da hər hansının bəyənilib ya bəyənilməməsi, transfer işlərinin klubda nə qədər çətin bir məsələ olduğunu deməyə əsas verir. Amma Rednik kimi bir mütəxəssis isə bugünün, sabahın və hətta uzaq gələcəyin komandasının belə modelini və üzvlərini beynində hazır saxlaya bilirdi. Ümid edirik ki, gənc Bakes də bu mənada fərqlənə bilər. Çünki o praktik böyük futbola burada başlayıb, avropanın mərkəzinə getmək niyyətindədir. Əgər burada onun işi alınmasa təbii ki, gələcəyini şübhə altına qoya bilər. Bu məsuliyyəti dərk edən mütəxəssis isə təbii ki, lazım gələrsə, lap fələklə də əlbəyaxa olmalıdır. 

Views: 470 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz