Çərşənbə, 24/Apr/2024, 09:34
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyun 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » İyun » 9 » Andıra qalmış Andorra Və ya top atılan Ukrayna ilə Polşanın bəxtəvər sakinləri
11:18
Andıra qalmış Andorra Və ya top atılan Ukrayna ilə Polşanın bəxtəvər sakinləri

 

 

            "Bosman” fanklubunun üzvü, eyni zamanda "Ədalət” qəzetinin əməkdaşı tanınmış jurnalist Etibar Cəbrayıloğlunu təqdim etməyə ehtiyac yoxdu. Maraqlı köşə yazıları ilə daim oxucuların diqqətini çəkən Etibar bəy daha bir yazı ilə görüşünüzdədir. Aşağıda Etibar bəyin həmin "Andıra qalmış Andorra Və ya top atılan Ukrayna ilə Polşanın bəxtəvər sakinləri” adlı, yeni yazısını təqdim edirik.

 

Ötən il "Avrovision”da əla oxuduq. Almaniyada necə oxuduqsa səsimiz bütün Avropaya yayıldı. Məharətimizi görəndən sonra yaxşı oxuyanları seçən "Avrovision” mahnı yarışmasını keçirmək işini bizə tapşırdılar. Bakıdakı "Avrovision” bir tozanaq qopardı ki, gəl görəsən. İnsafən pis də alınmadı. Təşkilatçılıq öz yerində, ev yiyəsi kimi oxumağımızı da bəyəndilər. Avropanın minnəti olsun, nə bəhanə gətirib Alim  Qasımovu bəyənməyəcəkdilər ki...

Sözümün canı var. Bizim oxumaq bacarığımıza şübhə edənlərin özlərində 37 səhv taparam. Amma oynamaq məsələsində dilim bir qədər qısadı. Berti Foqtsu ilk dəfə Azərbaycana gətirən təyyarənin təkəri qırılaydı... Biz dedik ki, məşhur oynayandı, titulu-zadı var, dünyada az-maz tanınır. Gəlib bizə də oynamaq öyrədər. Necə deyərlər, keçəl dönər yeyər, puluna minnət. Amma bu nemes başımıza oyun açdı. Dönər nədi, "Koroğlu” kababından, dana basdırmasından və dəvə qutabından basıb yedi, oynamaq da öyrətmədi. Elə elədi ki, bildiklərimiz də yaddan çıxdı. Yaponiya millisi ilə yoldaşlıq oyununa çıxan yoldaş futbolçularımız bir-iki dəfə karate fəndi işlədincə bir də gördülər ki, hakimin fiti çalındı, görüşün vaxtı bitdi. Foqts gələndən aldığımız məğlubiyyətlərin biri də artdı. Yığmanın sükanı Foqtsa tapşırılandan əməlli-başlı geriləmişik. Almaniya, Portuqaliya, Polşa, Avstriya, Rusiya kimi komandalara uduzmaq cəhənnəm, andıra qalmış Andorranı da uda bilmirik. Oynamağı bacarmırıq da, güc deyil ki...

Babək bizim tərəflərdə neçə-necə kadrı icra başçısı qoyub, bizim Koroğlunun qarnını doydurmaq üçün 7-8 qazan plov bişirilib, mindiyi Qıratın tozuna çatan olmayıb. Həyat yoldaşı Nigar dəlilərə qoşulub döyüşüb. Bozatın belindəki Qaçaq Nəbi də çox şücaət göstərib. Qaça-qaça atdığı güllənin biri də boşa getməyib. İlişəndə də can yoldaşı Həcər gəlib onu tutuqlandığı filan saylı cəzaçəkmə müəssisəsindən qaçırıb.

Amma indi nemesin düzəltdiyi komanda cırtdan Andorranın qarşısında aciz qalır. Gör dünyanın harasıdı ki, andıra qalmış Andorra Azərbaycandan qopardığı bir xala görə FİFA reytinqində 6 pillə irəliləyir. Babək sağ olsaydı çoxdan Foqtsun dərisinə saman təpmişdi. Koroğlu baş məşqçini basardı yeni boşaltdığı plov qazanının içinə, ağzını da möhkəm örtüb oturardı üstündə və yeni plov qazanı sifariş verərdi. Qaçaq Nəbi bu gün sağ olsaydı Foqtsun başına elə oyun açardı ki, alman baş məşqçi "Kapital”ı əzbər danışardı.

Andıra qalmış Andorra boş yerə bu isti havada yadıma düşmədi. Futbol üzrə növbəti Avropa Çempionatına start verilməsi dərdimi təzələdi. Dünən gecədən qitənin bütün diqqəti topdadı. Ukrayna və Polşaya top atıblar, oralardakı camaat da bolluca kef edir. Berti Foqtsun mərhəmətindən biz də uzaqdan baxırıq. Bilmirəm Foqts daxil olmaqla Almaniya bizdən nəyin acığını çıxır...

Almaniya demişkən, dünəndən hər yerdə- "Ədalət”in dəhlizində, avtobusda, dükanda-bazarda, yas mağarında, şadlıq evində qızışan futbol mübahisələrində bu ölkənin adı daha çox hallanır. Futbol azarkeşlərinin əksəriyyəti belə hesab edir ki, Almaniya millisi bu Avropa Çempionatının qalibi olacaq. Topdan az-maz baş çıxaran adam kimi almanların həmişəki kimi yetərincə güclü komanda təşkil etdiklərini bilirəm. Onu da bilirəm ki, müasir futbolda maraqlı bir ifadə yaranıb- Futbol 22 nəfərin 90 dəqiqə oynadığı və sonda almanların qalib gəldiyi oyundu. Bütün bunlara baxmayaraq, çox istərdim bu dəfə qalib Almaniya yığması olmasın. Bizi oynamaqdan məhrum edən Foqtsun acığına...

Qoy bu dəfə İspaniya, Portuqaliya, Hollandiya, Fransa Avropa Çempionu titulunu qazansın. Almaniya məğlub olub suyu süzülə-süzülə geri dönsün. Bəlkə mənim ürəyim onda bir balaca soyuya.   

Bütün Avropanın 4 il boyunca maraqla gözlədiyi çempionat hələ dünən başlayıb. Görək nə olur. Ukraynadan və Polşadan fərqli, buralarda hamı televizorun qarşısında oturub oyunları seyr edəcək. Yaman qorxuram. Qorxuram ki, azarkeşlərin başı Ukraynada və Polşada başlayan Avropa Çempionatına qarışa və köşəmi oxumayalar.

Bunun özü də elə andıra qalmış Andorraya uduzmaq kimi bir şeydi...

 

Etibar Cəbrayıloğlu

Views: 403 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz