"Xəzər Lənkəran” Futbol Klubu növbəti transferini rəsmiləşdirdi. Komandamızla 1 illik müqaviləyə imza atan daha bir oyunçu Antalya təlim-məşq toplanışında iştirak etmiş Adrian Florin Pits oldu.
27 yaşlı Pits üçün "Xəzər Lənkəran” ilk əcnəbi klub deyil. Belə ki, Adrian Pits öncə İsverçrənin "Bellinzona” klubunda dörd mövsüm çıxış edib, sonra isə İtaliya "Roma”sı onu sıralarına qatıb. "Roma"da bir neçə oyun keçirən və İtaliya Kuboku oyununda bir qol ötürməsi ilə də yadda qalan Pits, bundan savayı İtaliya B Seriyasının klublarında da çıxış edib. Təcrübəli yarımmüdafiəçinin son klubu isə Rumıniyanın "Universitatya” (Kluj) komandası olub.
Mənbə: "Lankaranfc.com"
|