
Əvvəlcədən də məlum olduğu kimi
komandamız Avstriyada təlim məşq toplanışında olacaq. "Xəzər Lənkəran”ın Avstriyada toplanışda olduğu müddətdə
keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərinin hamısı müəyyənləşib. Komandamız,
iyunun 19-da Almaniyanın aşağı divizyon klubu "Burqhauzen”lə, ayın 23-də isə
2007-ci ildə "Neftçi”ni UEFA kubokundan kənarlaşdıran Avstriya "Rid”iylə üz-üzə
gələcək. Komandamızın ayın 16-da "Şaxtyor”la qarşılaşacağı isə bir müddət əvvəldən
məlum olmuşdu.
Bir fanklub olaraq doğma "Xəzər Lənkəran”a uğurlar arzu edirik.
|