Bildiyiniz
kimi "Xəzər Lənkəran” komandası dünən doğma şəhərə döndü. Komanda sadiq
azarkeşləri tərəfindən qarşılanaraq, "Fırtınalar Meydanı”na qədər maşın karvanı
ilə müşayiət olundu. Burada da azarkeşlər avtobusdan enən bütün komanda üzvlərini
böyük coşqu ilə alqışladılar (bu haqda əvvəlki yazıda tanış ola bilmisiniz).
Saat təxminən
15:00-da "Fırtınalar Meydanı”na çatan azarkeşin izlədiyi məşq iki saata qədər
davam etdi. Müxtəlif isinmə hərəkətləri ilə start götürən məşq daha sonra ikitərəfli
oyun keçirməklə yekunlaşdı.
Komanda bu
gün də Avropa Liqası II təsnifat mərhələsinin Lənkəranda keçiriləcək Təl-Əviv
"Makkabi”sinə qarşı cavab oyununun hazırlıqlarını davam etdirdi. Dünənki məşqlə
eyni saatda, yəni 19:30-da başlayan məşq prosesini izləməy gələn azarkeşlərin
sayı bu gün daha da çox idi. Təxminən 1000-ə yaxın azartkeşin izlədiyi məşq
olduqca coşqulu və maraqlı keçdi.
Belə ki,
komandamızı bu vacib oyuna kökləmək üçün nəzərdə tutulan həvəsləndirici tədbirlərimizdən
birini bu gün həyata keçirdik. Mətni bizə məxsus olan maraqlı bir şüarı "12-ci
oyunçu” azarkeş qrupu və "Caspian Ultras” fanklubunun üzvlərinin köməyi ilə böyük
bir bannerə çevirərək məşq başlayan anda üzü futbolçulara tərəf açdıq. Çətin qələbələr
zamanı "Futbolçular meydanda ürəklərini qoydular” fikrinə əsaslanan mətni bütün
futbolçular və məşqşilər tərəfindən başa düşülsün deyə, ingiliscə yazılan bu
şüar həqiqətən də təsirli idi. Meydanda ürəyinizi qoyarkən alın, bizim də
15.000 ürəyimizi meydanda qoymaq üçün sizə veririk götürün, əvəzində bizə
yalnız iki qol verin. 15.000 ürəyi qurban edirik, yalnız 2 topa. "Take out
15.000 hearts and give us 2 goals!!!” şüarı yazılmış banner açılarkən,
futbolçularımız cavab olaraq xeyli müddət azarkeşləri alqışladılar. Ardıyca əbədi
şüarımız olan ""Xəzər Lənkəran”lı olmaq şərəfdir!” yazılmış banner də açılınca
komandanın yerli futbolçularını da xüsusi diqqətdə saxlamağımız bir daha burada
öz əksini tapmış oldu.
Daha sonra
məşq prosesi isinmə hərəkətləri ilə start götürdü. Meydan kənarı boyu yüngül
qaçışla davam etdi. Müxtəlif məşqləri fiziki hazırlıq üzrə Rednikin köməkşisi
C. Melkiore və M.Teja davam etdirdi. Taktiki planda davam edən məşqə isə baş məşqçimiz
şəxsən özü rəhbərlik etdi. Məşqin davamında M. Rednik komandanı üç mini
komandaya böldü. İkitərəfli oyun keçirən bu komandalardan top buraxanını dərhal
gözləyən komanda əvəz edirdi. Kiçildilmiş meydanda bitən bu məşqdən sonra yenidən
böyüdülərək iki komandaya ayrılan komandalar böyüdülmüç meydanda məşqlərini
maraqlı oyun formasında davam etdirdilər. Rednikin də forma geyərək
futbolçulara qoşulması azarkeşlərin alqışlarş ilə qarşılandı. Müdafiədən
başlayaraq yalnız bir komanda digərinin birtərəfdə yerləşən qapısına tərəf
hücuma keçməsi ilə yadda qalan məşq, sonra komandaların mövqelərini dəyişərək
davam etməsi ilə daha sonra başa çatmış oldu. Daha sonra tərlərini soyutmaq
üçün xüsusi proqram əsasında "Söndürücü” hərəkətlər edən futbolçular məışqi
bitirərək bazaya döndükləri zaman çoxsaylı azarkeşlərin "avtoqraf” alma və
birlikdə fotoşəkil çəkdirmə istəklərini də yerinə yetirməli oldular. Onu da
qeyd edək ki, yuxarıda bəhs edilən və məşq zamanı açdığımız bu şüarı oyun
zamanı da açacağıq.
|