UEFA
Avropa Liqasının ilk mərhələsində doğma "Xəzər Lənkəran” klubu Maltanın Ta-Qali
şəhərinin təmsilçisi "Sliema” klubu ilə ilk səfər qarşılaşmasında matçı qələbə
ilə bitirməsinə bir növ borclu olduğu halda 1:1-lik bərabərə qaldı. Bununla
əlaqədar olaraq həm idman mediasının, həm də bizim tənqidlərimizlə qarşılandı.
Axı biz azarkeşik və doğma komandamızdan həmişə qələbə gözləyirik. Xüsusən də
belə komandalarla və belə matçlarda. Matçın ardından "Xəzər Lənkəran” vətənə də
dönmədi. Bir növ yarımçıq qalan təlim-məşq toplanışını yeri gəlmişkən Maltada
davam etdirdi və Malta çempionu olmuş "Birkirkara” ilə yoxlama oyunu da
keçirdi. Bu sparrinq rəqiblə də eyni hesabla oyunu yekunlaşdıran komandamız ardından
vətənə dönür və "Sliema” ilə cavab matçına doğma şəhərdə hazırlaşacaq.
Elmə,
məntiqə və əxlaqa söykənən tənqid, əsl dost tənqididir. Bu onunçün olunur ki,
sevdiyin tərəf bundan nəticə çıxarsın və gələcəkdə həmin səhvləri
təkrarlamasın. Düşmən bu səhvlərdən istifadə edib komandamızı zəiflətməkdənsə,
və ya məğlub etməkdənsə, elə biz özümüz tənqid edək və düzəldək. Bizdə bu tənqid
sevgidəndir, saflıqdandır.
Amma
cavab oyununda mərhələ adlamağa acıq. Komandamızın qələbəsini istəyirik və bir
də tənqid etdiyimiz cəhətlərin düzəlməsini. Həlledici matça sayılı günlər
qalmış "Fırtınalar Meydanı”nı rəqib üçün cəhənnəmə döndərməklə "Xəzər Lənkəran”nın
qələbəsini bayram etmək istəyirik. Bu mənada aşağıdaki meyxana janrında olan
şeirimi "Sliema” ilə matça həsr edirəm və bütün azarkeşləri də incik düşməməyə
bizimlə birgə "Fırtınalar Meydanı”nı rəqib üçün cəhənnəmə çevirməyə çağırıram.
Biz birlikdə daha güclüyük deyirəm.
Mirhafiz Babayev
Sarı-qırmızıdur bu "Birkirkara”,
"Xəzər”ə heç-heçəylə vurmusuz yara.
Biz oynarıq, "Sliema”yla dübara
Onda
görərsiz necə coşdu meydan,
Sizinçün
od tutdu, alışdı meydan.
Süni otla meydanuzi örtmüsüz,
İstidə bir az da qaçıb pörtmüsüz.
Avropa Liqasına özüzü dürtmüsüz,
Siz
nə bilirsüz, necə coşdu meydan,
Sizinçün
od tutdu, alışdı meydan.
UEFA bizim vaxtımıza girişdi,
Qələbəni əldən verdik, sürüşdi.
Mərhələni kim qaldı,
kim də keşdi,
Onda
görərsiz necə coşdu meydan,
Sizinçün
od tutdu, alışdı meydan.
Ta-Qalidə, özüzə doğma məkanda,
Sərinlədüz, su içdüz stəkanda.
Cəhənnəm olacaqdu Lənkəranda,
Onda
görərsiz necə coşdu meydan,
Sizinçün
od tutdu, alışdı meydan.
Xəyallarda qurmayun heç sürpriz,
Sürprizi elə də sındırarıq biz.
Burda gəlib, nəyə ümid edirsiz?
Əyan
görərsiz necə coşdu meydan,
Sizinçün
od tutdu, alışdı meydan.
Toşak da başa düşübdü, səhvlərin,
Çün bəyan edibdü, bu Con səhvlərin.
Bununçün düşünübdü dərin-dərin,
Qəfil
görərsiz necə coşdu meydan,
Sizinçün
od tutdu alışdı meydan.
"Fırtınalar Meydanı”na gələndə,
Ayaqlaruzi əsmə tutar, o dəmdə.
Azarkeşlə, təsir alta düşəndə,
Bir
də görərsiz necə coşdu meydan,
Sizinçün
od tutdu, alışdı meydan.
Rəqiblərə
dedik:-lənətü-şeytan,
Meydanlar
sırasında var, bu meydan,
Əyan görərsüz ki,
ax.. nədü meydan,
Birdən-birə bax necə
coşdu meydan,
Sizinçün
od tutdu, alışdı meydan.