Cümə, 27/Dek/2024, 02:17
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Mart 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 2
Qonaqlar: 2
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Mart » 28 » AFFA Prezidentinə Müraciət
21:45
AFFA Prezidentinə Müraciət


AFFA -nın prezidenti Rövnəq Abdullayevə. 
Sizə müraciət etməyimizin səbəbi 27 mart 2010-cu il tarixində Unibank Premyer Liqası adı ilə keçirilən Azərbaycan çempionatının 25-ci turu çərçivəsində "Xəzər Lənkəran” – "Neftçi” komandaları arasındakı matçla əlaqədardır. 
Bu matçı idarə edən baş hakim Əfqan Həmzəyəvin, köməkçiləri Mübariz Həşimov və Roman Vasiliyevin ilk dəqiqələrdən birtərəfli və qərəzli mövqe tutmaları bu müraciətimizə səbəb olmuşdur. 
Matç ərzində bunlara əyani sübut kimi bir çox məqamlar oldu ki, biz əsasən dörd məqamı qeyd etmək istəyirik: 
1. Birinci hissənin ortalarında "Xəzər Lənkəran” hesabı açmasına baxmayaraq, qolun hakim tərəfindən hesaba alınmaması 
2. iikinci hissənin ortalarında "Xəzər Lənkəran”ın tam qaydalar çərçivəsində vurduğu qolun yenə hesaba alınmaması. 
3. Bundan bir qedər sonra Mario Souzanın cərimə meydançasının 4-5 metrliyində son müdafieçini də keçib qapıçı ilə təkbətək qalacağı epizodda onun rəqib tərəfindən kobudluqla saxlanılmasına baxmayaraq, birbaşa qırmızı vərəqə epizoduna nəinki sarı vərəqə göstərməməsi, hətta oyunu saxlamayıb davam işarəsi verməkdir. 
4. Matçın bitməsinə bir neçə dəqiqə qalmış sağ cinahdan cərimə meydançasına ötürülən topa rəqibin cərimə meydançası içərisində əl ilə toxunması 11 metrlik cəzalandırılma olmalı idi ki, bunun da üstündən hakimin heç nə olmayıbmış kimi keçməsidir.. 
Bütün bu epizodlar oyunu birbaşa izləyən 15 minə yaxın azarkeşin gözü qarşısında baş verdi.Bütün bunlar və bunun kimi qərəzli hərəkətlər nəhayət azarkeşlərin səbrini daşırdı və bəzi xoşagəlməyən hallar ortaya çıxdı. Əlbəttə, biz azarkeş qurumları olaraq bu hərəkətləri dəstəkləmirik və belə halların baş verməməsi üçün səylər göstəririk. 
Azərbaycanda futbolun inkişafina dair dövlət proqramının həyata keçirildiyi illərdə Əfqan Həmzəyevin, Mübariz Həşimovun nə bu dövlət proqramını, nə futbol ictimaiyyətini nə də azarkeşləri saya salmayaraq belə hərəkətlər etməsinin əlbəttə bir cavabı olmalıdır.Eyni zamanda peşəkar futbol liqasının ,hakimlər komitəsinin və hakim inspektorlar komitəsinin rəhbərləri birbaşa olaraq hakim özbaşınalığına rəvac verənlər kimi dayandırılmalıdırlar. 
Azərbaycan futbolunun imicini və məhsuliyyətini daşıyan bir qurumun prezidenti kimi tərəfinizdən bunların dəqiq araşdırılacağına və yalnız bundan sonra qərarların veriləcəyinə ümud edirik. Azərbaycan futboluna kölgə salan belə hakimlər və onları cəzasız qoyan hakimlər komitəsinə dur deməyin vaxtı çatmışdir.Oyunu ən aşağı səviyyədə idarə edən hakimlərə, hakim inspektorlar komitəsinin ağlasığmayan formada yüksək qiymətlər verməsi isə qəbul olunmazdır.Bütün bunların fonunda peşəkar futbol liqasının rəhbərliyinin də olanları seyrçi mövqedə qalaraq izləməsi növbəti rəzilliyə şərait yaratmış olur.İndi bu hallara son qoyulmazsa sonra gec olacaq. Cünki son zamanlar belə halların çoxalması təəssüf doğurur. 
Xüsusən "Xəzər Lənkəran”a qarşı yönələn belə halların qarşısını almaq üçün klubumuzun fəal azarkeşləri sizinlə görüşmək tələbi ilə bizə müraciət etmişlər. 
Ədalətli qərarlar verilmədiyi təqdirdə "Xəzər Lənkəran” klubunun rəhb rliyinə, ölkə futbolunda mövcud olan haqsızlıqlara etiraz əlaməti olaraq, klubun fəaliyyətinin dayandırılması xahişi ilə müraciət etmək hüququmuzdan yararlanacağımızı da bəyan etmək məcburiyyətindəyik.
Eyni zamanda beynəlxalq futbol qurumları olan UEFA və FİFA-ya da əlimizdə olan video görüntülərlə birlikdə müraciət etmək istəyimiz də gündəmdədir. 
Dəfələrlə sizin də qeyd etdiyiniz kimi futbol, azarkeşlər üçün oynanılır fikrinin sözdə deyil əməldə olduğuna inanmaq istərdik. 
Simanızda ədalətin zəfər çalacağı ümidi ilə. 

"12-ci oyunçu” azarkeş klubu 
"Bosman” fanklubu 
                                                                            28/03/2010
Views: 652 | Added by: CSGA | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz