Komandalar
ölkə çempionatlarındakı müvəffəqiyyətlərinə uyğun olaraq, qitə miqyaslı
turnirlərə və haradan başlamaq neçənci mərhələnin iştirakçıları olmağı
qarantiləyirlər. Bundan sonrakı mərhələlərin taleyinə isə əlahəzrət püşkün
diqtəsi və komandanın necə hazırlıq keçməsi məsələsindən asılı olur. Ola bilər
ki, püşk də üzə gülsün, hətta yaxşı hazırlıq da keçəsən. Hətta güclü
transferlərlə heyəti də gücləndirəsən. İşi yenə psixoloji hazırsızlıq korlaya
bilər. Yaxud hakimin səhv bir qərarı.
Qitədə
elə komandalar var ki, mövsüm bitəndə artıq onun yeri qrup mərhələsində olur.
Elələri də var ki, mərhələlərdə ələnən komandaların sonuncusunu qrupun qapısının
ağzında gözləyir. Elələri də var ki, ikinci mərhələdən yarışlara qoşulur. Ən
zəifləri ilk mərhələdən əziyyətə qatlaşmalı olur. Bu, iki cəbhədə cərəyan edən
yarışlar, yəni Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) yarışlarıdır. Bu
yarışlara hazırlaşmaq üçün isə komandalar Təlim-məşq toplanışlarına yollanır,
əgər hansısa mövqedə komandada axsama varsa, həmin mövqeyə yeni transferlər
həyata keçirərək güclənirlər. Bunun da nəticələri təlim-məşq toplantıları
zamanı keçirilən yoldaşlıq oyunlarında bilinir. Komandamız bu il təlim-məşq
üçün Almaniyanı seçmişdi. Burada azı iki yoxlama oyunu planlamışdı. Gah yağan
güclü leysan yağışları və nəticədə məkan dəyişməsi onsuz da qısa olan vaxtı lap
daraltdı. Bir yandan da UEFA-nın AL-dakı oyunumuzun vaxtını iki gün də önə
çəkməsi, təlim-məşq prosesini tamamən korladı. Demək olar ki, komandamızın
təlim-məşq toplanışı keyfiyətli 5-6 günə sığdı və bir də Almaniya aşağı liqa
təmsilçisi, "İnqolşdat”ın da ikinci heyəti ilə yoxlama görüşü.
Püşkatmanın
nəticəsi olaraq Maltanın "Slima” komandası ilə AL-dakı ilk oyunu da əslində
təlim-məşqin davamı kimi də dəyərləndirmək olar. Çünki "Xəzər Lənkəran” kubokun finalçısı kimi Avropa
Liqasınnın ilk mərhələsində yerini təmin eləmişdi. İnsafən püşk də üzünə
gülmüşdü yox, lap hırıldamışdı. Bu mənada "Slima” ilə oyun ciddi yox,
təlim-məşq toplantısında hesabın əhəmiyyət kəsb etmədiyi bir oyun
xarakterindəydi. Ona görə də komandamız sanki bu əhval ruhiyyədə oyuna
çıxmışdı. Lakin ikinci yarıda bu rəsmi yarışdır deyə zarafat etmək olmaz! arqumentini
"Slima” ustünlüyü ələ almaqla, hətta hesabı bərabərləşdirməklə "Xəzər Lənkəran”ın
yadına saldı. Evdə cavab qarşılaşması zamanı rəqibə tam ciddi yanaşılmalı və
onu ilk mərhələdə dayandırmalıyıq.
Dayandırmalıyıq
deyəndə ki, tutaq ki, "Slima”nı keçdik, ikinci mərhələdə bəyəm "sliva” bizi
gözləyir? İkinci mərhələdə rəqib "Makkabi”dir. Bu heyətlə "Makkabi” önünə
çıxmaq olduqca risklidir. Toşak nə qədər böyük komandalarda işləmiş təcrübəli
birisi olsa da bu heyətə böyük yarışlarda güvənmək olmaz. Təm əminliklə demək
olar ki, Toşak nə qədər böyük məşqçi olsa da Orsuliçdən Messi düzəldə və
ya Elnurdan Pike ya da Pamukdan Neymar
düzəldə bilməz. Heç onların onda birin də düzəldə bilməz. Bəs onda biz və Toşak
qrup mərhələsi haqqında necə danışa bilərik. Düzdü, Toşak böyük məşqçidi, Yekə
Toşşakdı amma Tounkaradan Pele heç zaman olmayacaq. Əbəs yerə növbəti
mərhələlərdən uğur gözləməyə dəyməz. Əgər komandanı gücləndirməsə. Bu gün kimi
aydın məsələdir. Ona görə də nə qədər gec deyil, heyətin gücləndirilməsi
lazımdır. Bu böyüklükdə məşqçi bunun məsuliyyətini dərk etməmiş deyil. Qaldı
onun milli komandalardakı təcrübəsinə klub da milli komanda deyil ki, ölkədə
olan futbolçuları ora cəlb edəsən. İndiyə qədər Qliqorovdan savayı, komandaya
cəlb olunan oyunçular hamısı ölkə daxilində, müxtəlif komandalarda top qovan
futbolçulardır. Özü də legionerlər. Vaxt var idi digər klublar "Xəzər Lənkəran”ın
legionerlərinə göz dikib onları özlərinə transfer edəndə bizim tənqid
hədəfimizə tuş gəlirdilər. Onları güclü legioner tapa bilməməkdə suçlayır,
transfer siyasətlərini tənqid edirdik. Bunu Souza gedərkən də, Parks, Vobay,
Todorov gedərkən də demişik. İndi nə oldu bəs özümüz ölkənin digər klublarının
legionerlərinə möhtac qalmışıq? Hanı bəs yekə Toşşakın nüfuzu, onun adını
eşidib komandamıza gəlmək istəyən səviyyəli legionerlər? Nə qədər gec deyil
belələrindən ən azı üçünü komandamızda görmək istəyirik. Növbəti mərhələlərdə
biabır olmamaq üçün.
|