Bu mühüm yazının gecikməsinin səbəbi var.
Belə ki, bu yazının müəllifinin soyuqdəymə ilə əlaqədar 5 gün işə çıxmamasına,
39-40 dərəcə bədən temperaturu ilə evdə yataq rejimində olmasına baxmayaraq, bu
matçda canlı olaraq iştirak etmək və matçı stadiondan birbaşa izləməyin
məsuliyyəti, nəhayət oyun günü "smes” inyeksiya vasitəsi ilə temperaturun aşağı
salınması hesabına Lənkərana yollanması mümkün oldu. Burada isə havanın çox
soyuq və yağışlı olması səhhətimdəki vəziyyətə daha da pis təsir etməsi, saat
16:00 dan matç başlayıb qurtaranadək təxminən 4 saatdan artıq bir vaxtda
stadionda açıq havada soyuq və çiskin yağış altında qalmaq və sonradan
istirahətsiz olaraq yenidən geriyə, Bakıya qayıtmaq vəziyyəti bir az da
korladığından yazımın bir az gecikməsini üzürlü hesab etmənizi xahiş edərək,
birbaşa mövzuya keçid alıram.
Azərbaycan
kubokunun "Xəzər Lənkəran” və "Neftçi” arasında keçirilən ¼ final matçına
futbol ictimaiyyətinin əksəriyyətinin "erkən final” kimi baxması heç də
təsadüfi deyildi. Bu komandalarin çempionat matçlarının adına isə çoxdan "böyük
oyun” adının verilməsi isə hər kəsə bəllidir.
Tofiq Bəhramov adına stadionda keçirilən ¼
final matçının ilk qarşılaşması zamanı baş hakim Anar Salmanov və onun tapşırıq
aldığı kəslər tərəfindən Azərbaycan futboluna ciddi zərbə vuruldu. Baş verənlər
bilavasitə "Xəzər Lənkəran”a və onun dahi məşqçisi Mirça Rednikə qarşı yönələn
qərarlar sanki Azərbaycana gəlməkdə olan Avropa futboluna kimlərinsə
qısqanclıqla yanaşaraq, bu inkişafa mane olmaq istəyən qüvvələrin cəhdi idi.
Onlar nəyəsə nail olacaqlarına ümid etsələr də Haqqın da bizlərə köməyi
nəticəsində "Xəzər Lənkəran” ailəsinin, ölkənin sağlam futbol ictimaiyyətinin
və sağlam mövqe tutan kütləvi informasiya vasitələrinin əksər hissəsinin doğru
olan mövqeyi nəticəsində nəhayət haqq edən qazandı.
Rednikin beysbolkasını etiraz olaraq yerə
atmasını "mühüm” məsələyə çevirərək onu texniki zonadan uzaqlaşdıran Anar
Salmanovun ardından AFFA İntizam Komitəsinin də bu hərəkətə daha başqa rəng
verərək guya məşqçinin söyüs söydüyünü əsas gətirərək ona külli miqdarda para
cəzası, ən əsası isə onu 5 oyunluq cəzalandırılması əslində sifarişin haradan
gəlməsini göstərdi. Amma FİFA referisi kimi təqdim olunan Anar Salmanov bu
oyunda "piyada” rolunu öz üzərinə götürməyin "şərəf” məsələsi olduğunun deyəsən
fərqində olmadı. Çünki bu hisslərə sahib olmaq hər kəsə nəsib olmur. Dədbəxt
hakimlərimiz düz-əməlli ingilis dilini bilmədiyi halda, Rednikin rumın dilində
söydüyü söyüşü hardan anlamaları çox maraqlıdir. Rednik elə söyüş söyəcək
mədəniyyətsiz insan deyil. İkincisi də bunu nə azərbaycan, nə də ingilis
dilində edəcək sadəlövhün birisi deyil.
Bu
matç teletranslyasiya olduğundan bütün dünya qarşısında Anar Salmanovun iyrənc
qərarları ilə Azərbaycan hakimliyinin və Azərbaycan futbolunun başının yerə
soxulduğunu anlamayanlar papaq haqda danışmağı belə özlərinə ar bilmədən,
üstəlik Anar Salmanovu müdafiə etməklə AFFA İK-nin qərarları ilə bir daha
sifarşçilər haqqda aydın görüntü yaratmış oldular.
Nə
isə bütün bu maneələrə baxmayaraq "Xəzər Lənkəran” səfərdə öz qələbəsinə nail
ola bildi. Əslində 1:4 hesabıyla qurtarmalı olan matç, 3:4 hesabıyla bitdi.
Kubok oyununun iki görüşdən ibarət olduğunu və elə bir matçda hakimin qərəzləri
nəticəsində oyunu heç ikinci matçda belə xilas etməyin mümkün ola bilməyəcəyi
haqqında biz öz narahatçılığımızı əvvəlki yazı və müsahibələrimizdə də
bildirmişdik. Bu çempionat oyunu deyil ki, uzun marafon ərzində "yeyilmiş
xallar”ı bərpa edə biləsən. Şükürlər olsun ki, Mirça Rednikin ağıllı
transferləri nəticəsində komandamız xeyli güclənib və hər oyunda rəqib
qapılarına azı bir neçə dəfə yol tapmağı bacarır. Bunu fasilədən sonrakı 4
rəsmi oyunda rəqib qapılarına 10 top vurmağı bacarmaqla komandamız bir daha
göstərmiş olub. Özü də indi komandamızda bunu tək hücumçular deyil, hər mövqe
oyunçusu bacarır. Bizə lazım olan komandanı artıq Mirça Rednik artıq
istədiyimiz komandanı qurmaq üzrədir. Bəli, hər oyuna çıxıb qol vurmaq
katalonlar kimi artıq bizim üçün də problem deyil.
Məhz bu səbəbdən cavab görüşünə "Xəzər
Lənkəran” nəticəyə oynamaq kimi bir taktika ilə çıxış etdı. Burda başqa
amilləri də nəzərə alsaq digər taktiki plan riskli addım ola bilərdi. Məhz
bunları nəzərə alan komandamız riskə getməyərək oyununu nümayiş etdirdi. Amma
bəzi klublar kimi yerə uzanmaqla, topu oyuna daxil etməyi yubatmaqla, və s
hərəkətlərlə vaxt qazanmaqla deyil, kişi kimi oyun göstərməklə istəyinə çatmış
oldu.
Amma çox hörmətli Arif Əsədov nədənsə kubok
oyunlarının xarakterini bilməyən insanlar kimi buna başqa cür şərh vermiş olub.
Oyundan sonrakı mətbuat konfransında onun sözlərinə görə "meydanda bir komanda
var idi o da "Neftçi”” Amma Arif bəyə
sual vermək istəyirik, öz yerinizdə məğlub olduqdan sonra, rəqib meydanında ilk
topu vurduqdan az sonra "Xəzər Lənkəran”dan cavab topunu yeyib, sonra da heç
bir şeyə nail ola bilməmək "Xəzər Lənkəran”ın diqtəsi və istəyinə nail olması,
havaxtdan sizin uğur kimi təqdim olunma haqqı qazanıb. Əgər meydanda bir komanda
var idisə və o da "Neftçi” idisə bəs hanı nəticə? Mərhələni sizmi keçdiniz? Siz
sağlam düşüncəli bir gənc və yerli mütəxəssisiniz. Gələcəyinizi fikirləşin.
Beyninizin zəhərlənməsinə imkan verməyin. Sabah siz "Neftçi”də olmaya da
bilərsiz. Hanı sizin uğurlu, Azərbaycan futbolunu inkişaf etdirən
transferləriniz. Bahodir Nasimovun vurduğu qollar Azərbaycan futbolunu inkişaf
etdirir kimi fikrləri cürbəcür formada deməklə nəyə nail olduz ki, indi
meydanda bir komanda var idi deməklə nəyə nail olmaq istəyirsiniz.
Güvəndiyiniz futbolçu hər hansı vəhşilik
hesabına olsa belə "Xəzər Lənkəran”ın qapısına yol tapmaq üçün "çalışırdı.” Kimdir
ona "Xəzər Lənkəran”a qarşı bu vəhşi motivasiyanı verən? Onun vəhşiliyi az qala
faciə ilə nəticələnəcəkdi. Bəli, son illər Azərbaycan futbolunun yetirdiyi
istedadlardan biri, Kamran Ağayev ölüm təhlükəsi ilə üzləşdi. Bu dəhşətli
səhnənin şahidi olmadınızmı. Sizin futbolçulara adi oyun epizodunda toxunanda
"Onlar vəhşidirlər” deyə bəyanatlar yayırsınız. Bəs indi niyə dinmirsiniz? Buna
görə heç hakim də onu cəzalandırmır? Amma
futbolda bəzi qaydalar da var ki, sənin topa sahib olman və ya zərbə endirmən
rəqibin əzilməsi və xüsusən həyati təhlükə törədə bilirsə, onda mütləq cəza
vacibdir. Bunu görməmək korluqdur. Bunlara riayət etməyən futbolçuda futbol
mədəniyyəti yoxdur. Bütün vasitələrə əl atdınız, lakin "Xəzər Lənkəran”a qalib
gələ bilmədiniz. Biz isə bunu oyun epizodu kimi qəbul edərək, sizdən fərqli
olaraq bəyanat filan yayacaq qədər ucuz düşüncəli insanlar deyilik.
"Neftçi” azarkeşləri içərisində də bu
həqiqətləri başa düşən insanlar çoxdur. Ona görə də azarkeşlərinizin sıraları
günügündən seyrəlir. Onlara hörmət etməyi bacarın. Onların qəlbində saf və
güclü bir "Neftçi” sevgisi vardır. Bizim də istəyimiz saf və güclü rəqiblərin
çoxluğu hesabına Azərbaycan futbolunun inkişaf yoludur.
|