"Futbol da bir
dünyadır” deyimi, həqiqətən də çox gözəl bir deyimdir. Biz futbolsevərlər
idmanın şahı adlandırdığımız bu idman oyununda nələr görməmişik, dilə gətiriləsi
olmayan hansı həyəcanları yaşamamışıq. Hərənin sevdiyi bir klub var ki, onunla
yaşayır, fəxr edir, öyünür, ona nəğmələr qoşur.
Lakin "Xəzər lənkəran”
azarkeşləri də özünəməxsusluğu ilə seçilir, onu "Sən bizim qürurumuzsan!” deyə
qürürlanır, "öncə vətəni, sonra səni sevdik!” deyə sevgisini izhar edir, start
fitindən, final fitinə qədər inanılmaz dəstək nümayiş elətdirir, harada
oynamasından asılı olmayaraq onu yalnız buraxmır, gününün çox hissəsini
komandası haqda düşünür, söhbətlərinin əsas hissəsini komandasına ayırır, ona əks
gedənlərin yerindəcə cavabını verir, istənilən sivil yolla doğma komandasını
müdafiə edir və sair. Ən yaxınına və ən əzizinə olan münasibətini "Xəzər Lənkəran”dan
əsirgəmir. Bu böyük ailənin möhkəmliyi və böyüklüyünün sirri də bundadır. Bu
günə qədər "Xəzər Lənkəran”a çox mahnılar qoşulub, çox şüarlar səsləndirilib. Amma bir çox məşhur komandaların, oyunboyu öz komandalarına həsr etdiyi mahnıları oxusa da, bütün azarkeşlər tərəfindən oxunan bizim belə bir mahnımız yoxdur. Sanki hamı bunu istəyir, lakin həyata keçirməyin çətinliyi bunun alınmamasına gətirib çıxarır. Ona görə də "Xəzər Lənkəran”ın cənub bölgəsini təmsil etdiyini nəzərə alaraq və bu
bölgənin digər məşhur xalq mahnilarından biri olan "Ay Lolu” xalq mahnısının
musiqisi üzərində qurulmuş, sözləri isə "Xəzər Lənkəran”a həsr olunmuş bir mahnını
oyun zamanı bütün azarkeşlərin bir ağızdan oxuması, stadionu necə də doğma və
möhtəşəm bir "havaya” qərq edər. Bu mahnını hamı bildiyi üçün onun həyata
keçirilməsi də yəqin ki çətin olmaz. Bu xalq mahnısının musiqisinə Mirhafiz
Babayevin yazdığı sözləri, azarkeşlərin müzakirəsinə buraxmaq, onların istəyi
ilə dəyişikliklərin edilməsi, nəhayət belə bir özəlliyə də sahib olmamız bizcə,
oyunlar zamanı çox xoş bir ovqata gətirib çıxarar və bu da komandamıza özəl bir
dəstək olar. Beləliklə, hamının əzbər bildiyi "Ay lolu” aşağıdakı sözlərlə
sizin müzakirənizə verilir. Gəlin bu işi "Neftçi” ilə oyuna qədər tamamlayaq və
bu mahnının sədaları altında əzəli rəqibimizi məğlub edək.
Ay lolu, gəlsin "Xə-zə-r”in qolu, Ay lolu, biz sevirik futbolu.
Ay lolu, gəlsin "Xə-zə-r”in qolu, Ay lolu, meydan fanatla dolu.
"Xə-zə-r”im daşdı, Nənəle,
Rə-qib dolaşdı, Nənəle,
"Xəzər” dəqiq, zərbə vurub,
He-sa-bı açdı, Nənəle,
He-sa-bı açdı, Nənəle.
Ay lolu, bağ-la-rıq bütün yolu,
Həm sa-ğı, həm ortanı, həm solu.
Ay lolu, bağ-la-rıq bütün yolu,
Həm sa-ğı, həm ortanı, həm solu.
Rə-qib bü-züş-dü, Nənəle,
Til-simə düşdü Nənəle,
Bi-zi keçmək istəsə də,
Özü sürüşdü, Nənəle,
Dal üstə düşdü, Nənəle.
Ay lolu, mey-dan fanatla dolu,
"Xə-zə-r”dən öyrənin siz futbolu,
Bi-zim-dir çempionluğun yolu,
Öl-kə-nin futbolunun, simvolu,
Ay lolu, yenə vuraq, bir qolu,
Ay lolu, gəlsin "Xəzər”in qolu...
|