Artıq "Netçi”
ilə "Xəzər Lənkəran” arasında keçiriləcək futbol üzrə Azəbaycan kubokunun final
oyununa belə demək mümkünsə, saatlar qalır. Bu final oyunu 28 maya yəni Azərbaycanın
istiqlal gününə təsadüf edir. İdman ictimaiyyəti və azarkeşlər üçün bu ikiqat
bayramdır. Həm bu səbəbdən və "Bosman” fanklubunun prinsiplərinə uyğun olaraq, bu
məqsədlə oyuna hazırlıq kimi mayın 21-də fanklubumuzda toplantı keçirilmiş və
qərara alınmışdı ki, bu bayramın böyüklüyü şərəfinə azarkeşlər arasında heç bir
qarşılıqlı söz atışması, hörmətsizlik olmasın. Toplantıda konkret hərəkət xətti
müəyyən olunsa da "Neftçi” azarkeşləri ilə görüşdən sonra hər iki tərəfin
təklifləri əsasında ortaq nəticəyə gəlməyi düşündük.
Bilirsiniz
ki, hər iki düşərgədə bu oyuna hazırlıqla bağlı qızğın iş gedir. Odur ki, 26
may tarixinə planlaşdırdığımız görüş "Neftçi” tətəfində vaxt azlığından baş
tutmadı. Lakin görüşün baş tutmaması heç də bu əvvəlcədən razılaşdırılmış
prinsiplərin baş tutmaması demək deyil. Belə ki, fanklubumuzun rəhbərliyi, "Flaqman”
fanklubunun rəhbərliyi ilə telefon əlaqəsi vasitəsilə əvvəlki, hörmətlə
davranma razılaşmasında həmfikir olduqlarını bir daha bəyan etmişlər. Həm də o
da razılaşdırılmışdır ki, matç başlamazdan əvvəl və fasilə və ya fasilələr zamanı hər iki tərəfdən vətən naminə Azərbaycan!, Azərbaycan! şüarları
eyni vaxtda səsləndirilsin. Oyunun start fitindən sonra isə hər iki tərəf qarşı tərəfə
atmacalar olmamaq şərti ilə komandalarını bacardığı şəkildə çılğıncasına
dəstəkləsinlər.
Bu
futboldur, meydanda əsl layiqli mübarizə getsin və ədalət kimə haqq verərsə, o
da qalib olsun!
"Bosman” fanklubu 26 May 2013