Cümə Axşamı, 26/Dek/2024, 13:28
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  May 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 4
Qonaqlar: 4
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » May » 21 » Axı bizim günahımız nədədir?
14:50
Axı bizim günahımız nədədir?

 

            Çempionatın son, XXXII turunda bir sıra xoşagəlməz hadisələrin yaşanması get-gedə futbolumuz adına daha çox kölgə salmaqdadır. Belə ki, "Neftçi” və "Xəzər Lənkəran” komandaları arasındakı oyundan sonra əsas xoşagəlməz olay komandamızın azarkeşlərinə qarşı polis vəhşiliyi oldu. Son turlarda komandamızın azarkeşlərinə və hətta futbolçularına, eyni zamanda rəsmilərinə qarşı polis dəyənəyi işə düşüb. Bu biabırçılıqlar onminlərlə teleizləyicilərin, komandalarda təmsil olunan legionerlərin gözü qarşısında baş verməklə respublikamızın adına ləkə gətirir. Biz bu kimi halları qətiyyətlə pisləyir və əlaqəli orqan və təşkilatlardan belə vəhşiliklərin qarşısının alınmasını tələb edirik.

            Azarkeşə məxsus hissləri dəyərləndirə bilən "İnter” klubunun fanatları səsimizə səs verərək bu hallardan hiddətləndiklərini bildirib və digər klubların azarkeşlərini də buna biganə qalmamağa çağırıb. Belə ki, "İnterfan.az” saytındakı son yazıda buna münasibət bildirilib. Belə həssas yanaşmaya görə qardaş "İnter” fanatlarına təşəkkür edir və biz də digər klubların azarkeşlərini bu məsələdə fəal olmağa çağırırıq. Çünki bu gün "Xəzər Lənkəran” azarkeşlərinin başına gətirilən vəhşiliklər, sabah digər klub azarkeşlərinin də başına gətirilə bilər. Aşağıda "İnterfan.az” saytındakı etiraz dolu yazını olduğu kimi diqqətinizə çatdırırıq:                               

Azərbaycan futbolunun ən yaralı yeri çempionat oyunları zamanı paytaxt stdionlarının boş qalması və keçirilən oyunları az sayda azarkeşin izləməsidir. Belə acınacaqlı halla üzləşməyimizin bir çox səbəbləri var. Keçirdiyimiz sorğu nəticəsində azarkeşlərin bir qismi çempionat oyunlarının günorta vaxtına salınmasından gileyləndisə, digərləri vətəndaşların yaşayış tərzinin aşağı səviyyədə olması üzündən futbol əvəzinə çörək pulu dalınca getdiyini bildirmişdilər. Amma mənim fikrimcə daha bir səbəb azarkeşlərimizi stadionlardan qaçaq salır. Bunun adı polis özbaşnalığıdır. Futbol matçları zamanı asayişi qorumaq üçün stadionlara cəlb olunan polislər oyun vaxtı "Komandirin başı ağrıyır, baraban vurmayın”, ”Sakit olun, qışdırmayın” deməklə fanatların komandalarını dəstəkləməyə qoymurlar. Onların bu hərəkətlərinə etiraz edən bir-iki nəfəri isə dəyənəklə döyüb polis bölməsinə aparırlar.

Belə özbaşınalıq ilə çox rastlaşmışam. Lakin çempionatın son turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Neftçi” – "Xəzər Lənkəran” komandalarının oyunundan sonra polislərin etdiyi vəhşiliklər məni dəhşətə gətirdi. Oyundan öncə lazımi şəkildə təlimatlandırılmayan polis əməkdaşlarının səriştəsizliyi oyundan sonra yaşanan olayların yaranmasına gətirib çıxardı. Məhz öz funksional vəzifələrinin icrasına laqeyd yanaşan polis əməkdaşlarının əməyi sayəsində qarşılaşma bitən kimi yüzlərlə azarkeş meydana axışdı. Bunu görən polislər vəziyyətə müdaxilə edib dəyənəklərini işə salıb "Xəzər Lənkəran” komandasının azarkeşlərini döyməyə başladılar. Meydandan tribunalara qalxan lənkəranlı fanatların döyülmə əməliyyatını tribunaya şığıyan qoluzorlu polislər davam etdirdilər. Yüzlərlə lənkaranlı fanat polis dəyənəyinə qonaq oldu, onlarla azarkeş yaralı vəziyyətdə xəstəxanalara aparıldı. Bu dəhşətlı mənzərəni izləyəndə içimdə bir sual məni didib-dağıdırdı. Axı  bizim günahımız nədədir? Çermpionat oyunları zamanı sevimli komandalarını və beynalxalq oyunlarda millimizi dəstəkləyən azarkeşlərin günahı nədir? Onlar belə rəftara layiqdilərmi? Mənim fikrimcə ürəyi vətən sevgisi ilə döyünən və yüzlərlə kilometr yol qət edib stadionda komandasını dəstəkləməyə gələn azarkeşin heç bir günahı yoxdur. Günah sizin kimi yekəqarın, boynuyoğun və day-day hesabına fırlanan insanları polis orqanlarına işə götürən rəislərinizdədir.

            Yazımın sonunda bütün komandaların fanatlarına səslənirəm. Bu biabırçılıq və vəhşiliyə son qoymaq lazımdır. Bu gün "Xəzər Lənkaran” komandasının fanatlarını xəstəxanalıq edən qoluzorlu polislər sabah həmən aqibəti digər komandalarımızın azarkeşlərinin başına gətirəcəklər. Bu gün buna etiraz edib polis vəhşiliyinin qabağını almasaq sabah stadionlarımızda daha böyük faciələr baş verə bilər. Mənim fikrimcə bütün komandaların fanatları adından Respublika Prezidentinin adına məktub ünvanlamaq lazımdır. Bəlkə onda azarkeşlərin qədir-qiyməti olar və ən azından stadionda olanların vətəndaş hüquqları pozulmaz.

Views: 496 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz