Cümə, 27/Dek/2024, 01:16
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Dekabr 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Dekabr » 1 » Azarkeşlər və Mərdimazarkeşlər
12:16
Azarkeşlər və Mərdimazarkeşlər

Bir az əvvələ getdikdə futbolsevərlərin yaddaşında çox şeylər canlanar. Yüz illiyi qeyd olunan Azərbaycan futbolu hansı yolları, mərhələləri keçib. Bu barədə düşündükdə görərik ki, ölkə futbolunun əsas inkişaf tarixi sovet dönəminə bağlıdır. Məhz bu dövrdə canlanan Azərbaycan futbolu həqiqətən də ən parlaq bir dövr yaşayıb. SSRİ birinciliyində güclülər dəstəsi böyük futbol aləminin ən yüksək pilləsi idi. Daha sonralar bütün respublikaları təmsil edən komandalar bu birincilikdə mübarizə aparırdılar. Futbolu daha çox inkişaf etmiş respublikalar bu birincilikdə daha çox sayla təmsil olunurdu ki, bu mənada Rusiya və Ukrayna fərqləndirilə bilər. Amma futbolu nisbətən az inkişaf etmiş kiçik respublikalar heç olmasa bir komanda ilə təmsil olunurdular. Bu mənada bir neçə ad dəyişikliyindən sonra Azərbaycanı "Neftçi” və qısa fasilədə "Dinamo” Kirovabad (İndiki Gəncə) komandaları təmsil ediblər. Qürurla xatırlamaq olar ki, Azərbaycan futbolu "Köhnə məkan”a, bu dövrlər ərzində bir çox dünya səviyyəli futbolçular qazandırmışdır. Bunlardan Anatoli Banişevski, Ələkbər Məmmədov, Kazbek Tuayev, Nikolay Smolnikov, Rəşid Özbəyov və adını çəkmədiyimiz onlarla dahi futbolçuları misal göstərmək olar.

Güclülər dəstəsindən bir pillə aşağı hesab olunan birinci dəstə yarışlarının əsasən iki qalibi isə növbəti çempionat ili üçün ən yüksək dəstəyə vəsiqə qazanırdı. O dövrlərdə zonalar üzrə ikinci dəstə yarışları da keçirilirdi ki, bu dəstənin səviyyəsi bəlkə də indikindən daha yüksək idi. Hər halda futbol mütəxəssislərimiz və bu günki canlı şahidlər yəqin ki, bunu inkar etməzlər. İkinci dəstədə Azərbaycanı əsasən, Naxçıvanın "Araz”, Kirovabadın (Gəncə) "Tərəqqi”, Lənkəranın "Xəzər”, Stepanakertin (Xankəndi) "Qarabağ”, Mingəçevirin "Avtomobilçi” komandaları təmsil edirdilər.

Müstəqillik dönəmindən sonra isə Azərbaycanda AFFA təşkil olundu və ölkə birinciliyi formalaşdırıldı. Bu gün oniki komandanın yarışdığı bu birincilik, əsasən 2004-cü ildən sonra daha da vüsət aldı. Bir çox şəxslərə dövlət səviyyəsində imkan yaradıldı ki, yeni dövrə uyğun klublar formalaşdırsınlar. Bəli, məhz Azərbaycan futbolunun sıçrayışı 2004-cü ilə istinad edir.

Futbolun inkişafı onun infrastrukturunun qurulmasından başlayır ki, bu da həmin 2004-cü ilə təsadüf edir. Bundan əvvəl isə yalnız "köhnə ölkə”dən qalmış və bugünün tələblərinə cavab verməyən baza və stadionlar fəaliyyət göstərirdi. O dövrdə Azərbaycanın bütün komandaları azarkeş baxımından əziyyət çəkmirdi. Matç zamanı stadionlar demək olar ki, azarkeşlərlə dolu olurdu. O günləri xatırlamaq üçün, bu gün Lənkəran şəhərində "Xəzər Lənkəran”ın bir ev oyununu canlı izləmək lazımdır. Futbola ən çox lazım olan azarkeş dəstəyi bu gün Lənkəranda var. Məhz elə buna görə də millinin bir sıra oyunlarının Lənkəranda keçirilməsində də futbol qurumları maraqlıdır. Bu gün demək olar ki, yalnız futboldan zövq almaq Lənkəran şəhər stadionunda mümkündür. Qalan stadionlarımız isə futbol adına təəccüblü sayda az, azarkeş ümidinə qalıb. Nisbətən Gəncə şəhər stadionunda canlanma hiss olunur.

Bəli, Azərbaycan futbolunda hər kəsin, o cümlədən futbol qurumlarının da öyünə biləcəyi bir məkan varsa, o da Lənkəran şəhər stadionudur. Futbol azarkeşləri, bu cansız qurğunu sevimli komandaları olan "Xəzər Lənkəran”ın matç və hətta məşq günləri belə canlandırır, ona həyat verir. Doğma Lənkəranın və Xəzər dənizinin adını daşıyan bu futbol aləmi, həmin anlar sanki, lərzəyə gəlmiş tufanlı dənizi xatırladır. Azarkeşlər tərəfindən "Fırtınalar meydanı” adını almış bu qurğunun canı və qanı, elə onlarla bir bütöv canlı orqanizm kimi cağlayır. Bəli, bu bizim Azərbaycan futbolunun sərvətidir! Futboldan anlayanlar bilir ki, bu doğurdan da sərvətdir. Sərvətinin qədrini bilməyənlər isə müflis olur! Gəlin sərvətimizin qədrini bilək, ölkə futbolunu müflis etməyək.  

