Avropa.az
Avropa.tv
Bu gün 08.06.10 tarixində saat 15:00-da
"Gəncəli Plaza” otelində "Avropa.az” və "Avropa.tv” saytlarının təqdimetmə
mərasimi keçirildi. "Avropa.az” və "Avropa.tv” lahyəsinin təşkilatçıları
"İnter”in rəsmi fanklubu və tanınmış yumor aktyoru Faiq Şadlının aparıcılığı
ilə açıq elan olundu. Konfransa müxtəlif fanklubların rəhbərləri və üzvləri,
həmçinin mətbuat nümayəndələri və digər şəxslər dəvət olunmuşdular. Dəvət
olunanlar içərisində "Bosman” fanklubunun rəhbəri və üzvləri də var idi.
Ilk olaraq konfransı açıq elan edən
Faiq Şadlı layihə barəsində ətraflı məlumat verdi. Sonra "İnter” fanklubunun
prezidenti Ruslan Muradov və vitse prezidenti Elçin Həsənov layihə barəsində
bəzi fikirləri də əlavə etdilər.
Deyilən fikirlərdə "Avropa.az” və
"Avropa.tv” layihələrinin həyata keçirilməsində məqsəd azarkeşləri canlı olaraq
internet radio vasitəsilə və gələcəkdə mümkün olacaqsa internet televiziyası
vasitəsilə izləməsinə şərait yaratmaqdır. Bəzi matçların televiziya vasitəsilə
yayımında mümkünsüzlüyünü nəzərə alan layihə təşkilatçıları "Avropa.az” və
"Avropa.tv” vasitəsilə bunun aradan qaldırılmasına çalışacaqlarını bildirdilər.
Hələ planlarını daha da genişləndirəcəklərini bildirən təşkilatçılar
çıxışlarından sonra yarana biləcək suallara cavab verməyə hazır olduqlarını
bildirdilər.
Daha sonra görüş iştirakçılarına söz
verildi. Ilk olaraq "Bosman” fanklubunun rəhbəri Mirhafiz Babayev rəy bildirdi.
O, görüş iştirakçılarını salamlayaraq layihə iştirakçılarına uğurlar arzuladı.
Çıxışında premyer liqa matçlarının canlı yayımında zaman-zaman problemlər
olduğunu bildirən Mirhafiz bəy, bu baxımdan bu layihənin vacibliyini göstərərək
layihənin həyata keçirilməsində operativlik və peşəkarlığın vacibliyini
vurğuladı. Daha sonra onun bu layihəyə niyə məhz "Avropa.az” və "Avropa.tv”
adlandırılması sualını ünvanladı. Azərbaycan futbolunun son illərdə Avropaya
yaxınlaşması ilə əlaqədar olaraq belə bir seçimin edildiyi təşkilatçılar
tərəfindən vurğulandı. Sonra digər görüş iştirakçıları da öz təbrik və
fikirlərini çıxışlarında qeyd etdilər.
Daha sonra layihənin artıq fəaliyyət
göstərə bilmə imkanlarını nümayiş etdirən görüşün təşkilatçıları Türkiyənin
İzmir şəhərində yerləşən "Can.az” saytının rəhbəri Məhmət bəylə Skype
vasitəsilə canlı videoəlaqə yaradıb, qısa dialoq qurdular. Həmçinin "Can.az” internet
televiziya saytının "Avropa.az” və "Avropa.tv”nin ilk əməkdaşı olduğu məlum
oldu.
Görüş bağlı elan edildi. Qeyri-rəsmi
olaraq çay süfrəsi arxasına davam etdi.
|