Çərşənbə, 24/Apr/2024, 20:21
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » İyul » 2 » Avropa liqası, birinci təsnifat mərhələsi, ilk oyun "Olimpiya" Beltsı (Moldova) 0 – 0 “Xəzər Lənkəran”.
14:46
Avropa liqası, birinci təsnifat mərhələsi, ilk oyun "Olimpiya" Beltsı (Moldova) 0 – 0 “Xəzər Lənkəran”.

Avropa liqası, birinci təsnifat mərhələsi, ilk oyun "Olimpiya”                              Beltsı (Moldova) 0 – 0 "Xəzər Lənkəran”.

 

 

Komandamız dünən səfərdə avroliqanın ilk tesnifat mərhələsinin ilk oyununa bu heyətlə çıxdı:

 

25. K. Ağayev

21. R. Todorov

3 . E. Beqiri

22. D. İmedaşvili

4 . E. Allahverdiyev

72. D. Ayhan

14. R. Əmirquliyev

18. A. Qurbanov ( 9-Z. Ramazanov. 86 )

30. M. Souza

12. A. Lalin      ( 10-X. Məmmədov. 89 )

15. E. Opara     ( 20-A. Hüseynov. 90+2 )

Ehtiyat oyunçular:

1. D. Kramarenko

7. R. Poladov

17. A. Məmmədov

55. T. Cəlilov

Baş məşqçi: Ağasəlim Mircavadov      

 

        Bu oyunun reportajı ilə bağlı azarkeşlərimizdə hədsiz narahatçılığın olmasına baxmayaraq, "Sports.md” saytına təşəkkür etməyə dəyər. Çünki bu reportajla bağlı Azərbaycanın hər hansı bir telekanalı və ya klubumuzun səy göstərməməsi azarkeşlərimizdə narazılıq yaratmışdı. Amma bu boşluğu moldovolıların hesabına doldura bildik.

        İnsafən komandamız bu oyunda pis təsir bağışlamadı. Qol epizodları yaratsalar belə bundan lazımınca istifadə olunmadı. Fikrimizcə, komandamızın yay təlim-məşq prosesini, həmçinin transfer siyasəti ilə bağlı işlərin normal səviyyədə olmamasının nəticəsi olaraq, "Xəzər Lənkəran” bu səfər matçından qələbə ilə dönə biləcəyi halda bu mümkün olmadı.

         Belə ki, E. Oparanın və Z. Ramazanovun bu məsul oyunöncəsi komandaya cəmi üç gün əvvəl qoşulması başadüşülən deyil. Məhz belə çatmamazlıqlar və belə heyətlə bu alınan nəticəni normal hesab etmək olar. Qeyd etdiyimiz kimi, transfer dönəmindən yararlana bilməyən klubumuz belə gedərsə, "Olimpiya” səddini Lənkəranda keçməyi bacara biləcəyi təqdirdə, ikinci təsnifat mərhələsində Buxarest "Dinamo”su qarşısında aciz qalacağını indidən göz önünə gətirmək olar.

          Bu nə  doğma və həmişə iddialı olan "Xəzər Lənkəran” klubuna və nə də onun çoxminli, çılğın azarkeşlərinə yaraşan hal deyil. Oyundan sonra baş məşq  çimiz A. Mircavadovun dediklərinə bir daha qulaq assaq bəzi məqamlar hər bir xəzərsevəri narahat etməyə bilməz: -" Oyun elə də maraqlı olmasa da, gərgin keçdi. Bu hesab bizə sərf etsə də, cavab oyununda diqqətli olmalıyıq. Qol vəziyyətlərimiz də oldu, lakin onlardan yararlana bilmədik. Bu oyuna lazımi şəkildə hazırlaşa bilməmişdik. Yəni bütün futbolçular eyni vaxtda toplanışda olmadı. Məsələn, Opara, Ramazanov yalnız üç gün məşq etmişdi. Rəqib bir real qol vəziyyəti yaratdı ki, onda da mərkəz müdafiəçilərimiz anlaşa bilməmişdi. "Olimpiya”nın 9-nömrəli oyunçusu xoşuma gəldi. Cavab oyunu tam fərqli taktika üzərində qurulacaq. Oyunçu alınmamasına gəlincə, bu sualı rəhbərliyə verin. "Olimpiya” "Şerif” qədər güclü komanda olmasa da, hər halda, meydanda yetərincə çox hərəkət edirdi. Ümumilikdə pis komanda deyil.”

Views: 474 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz