Futbolu
yenicə inkişaf etməyə başlamış Azərbaycan daha bir klubunu itirməli oldu. Bu
çox təəssüf doğurucu bir xəbər olsa da, reallıqdır. Zaman-zaman meydanlarımızda
öz xüsusi tərzi ilə seçilən, adlı-sanlı klublara həyəcanlı dəqiqələr yaşadan,
get-gedə inkişaf belə edən, əvvəlcə Bakını, son ildə isə Sumqayıt şəhərini
təmsil edən, lakin keçən mövsümün sonunda Premyer Liqada öz yerini qoruya
bilməyən "Standard” klubu, birinci dəstədə də çıxış etməkdən imtina edərək,
klub rəhbərliyi tərəfindən buraxılmış elan olunmuşdur.
Yeni
təsis olunduğu ildən iddialı bir kluba çevriləcəyi, gələcəkdə də inkişaf yolunu tutacağı, son mövsümü çıxmaq şərti ilə çıxış etdiyi bütün
illərdə futbol ictimaiyyətinin
rəğbətini qazanmış belə bir klubun dağılması Azərbaycan futbolu üçün böyük itki
sayılaraq təəssüf doğurmaya bilməz. Arzu edək ki,
bundan əvvəl də bir neçə klubumuzun buraxılmasından sonra bu hadisə sonuncu
olsun.
|