2009/2010 –cu il Azərbaycan premyer
liqasında çempionluq və kubok uğrunda 12-komanda mübarizəyə başladı (1-ci dəstə
komandaları xeyli əvvəl kubokda mübarizəni dayandırmışdı). Çempionat bu il
başqa bir formatda yəni "6-lıq” sistemi üzrə keçirildiyindən, əvvəlcə 12
komandalıq təsnifat mərhələsi keçirildi. Bununla da 1-ci yerdən 6-cı yer də
daxil olmaqla qərarlaşan komandalar çempionluq uğrunda, 7-12 –ci yerlər isə
elitada qalmaq uğrunda mübarizələrini davam etdirmək üçün final mərhələsi
deyilən iki "6-lığ”a ayrıldılar.
Lakin
bu iki altılıq arasındakı əlaqə tam kəsilmədi. Kubokda iddiasını ½ final
mərhələsinə qədər davam etdirən "Olimpik-Şüvəlan” komandası bu "6-lıq”lararası
əlaqəni bu günə qədər yəni 05.05.2010 –cu ilə qədər davam etdirə bildi.
Kubokun
½ final mərhələsində üçü birinci "6-lıq” komandaları olan, "İnter”-"Bakı”
klubları bir biri ilə və üçüncüsü "Xəzər Lənkəran” olan, yeganə 2-ci "6-lıq”
komandası ilə yəni "Olimpik-Şüvəlan”la mübarizə aparırdı. İlk oyunların
nəticələri artıq məlum idi, "Bakı” öz meydanında "İnter”ə 0-1 hesabı ilə
yenilmişdi, "Olimpik-Şüvəlan” isə son anda qapıçımız Kamran Ağayevin kobud
səhvindən sonra hesabı 1-1 etməyə nail olmuşdular. Baxmayaraq ki, "Xəzər
Lənkəran” bu oyunda tam əsas heyətlə çıxış etmirdi. Bunun da əlbəttə çempionat
oyunu ilə bağlı öz səbəbi var idi. Çoxları finala çıxacaq komandaların artıq
birinci cütlükdən "İnter” , ikinci cütlükdən isə "Xəzər Lənkəran” olacağını
düşünürdü. Amma onda turnir cədvəlində vəziyyət və başqa amillər başqa söz
deyirdi.
Bu
gün cavab qarşılaşmasında "Xəzər Lənkəran” öz işinin öhtəsindən
"Olimpik-Şüvəlan”a 2-1 qalib gəlməklə, vəzifəsini yerinə yetirmiş oldu və
finala adlamağı bacardı. Çünki komandamız həm kubok və həm də çempionluq
uğrunda mubarizəsini bütün maneələrə baxmadan davam etdirir. Qaldı ikinci cütün
taleyinə rəqib meydanında qələbə qazanan "İnter”, nədənsə öz meydanında
"Bakı”ya heç gözlənilmədiyi halda 1-3 hesabı ilə məğlub oldu.”İnter” oyunu
udmağa heç istəkli də görünmürdü. Yəqin bu matçı televiziyadan izləyənlər də
buna şahid olublar. Belə şübhəli məsələlər bir az düsünməyə vadar edir. Və
düşündükcə bəzi mətləblər ortaya çıxır.
Turnir
cədvəlinə diqqət yetirsək,sona iki tur qalır, 27-xalla "Xəzər Lənkəran” vahid
liderdir. İkinci yerdə 25-xalla "İnter” klubu qərarlaşıb, üçüncü yerdə isə
24-xalla "Bakı” qərarlaşıb. Növbəti, yəni 31-ci turda"Xəzər Lənkəran” səfərdə
"Qarabağ”la qarşılaşır və heç olmasa heç-heçə edib xal itirmək ehtimalı var,belə
olan halda "Xəzər Lənkəran” xalını 28-ə yüksəldə bilər. Sonuncu, 32-ci turda
isə Lənkəranda "Bakı”nı qəbul edəcəyik. Əgər "Bakı” da əvvəlki üzdəniraq
ənənələrini yenə davam etdirməyə,yerə uzanmaq və s.kimi hərəkətlərlə heç-heçəyə
nail ola biləcəksə, onda bir xal da artırıb çempionatı 29 xalla bitirə bilərik.
31-ci
turun digər oyununda "Bakı”, "İnter”i qəbul edir. Burada, "İnter”, "asanlıqla”
kubok məğlubiyyətinin "əvəzini çıxır” və xallarının sayını 28-ə çatdırır. Son,
32-ci turda da "İnter” öz meydanında "Qəbələ”ni qəbul edərək qələbə qazanmaqda
çətinlik çəkmir və daha üç xal qazanaraq çempionatı 31-xalla zirvədə
tamamlayir.
Onsuz
da çempionluq ümidləri ərimiş olan "Bakı”nın yeganə ümidi kubokadır ki, o da
buna belə nail olmaq istəyir, əlbəttə finalda komandamıza qalib gəlməyi
bacarsa... Zatən itirəcəyi bir şey onsuz da yoxdur.
Sizlər
necə razılaşırsınız razılaşın. "Xəzər Lənkəran” qalan iki turda da qalib
gələcək, və 33 xalla Çempionluğu, finalda qalib gəlməklə isə kuboka sahib çıxmasını
bayram edəcəkdir. Sənin buna gücün yetər "Xəzər Lənkəran” ! Bizi qızıl dublla
sevindir İnşaallah !
|