İsveçdə Braziliya komandası futbolda taktiki yenilik edərək, yeni oyun sistemi nümayiş etdirdi. Bu sistem müdafiədə 4 futbolçunun oynamasına əsaslanır. Altıncı çempionatda SSRİ-nin yığma komandası dünya birinciliyi uğrunda mübarizəyə qoşuldu. 49 ölkənin komandası çempionatda iştirak etmək istəyini bildirmişdi. Onlardan ikisi-yarışların təşkilatçısı olan İsveç və son dünya çempionu AFR seçmə oyunlardan azad edildi. Burada da komandalar həm qrup və həm də sonrakı mərhələlərdə çox gərgin mübarizə apardılar. Final oyunu meydan sahiblərinin həmlələri ilə başladı və onlar 5-ci dəqiqədə hesabı açdılar. Lakin cəmi 4 dəqiqə sonra Vava cavab topu vurdu, 33-cü dəqiqədə isə ikinci qolunu vurdu. Fasilədən sonra Pele və Zaqalo hesabı 4-1-ə çatdırdılar. Sonra hər komanda bir top vurdu ( 80-Simonson, 90-Pele ). Braziliya komandası 5-2 hesabı ilə qələbə qazanaraq ilk dəfə dünya çempionu adını qazandı. ******************************** Daha sxematik olaraq bax ******************************** Videonu izlə
|