
Dünən, "Xəzər lənkəran”ın bu yay avroliqa
turnirinə hazırlıq çərçivəsində keçirəcəyi matçlara hazırlıqla bağlı Almaniya və
Avstriyada nəzərdə tutulan təlim-məşq, eyni zamanda bununla əlaqədar keçirməli
olduğu üç yoxlama oyununun sonuncusunu keçirdi. Klubun rəsmi saytında və yəqin
buna əsaslanan digər KİV-lərdə də sonuncu yoxlama oyununun "SV Mattersburq”la
keçiriləcəyi göstərilsə də, burda bir yanlışlıq olduğu üzə çıxdı. Hesab
haqqında məlumatlar olsa belə, hələ bunun hansı komanda ilə oyunda qeydə
alındığı haqda məlumatların yanlış olduğu bir neçə saat sonra üzə çıxmasını
qeyd edək. Bu yoxlama oyunundan bir çox KİV-lər məlumat versə belə, bu
yanlışlığı aradan qaldıran, "12-ci oyuncu.com” saytı nəhayət çətin də olsa dəqiqləşdirmələr
apardıqdan sonra "Xəzər Lənkəran”ın Avstriyanın "SV Mattersburq” klubu ilə
deyil, başqa bir klubu olan "KSV Superfund” klubu ilə keçirdiyini aşkar
etmişdir. Bu mənada "12-ci oyuncu.com” saytına minnətdarıq, əksinə klubun rəsmi
saytından isə gileylənməmək olmur. "12-ci oyuncu.com” saytında dəqiqləşdirmələr apardıqdan sonra
aşağıdakı məlumatlar verilmişdir.
Azarkeşlərin
dəqiq informasiya əldə etmək hüququna hörmətlə yanaşmaq lazımdır.
"Xəzər
Lənkəran" hansı komanda ilə yoxlama oyununu keçirib,
"Mattersburq"
yoxsa "KSV Superfund".
Araşdırmalarımız
nəticəsində məlum oldu ki, "Xəzər Lənkəran",
"Mattersburq"la deyil, "KSV Superfund" komandası ilə
yoxlama oyunu keçirib. "Traunkirchen" adlanan məşq düşərgəsində baş
tutan bu oyunda "Xəzər Lənkəran" 2:6 hesabı ilə məğlub olub.Onu da qeyd
edək ki,bu yoxlama oyununda komandamızın rəqibi olmuş "KSV Superfund"
klubu Avstriya çempionatında(Bundesliqa) 33-xalla turnir cədvəlinin 9-cu pilləsində
mövsümü bitirmişdir.Bu, 76 xalla turnir cədvəlində birinci yeri tutmuş və
çempion olmuş "FC Red Bull" klubunun çempionat boyu qazandığı
xallardan 43-xal,başqa sözlə iki dəfədən də çox azdır.Ümumilikdə isə Avstriya
Bundesliqaslında cəmi 10-komanda mübarizə aparır.
Bütün
bunlar bir yana, maraqlıdır görəsən niyə "Xəzər Lənkəran" klubunun rəsmi
internet saytı yanlış məlumat verib.Əgər rəqib sonradan dəyişilibsə,deməli
saytda da düzəliş edilməsi vacib idi.Eyni zamanda digər informasiya vasitələri
də "Xəzər Lənkəran"ın yanlış olaraq tam ayrı komanda ilə yoxlama
oyununa çıxdığını iddia edirdilər.Hər bir informasiya vasitəsi,eyni zamanda
"Xəzər Lənkəran" klubunun mətbuat xidməti yaydığı informasiyaya görə
məsuliyyət daşımalıdır.Azarkeşlərin dəqiq informasiya əldə etmək hüququna hörmətlə
yanaşmaq lazımdır.
Araşdırmadan
çıxarışlar:
("Mattersburq"un
keçirdiyi oyunların nəticələri)
Bereits
absolviert:
11.06.:
Testspiel gegen UFC Jennersdorf (7:1)
15.06.:
Testspiel gegen SKNV St. Pölten (0:0)
18.06.:
Testspiel gegen Slovan Bratislava (0:2)
22.06.:
Testspiel gegen SV Gloggnitz (2:2)
("Mattersburq"un
keçirəcəyi oyunlar)
Kommende
Termine
25.06.:
Testspiel gegen Spartak Trnava (Dürnkrut, 19.00 Uhr)
30.06.:
Testspiel gegen TSV Hartberg (Hartberg, 18.00 Uhr)
03.07.:
Testspiel gegen Haladas Szombathely (Deutsch Schützen, 17.00 Uhr)
09.07.:
Testspiel gegen FC Ujpest (vorauss. Pappelstadion, 18.30 Uhr)
Mənbə
"SVMattersburq" klubunun rəsmi internet saytı : svm.at
*********
Mattersburq
klubunun son bir il ərzində keçirdiyi yoldaşlıq oyunlarının nəticələri.
18.06.2010
.”Маttersburq” 0:2 "Slovan Bratislava”
15.06.2010Маттерсбург
0:0 Сент-Полтен
06.02.2010Маттерсбург
1:0 Будапешт Хонвед
02.02.2010Маттерсбург
1:0 Црвена Звезда
26.01.2010Маттерсбург
1:4 Брашов
14.11.2009Маттерсбург
1:2 Осиек
07.07.2009Маттерсбург
2:1 Висла Краков
03.07.2009Маттерсбург
3:0 Уйпешт
30.06.2009Маттерсбург
2:2 Сент-Полтен
Mənbə:
liveresult.ru
|