
Bu gün "Xəzər Lənkəran” sabiq FİFA referisi Babək Quliyevlə əməkdaşlığa
başladı. Keçmiş hakim "Xəzər Lənkəran”ın idman direktoru vəzifəsinə gətirildi.
Babək
Quliyev futbol həyatına 1983-cü ildə futbolçu olaraq başlamışdır. 2001-ci ildən etibarən hakimlik fəaliyyətinə start verən
Quliyev 2002-ci ildən peşəkar keriyerasına FİFA referisi olaraq davam etmişdir.
2009-cu ilə qədər Azərbaycanı beynəlxalq arenalarda təmsil edən referi 2009-cu
ildə hakimlikdən kənarlaşdırılmışdır. Bununla belə, Babək Quliyev futboldan
uzaqlaşmamışdır. O, hal-hazırda bir sıra media orqanlarında futbol eksperti
olaraq hakimliyin səviyyəsini şərh edir.
Mənbə: ”Lankaranfc.com”
|