Ötən mövsümü yada saldıqda bu camiənin birliyi ölkə futboluna nə qədər gözəllik gətirmişdi. Hamı yeni baş məşqçinin oyun uslubunu, mübarizə əzmini, gözəl transfer keyfiyyətlərini bəyənir və "Xəzər Lənkəran”ın böyük klub olma yolunda nəhayət indi daha real addımlar atdığına inanırdı. Bəli, bu doğurdan da belə idi. Azarkeşlər tərəfindən yüz faiz dəstəklənən baş məşqçi, onun qura bildiyi komanda və işini gözəl qura bilmiş klub rəhbərliyi bir bütöv məvhumu təşkil edirdi. 

Amma mövsüm sonunda süni əngəllərlə çempionluğun qarşısının alınması, Rednikin komandasının heç də təslim olacağı deyildi. Böyük əngəllərə və yaradılan çətinliklərə baxmayaraq, Rednikin komandasının mübarizə əzmi, kubokun qazanılması ilə nəticələndi. Azarkeşlərimizin dəfələrlə incidilməsi və hətta stadionlarda təhqir olunaraq döyülməsi belə, onları sındırmadı, komanda ətrafında daha sıx birləşməyə gətirib çıxardı. Komandanın zəiflədilməsi yönündə bütün bunların nəticə vermədiyini görən təşkilatlanmış qüvvələr, Avroliqa oyunları ərəfəsində daha başqa variantlara və taktiki gedişlərə əl atdılar. Kənardan komandanın daxili işlərinə qarışaraq, onun üçün "yeni strategiya” belə müəyyənləşdirdilər. Az qalmışdı ki, onların bu niyyətləri baş tutacaqdı. Yenə sağ olsun komandanı canı qədər sevən azarkeşlərin yüz faizlik birliyi ki, buna da imkan verməyərək, komandanın bir növ dağılmasının qarşısını ala bildi. 

Yavaş-yavaş müxtəlif üsullar tətbiq etməklə, komanda-azarkeş birliyini pozmaq yönündə işlər nəhayət bəhrəsini verməkdədir. Daxildə müxtəlif söz-söhbətlər yaratmaqla bu möhtəşəm azarkeş birliyinə çat salmaq cəhdləri bəzilərimizin əhvalına artıq təsir edə bilib. Başqa qüvvələrin əlində oyuncağa çevrilməmək çağırışı ilə bir neçə dəfə çıxış etsək də, əks qüvvələr də bekar dayanmırlar. 

Bu dəfə azarkeşlərin birliyini pozmaq üçün mərdimazarkeşlər  ordusu hərəkətə keçib. Bura, heç bir tutarlı səbəb olmadan komanda daxilində futbolçu-məşqçi problemləri yaradaraq, azarkeşlərin gözündə komandanı kiçiltmək, heç də möhkəm olmadığını göstərmək üçün mərdimazarkeşliklə məşğul olan mətbuatı da qoşdular. Kimini qoşmamış özlərinin maraqları vardı deyə, avtomatik mərdimazarkeşlərə qoşuldular.  Gülünc və hətta uşaqlar üçün nəzərdə tutulmuş nağıllardan da bəsit nağıllar uyduruldu və yazıldı. Çox acınacaqlı hal budur ki, tək "Xəzər Lənkəran”da yox, başqa inkişaf yolu tutmuş digər komandalarda hədəfdədir. 

 "Qəbələ” klubu ətrafında da bir neçə belə nağılların uydurulması və digər klubların güclənməməsi yönündə mərdimazarkeş hərəkətlərinin şahidi oluruq. Mətbuat üçün utanc sayılacaq, guya komandanın aparıcı futbolçularından olan Mahir Şükürovun bir neçə futbolçu ilə restoranda yeyib-içdikləri zaman, baş məşqçi Toni Adamsın ona zəng edərək, məni niyə özünüzlə aparmamısınız? sualına futbolçunun sərt cavabı və telefonda söyüşmələri, sonda guya acıq çıxmaq məqsədi ilə Toni Adamsın komandanın aşbazının əli ilə onun yeməyinə istifadəsi qadağan olunmuş dopinq preparatları qatdırması kimi gülünc nağılların uydurulması, mərdimazarkeş uydurmaları deyilmi?

Ölkə futbolunun dediyimiz kimi sərvəti sayılan "Xəzər Lənkəran” camiəsinin zəiflədilməsi isə qəti surətdə demək olar ki, Azərbaycan futbolunun inkişafını istəməyənlərin işidir. İndi "İnter”lə ev oyununda komandanın ətrafında yaradılan söz-söhbətlərdən psixoloji sarsıntıya məruz qalmış məşqçi-futbolçu heyəti xal itirəcəksə, onda azarkeşlər arasında yaradılan təfriqə fikir ayrılığına gətirib çıxara bilər və sonda düz yolda olan komanda süni surətdə uçuruma yuvarlana bilər. Belədə bezikmiş baş məşqçi komandadan ayrıla bilər. Təbii ki, özü ilə gətirmiş olan bir çox məşhur və istedadlı futbolçular yəqin ki, nə Cüneyt Biçərin və nə də Zaur Ramazanovun rəhbərliyi altında oynamaq istəməyəcəklərindən komandadan ayrıla bilərlər. Belədə komanda dağılar və yenidən qurulmaq kimi çətin bir vəziyyətlə üzləşə bilər. Biz demirik ki, iş qabiliyyətindən və kimliyindən asılı olmayaraq hansısa məşqçi ömürlük komandada qalmalıdır, əsla yox! Əgər məşqçi tükənirsə, dərhal komandadan ayrılmalıdır. Lakin indiki vəziyyətdə məşqçi mərdimazarkeşlər vasitəsi ilə, TÜKƏNDİRİLİR! Süni maneələrə baxmayaraq, hal-hazırki baş məşqçimiz turnir cədvəlində ən az məğlub olan komandadırsa və ən çox xal ehtiyatlarına malikdirsə, vallah bəlkə də o, dahi bir mütəxəssisdir. Bir mütəxəssis və bir insan kimi Mirça Redniki dəyərləndirməmiz lazımdır. Əgər biz onu dəyərləndirməyib ona mane olaraq, pislik edəcəyiksə, onda başımızın üstündə haqq olduğunu unutmuş olacağıq. Başını aşağı salıb yalnız öz işi ilə məşğul olmaq istəyən birini bezikdirmək isə yalnız komandaya edilən mərdimazarlıq ola bilər. Buna komandaya azarkeşlik etmək yox, mərdimazarkeşlərə qulluq etmək demək olar. Əgər biz belə bir məşqçinin qədrini bilməsək, onda daha komandadan heç nə gözləməyə dəyməz. Bununla dünyada tanınmış hər hansı bir məşqçinin belə qədrini bilmədiyimizi sübut edəcəyik. Tanıdığımız ən dahi məşqçi belə komandaya gələrsə, mərdimazarkeşlərin əlində oyuncağa çevrilib, onun da torbasını tikərik, ey möhtəşəm "Xəzər Lənkəran” azarkeşi! Rednikin həmvətəni Mirça Luçeskunu bütün dünya tanıyır. Onun "Şaxtyor”dakı taleyini isə futbolsevərlərin əksəriyyəti yaxşı xatırlayar. Bir ara "Şaxtyor”da işləri yaxşı getməyən Luçesku, istefaya göndəriləcəyi həddə belə çatmışdı. Lakin klub rəhbərliyinin müdrik dəstəyi ilə az sonra o, "Şaxtyor”la tarix yazıb Avropa Liqasının qalibi olaraq, kuboku başı üzərinə qaldıra bildi. "Şaxtyor” kimi komandanın belə bir mərhələyə çatacağı isə çoxları tərəfindən nağıla bənzəyirdi. Lakin Rednikin həmyerlisi görün dəstək hesabına nələri bu komandaya bəxş edə bilib.

Sonda olmazın əziyyətlər çəkən və güclü maliyyə xərcləyən komandanın sahibi Mübariz bəyə və komandanın prezidenti Mais bəyə demək istəyirik ki, komandanın baş məşqçisinə həmişəki kimi dəstək nümayiş etdirən çıxışları ilə bütün söz-söhbətlərə son qoysalar, onda mərdimazarkeşlər də dayanar. Bircə, Durun! Bizim komandada belə hallar yoxdur! deməklə tam stabilliyə bizcə nail olmaq mümkündür. Əks halda elə bu mərdimazarkeşlər deyəcək ki, klubun özünün bu işlərdə marağı var idi. Mərdimazarkeşlər heç vaxt etibarlı olmur.

Azərbaycan futbolunun inkişafı yönündə fəaliyyət göstərən futbol qurumunun rəhbərləri də, komandanı uçuruma aparan belə hərəkətlərə Durun! deməlidirlər. Sizlərin haqqında xoşagəlməyən yazılara reaksiya verdiyiniz kimi ölkə futboluna zərbə vuran belə çıxışlara da irad bildirin. Nə vaxta kimi, nəinki inkişaf etmiş ölkələrin, hətta sovet məkanından çıxmış Rusiya, Ukrayna, hətta Moldova, Belarus kimi ölkələrin futboluna həsədlə baxmalıyıq? Özümüzdə inkişaf üçün bütün şəraitlərin olduğu halda niyə buna mane olanlara meydan verməliyik? Müxtəliffikirliliyi qəbul etmək lazımdır. Çünki bu, inkişafın əsas meyarıdır. Daha müxtəliffikirliliyi xaos kimi başa düşüb futbolumuzda dağıdıcılığa gətirib çıxarmasına gözmü yummalıyıq? Kim futbolumuzda inkişafı stəyirsə, susmasın!

Views: 523 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz