Cümə Axşamı, 26/Dek/2024, 13:24
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Sentyabr 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 2
Qonaqlar: 2
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Sentyabr » 4 » Abdulkader Kamara: “Hakimlər Azərbaycan futboluna zərbə vururlar”
08:32
Abdulkader Kamara: “Hakimlər Azərbaycan futboluna zərbə vururlar”

      

    Son zamanlar Azərbaycanda futbol hakimliyi məsələsi yenə gündəmdədir. Təsadüfi deyil ki, biz öz saytımızda bununla bağlı bir neçə dəfə çıxış etmişik. Yaxınlarda daha böyük və əsaslı bir yazımız da saytımızda işıqlandırılacaq. Bu dəfə isə Əslən Qvineyalı olan , həm də Belçika vətəndaşı olan, belçika futbolunda da tanınan, son bir neçə ildə isə Azərbaycanda müxtəlif klubların şərəfini qoruyan Abdukader Kamara da bu məsələyə toxunmuşdur. Onun "Çempion" qəzetinə verdiyi müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq:

Abdulkader Kamara: "Hakimlər Azərbaycan futboluna zərbə vururlar” 



          Artıq dörd tur geridə qalsa da, mövsümə iddialı başlayan "Qələbə” hələlik qələbə üzünə həsrətdir. Halbuki məşhur Toni Adams baş məşqçi postuna təyin olunduqdan sonra bu kluba böyük ümidlər bəslənildi. Adams iddialı açıqlamalar verməsinə, hədəflərinin çempionlar Liqasında oynamaq olduğunu deməsinə baxmayaraq, komanda hazırda Premyer Liqanın turnir cədvəlində 12 komanda arasında sonuncu pillədə yer alır. O, komandasına ingilis futbolunu aşılamaq istəsə də, hələlik bu, uğursuzluqla nəticələnir. "Qəbələ”nin hazırkı durumu ilə əlaqədar komandanın aparıcı üzvü Abdulkader Kamara ilə söhbət etmək qərarına gəldik. Əslən qvineyalı hesab edilən və Belçika vətəndaşlığına da sahib olan yarımmüdafiəçi 2003-cü ildə "Serkl Brügge” ilə Belçikanın ikinci divizion çempionluğunu qazanıb. 28 yaşlı futbolçu ilə müsahibəni diqqətinizə çatdırırıq...

- Mövsüm başlanandan bəri hələ də qələbə qazanmamısınız...
          - Bəli, artıq dörd turu geridə qoymuşuq. Düzdür, heç bir oyunda qələbə qazana bilməmişik, ancaq zəif də çıxış etməmişik. Qarşılaşdığımız rəqiblər kifayət qədər güclü idilər. İlk turdakı rəqibimiz "Xəzər Lənkəran”la matçı yüksək səviyyədə keçirdik. Stadionun pis vəziyyətdə olması oyunumuza mənfi təsir edən amillərdən idi. Növbəti rəqib "Neftçi” Azərbaycan futbolunun "flaqman”ıdır. Bu komanda güclü heyət yığıb. "Neftçi” sadəcə, buraxdığımız səhvlərdən yararlanıb qol vura bildi və qələbə qazandı. "Bakı” ilə oyuna gəlincə, bu matç heç də ədalətli olmadı. Hakim heç nədən qapımıza penalti təyin etdi. Ardınca iki oyunçumuza qırmızı vərəqə göstərdi. Bu görüşdə də qələbəni belə əldən verdik. Ən yaxşı oyunu MOİK-ə qarşı keçirdik. Saysız-hesabsız qol vəziyyətləri yaratdıq, lakin şansımızı dəyərləndirə bilmədik. Geridə qalan 4 turda hələlik bəxt bizdən üz çevirib.
- Növbəti turda "Turan”la qarşılaşacaqsınız. Nəhayət, bu dəfə 3 xal qazana biləcəksinizmi?
          - Hazırda Premyer Liqada zəif komanda yoxdur. Bütün rəqiblərə ciddi yanaşmaq lazımdır. Hər oyuna olduğu kimi, bu matça da qələbə əzmi ilə çıxacağıq. Heç olmasa, bu oyunda 3 xal qazanmalıyıq və mən buna inanıram.
- Bu cür oyunla çempion olacağınıza inanırsanmı?
          - çempionat yeni başladığı üçün hələ kiminsə çempion olacağı barədə fikir söyləmək düzgün deyil. Düzdür, "Qəbələ” Premyer Liqaya çox pis başlayıb, amma qarşıda oyunlarımız var. İnşallah, oyunumuzla özümüzü yaxşı tərəfdən göstərib, çempionatda sözümüzü deyəcəyik. Hazırda Premyer Liqada çox güclü rəqiblərimiz var: "Qarabağ”, "Neftçi”, "Xəzər Lənkəran” və digərləri. Məncə, çempion bu üç klubdan biri ola bilər.
- Toni Adams "Qəbələ”nin yaxın illərdə çempionlar Liqasında oynayacağını demişdi...
          - Mən də istərdim ki, "Qəbələ” Avrokubok oyunlarında, çempionlar Liqasında çıxış etsin. Amma ilk 4 turdakı zəif çıxışdan sonra buna inamım azalıb. çempionlar Liqasında çıxış etmək üçün gərək ölkə çempionu olasan. Hələlik qarşımızda yalnız çempionluq məqsədi olmalıdır ki, bu yolda da işlərimiz heç də qaydasında getmir. İnanıram ki, qarşıdakı oyunlarda uğur qazanıb, heç olmasa Avropa Liqasına vəsiqə qazana biləcəyik.
- Artıq neçə ildir ki, Azərbaycandasan? Bu illər ərzində Azərbaycan futbolunda inkişaf görürsənmi?
          - Azərbaycanda 2007-ci ildən bəri oynayıram. Bəli, bu illər ərzində Azərbaycan futbolunda çox böyük inkişaf var. Məsələn, Azərbaycanda ən güclü hesab etdiyim "Qarabağ” haqda danışmaq istəyirəm. Bu klubun Avropa Liqasındakı oyunu Azərbaycan futbolunun inkişafını nəinki bu ölkəyə, hətta bütün Avropaya göstərdi. Əgər vaxtilə Polşa yığması Azərbaycana 7-8 cavabsız top vururdusa, indi "Qarabağ” Polşa klubu "Visla”nı susdurmaqla, Azərbaycanda futbolu daha əvvəlki kimi oynamadıqlarını sübut etdi. Azərbaycanda futbola həqiqətən böyük qayğı göstərilir. Külli miqdarda pullar xərclənir. Xarici ölkələrdən tanınmış futbol mütəxəssisləri, legionerlər gətirilir. Yeganə problem hakimlərdir. Yalnız hakimlər Azərbaycan futboluna zərbə vururlar. Qalan hər şey qaydasındadır.
- Azərbaycanın yığma komandası Avropa çempionatının seçmə mərhələsində Belçika millisi ilə qarşılaşacaq. Hər iki ölkənin futbolunun hansı səviyyədə olduğunu bilirsən. Səncə, bu komandaların oyunlarında kim qələbəyə daha şanslıdır?

          - Azərbaycanda çox güclü futbolçular var. Daha öncə dediyim kimi, Azərbaycan futbolunda problem yalnız hakimlərdir. Belçika futbolu da zəif deyil. Fikrimcə, maraqlı oyunun şahidi olacağıq. Kimin qələbə qazanacağına gəlincə, bu, futboldur, öncədən proqnoz vermək çox çətindir. Hər iki komandanın qələbə qazanmaq şansı var. Kim güclüdürsə, o da qələbə qazanacaq.

Mənbə: "Çempion" qəzeti (3-5 sentyabr 2010 N: 012. 922)

Views: 758 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz