Nəhayət uzun
və çox mənalarda gərgin keçən 2011/2012 futbol mövsümünün ölkə çempionatı hissəsi
dünən başa çatdı. Əvvəlcə nəzərdə tutulduğu kimi təsnifat mərhələsi birinci və
ikinci altığın tərkibini müəyyənləşdirdi. Əvvəlki qaydalara əsasən ikinci
altılıqda elitanı tərk etməmək üçün mübarizə qızışarkən, birinci altılıqda
çempionun və avropaya gedəcək digər üç komandanın taleyinə aydınlıq gəlməli
idi. Qızğın və daha "qızğın” birinci altılıqda gedən mübarizə sona 3-tur qalmış
çempionu müəyyənləşdirdisə, digər avrokuboklara gedən komandalardan birini də
çempion özü ilə aparmalı oldu. Bu da kubokun finalında oynayacaq "Bakı” klubu
idi. Avropaya daha iki vəsiqə uğrunda isə üç komandanın mübarizə apardığını
görürdük. Bunlar "Xəzər Lənkəran”, "İnter” və "Qarabağ” idi. Hadisələrin gedişi
bu iki vəsiqəni özü üçün təmin edəcək iki komandanın müəyyənləşməsini hətta
sonuncu tura saxladı. Beləki, "İnter” digər paytaxt təmsilçisi "Bakı” üzərində
qələbə qazanmaqla iki vəsiqədən birini əldə etdisə, sonuncu vəsiqənin isə taleyinə
"Xəzər Lənkəran” – "Qarabağ” oyununda aydınlıq gəlməliydi. "Xəzər Lənkəran”
doğma divarlar arasında "Qarabağ”ı qəbul etdi və çoxlarının gözləmədiyi böyük
hesabla da qalib gəldi. Deməli bu qələbə ilə "Xəzər Lənkəran” həm gümüş
medallara sahib oldu həm də avroliqaya sonuncu vəsiqəni özü üçün təmin etdi.
Komandamıza və digər avropya vəsiqə qazanan komandalara bəri başdan müvəfəqqiyyətlər
arzulayırıq.
Son illər
alışdığımız kimi avrokuboklarda inamla bir neçə mərhələ keçən "Qarabağ” klubu bəs
niyə avroliqadan kənarda qaldı ? Bəzi araşdırmalar müəyyən fikirlərə gəlməyə əsas
verir. Beləki, son turlarda avropa şansını "zora soxan” Ağdam təmsilçisi bu məqamda
niyə öz kapitanını "Neftçi”yə verməli idi?
Araşdırmaları bir az da dərinləşdirsək görərik ki, bu il ölkədə futbol
ilinin elan olunması müəyyən mənada hansısa uğurların ortaya qoyulmasına rəvac
verməlidir. Bunun üçün isə ən yaxşı variant ölkə futbolunun ən köklü klubu olan
"Neftçi”nin avropa uğurları ola bilər. Keçən ilki çempionluqdan sonra ilk
oyundaca Zaqreb "Dinamo”suna biabırçı hesabla məğlub olaraq turnirdən kənarlaşan
"Neftçi” təbii ki, bu futbol ilində eyni aqibəti yaşamaq istəmir. Vəziyyətdən
çıxış yolu kimi bayaq da göstərildi ki, son illər Qurban Qurabnovun başçılığı
altında "Qarabağ” klubu avropa uğurlarına imza ata bilir. Deməli burada sözün əsl
mənasında "Qarabağ”ın böyük ölçüdə "Neftçi”yə transferi və həmin uğurların bu
il "Neftçi”nin adı ilə bağlı olması ən ağıla batan bir variant ola bilər. Ramin
Musayevin Qurban Qurbanova day-daylıq etməsi fonunda Julius Vobayın adının
"Neftçi” ilə yanaşı hallanması və Uinston Parksın da "Neftçi” yolunda olması və
PFL prezidentinin bir müddət əvvəl Parks-Vobay tandemini bəyəndiyini dilə gətirməsi əslində düşünmək üçün mövzudur. Çox güman ki,
futbol baş bilənlərimiz də uğurun bu
modeli üzərində az baş sındırmayıbıar. Belə çıxır ki, bu mövsüm "avropa fatehi”
olan "Qarabağ” bu adı ələ keçirmək istəyən "Neftçi”yə qurban verildi. Artıq "Qarabağ”ın kapitanının "Neftçi”yə
keçidinin rəsmiləşməsi bu mülahizənin reallığından xəbər verir. Təsəvvür edək
ki, avropa turnirlərinin "dilini” bilən Qurban Qurbanov başda olmaqla bu
turnirdə ”bişən” bir neçə futbolçu ilə "Neftçi”yə transfer olunarsa artıq bir
neçə mərhələ keçməyi göz önünə gətirmək olar. Təbii ki, bu rəqiblərin kimliyindən
də böyük ölçüdə asılıdır. Təkcə "Qarabağ”dan deyil, ölkənin digər klublarında
forma geyinən bir sıra yığma üzvlərinin də "Ağ-qara” rənglə avropaya gedişi bu il avropada "Ağ-qara” müvəfəqiyyəti
təmin edə bilər.
Belə olacağı
təqdirdə ölkənin hər hansı klubunun avropa uğuru sevindirici ola bilər və bu
sevindirici olayların baş verməsinə isə qarşıdakı günlərdə yəqin ki, şahidlik
edəcəyik. Uğurlar Azərbaycan futbolu.
P.S.
Evrovizion adı altında bütün avropa Azərbaycana gəlirsə onda ölkə futbolunun ən
köklü klubu niyə də bəs avropaya getməsin ?..
P.P.S. Bu
yazıdakı mülahizələr "12-ci oyunçu” azarkeş qrupu və "Bosman” fan klubunun
ekspertlərinin ortaya çıxartdığı nəticələrdir.
|