
"Xəzər Lənkəran”ın
baş məşqçisi komanda ilə birgə Lənkərana gəlir.
Ağsaqqal və fəal azarkeşlərdən olan Qurbanəli müəllimin təklifi
ilə "12-ci oyunçu” azarkeş qrupunun təşkilat komitəsi azarkeşləri səfərbər
edir.Bu gün təxminən saat 22:30 radələrində komandanın baş məşqçisi Mirça
Rednik komandanın rəisi ilə birgə Lənkəran şəhərində olacaqlar.Lənkəran şəhərinin
girəcəyində şəhərimizin atributlarından sayılan Samovar heykəlinin qarşısında
100-yaxın azarkeş rumın məşqçini qarşılayacaq.Onlar "Xəzər Lənkəran”ın
atributıarı lə silahlanacaqlar.Qarşılanma mərasimi sona çatan kimi saytımızda
bu haqda daha ətraflı məlumat verəcəyik.
Bəzi azarkeşlər
artıq indidən Lənkəranın girəcəyində yerləşən Samovar heykəlinə tərəf gedirlər.Bir
neçə azarkeşin isə artıq orada qalaraq baş məşqçini gözlədiyini öyrənmişik.Yerli
televiziyanın nümayəndələrinin də çəkiliş aparacağı haqda məlumat almışıq.
Qarşılanma mərasimi
gözlənildiyindən daha böyük marağa səbəb oldu.Beləki, əvvəlcədən 100-ə yaxın
azarkeşin iştirakı gözlənilsə də, 200-ə yaxın azakeş Mirça Redniki qarşıladı.Daha
sonra 50 maşınla azarkeşlər baş məşqçini "Fırtınalar Meydanı”na qədər müşayiət
etdilər.Stadionun qarşısında da çoxlu sayda azarkeş onları gözləyirdi.Sonda
azarkeşlərlə birlikdə şəkillər çəkdirən Mirça Rednik, hamıya öz təşəkkürünü
bildirdi və komandanı çempion edəcəyini vəd etdi.
Digər bir xəbər də belədir:
Mirça Rednik
saat 23:50-də Lənkəran şəhərinin girəcəyində maşından düşdü.Azarkeşlər onu əhatəyə
aldılar.İlk olaraq ağsaqqal azarkeş Qurbanəli kişi onu salamladı və Lənkəranlı
azarkeşlərin tələbkarlığından və çemionluq istəyindən danışdı.Daha sonra "12-ci
oyunçu” azarkeş qrupunun nümayəndəsi "Xəzər Lənkəran”ın şərfini Mirça Rednikə hədiyyə
etdi. "Futbol +" qəzetinin bölgə müxbiri Hüseyn Cəbrayıloğlu da qarşılanma mərasimini
izləyirdi. 
Mənbə: "12cioyuncu.com"
|