Bu gün Azərbaycanın gəlib-getmiş futbol əfsanələrindən biri,
Anatoli Banişevskinin doğum günüdü. Mərhum futbolçunun 65 yaşı tamam olur.
Anatoli Banişevski 1946-cı il
fevralın 23-də Bakıda anadan olub. O, Azərbaycanın futbol tarixində silinməz
izlər qoymuş istedadlı bir futbolçu olmaqla tarixə düşmüşdür. O, yüksək insani
keyfiyyətlərə malik olmaqla yanaşı
sadiqliyi ilə də seçilib. O, peşəkar karyerası ərzində - 1963-cü ildən 1978-ci
ilədək yalnız "Neftçi" klubunda çıxış edib. "Neftçi"nin
1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmasında onun böyük əməyi
olub.
SSRİ yığmasının məşqçilər korpusunun diqqətini
də oz istedadı ilə cəlb edən dahi futbolçu SSRİ milli komandasının heyətindən də
kənarda qalmayıb. Belə ki, parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında SSRİ
mili komandasına cəlb edilib. Tezliklə bakılı məşqçilərin ümidlərini doğruldub
və yığmada keçirdiyi 3-cü oyunda het-trikə imza atıb. Bundan başqa, Banişevski
1966-cı ildə İngiltərədə keçirilmiş Dünya çempionatında iştirak edib və
yığmasının turnirin üçüncü mükafatçısı olmasında az rolu olmayıb.
1968 və 1972-ci illərdə təşkil
olunan Avropa çempionatlarına da qatılan həmyerlimiz son yarışda gümüş mükafata
layiq görülüb. Ümumiyyətlə, Banişevski SSRİ çempionatının güclülər dəstəsində
212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib.
SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib. SSRİ
çempionatı və kuboku, o cümlədən sovetlərin yığma komandasında üst-üstə 100-dən
çox qol vurduğuna görə bombardirlərin "Qriqori Fedotov klubu"nun
üzvüdü.
Futbolçu karyerasını başa
vurduqdan sonra o, 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu
"Neftçi" olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik edib.
O, sonradan 1984-88-ci illərdə Burkina-Fasoda
məşqçi vəzifəsində çalışıb. Afrikadan qayıtdıqdan sonra isə sağalmaz xəstəliyə
düçar olub.
Anatoli Banişevski 1997-ci il
dekabrın 10-da vəfat edib.
2 fevral 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Anatoli
Banişevskinin yaşadığı ünvanın qarşısına xatirə lövhəsi vurulub.
Allah rəhmət eləsin. Biz,
"12ci oyunçu” azarkeş qrupu və "Bosman” fanklubu həm "Xəzər Lənkəran”
klubunun o cümlədən Azərbaycan futbolunun çoxminli azarkeşləri olaraq Azərbaycan
futbolunun əfsanəsi olan Anatoli Banişevskinin doğum gününün 65 illik yubileyi münasibəti
ilə həm "Neftçi” klubunu və həm də onun azarkeşlərini təbrik edirik. Qoy
Azərbaycan futbolu daim belə əfsanələri ilə yadda qalsın.
Qeyd: Bu sözlər yazılmış və dahi
futbolçunun şəkli həkk olunmuş təbrik məktubu "12ci oyunçu" azarkeş
qrupunun rəhbəri İslam Cabbarlı və "Bosman" fanklubunun rəhbəri
Mirhafiz M. Babayev tərəfindən imzalanaraq "Neftçi" klubunun rəhbərliyinə
təqdim edilmişdir.
|