Cümə, 29/Mar/2024, 11:31
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Aprel 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Aprel » 21 » A. Mircavadov: "“Xəzər Lənkəran” Avropa kuboklarında uğurlu çıxış etmək məqsədindədir. Ümid edirəm ki, bu mövsüm arzular reallaşacaq"
19:35
A. Mircavadov: "“Xəzər Lənkəran” Avropa kuboklarında uğurlu çıxış etmək məqsədindədir. Ümid edirəm ki, bu mövsüm arzular reallaşacaq"

    

 - Ağasəlim müəllim, nə işlə məşğulsunuz?

            - Heç bir şey, evdəyəm. İstirahət edirəm.

 

- Bu yaxınlarda hər hansı təkliflər almısızmı?

            - Xeyr. Elə bir təklif olmayıb.

 

- Unibank premier-liqasının oyunlarını izləyirsinizmi?

            - Vaxtım olanda oyunları izləyirəm. Hərdən stadionda, bəzən də televiziya vasitəsi ilə matçlara baxıram. "İnter” – "Neftçi” qarşılaşması zamanı tribunada idim. Yaxşı oyun alındı.

 

- Çempionatın səviyyəsi yüksəlibmi?

            - Bir oyunla qiymət vermək düzgün olmazdı. Komandalar istəkli görünür. Amma bəzi amillər var ki, çempionatın səviyyəsini aşağı salır. İlk növbədə meydança amilini önə çəkmək istəyirəm. Ölkəmizdə yüksək standartlara cavab verən arenaların olmaması ciddi problemdir.

 

- Stadionlardan söz düşmüşkən, ölkəmizdə daha çox süni örtüklü meydançalara üstünlük verilir. Buna münasibətiniz?

            - Mən həmişə süni örtüklü meydançaların əleyhinə olmuşam. Belə meydançalar məşq prosesi zamanı lazımdır. Amma mövsüm ərzində 30 oyundan 20-ni süni örtükdə keçirmək olmaz. Həm də Azərbaycanda olan süni meydançalar ən geridə qalmışlardır. Belə meydançalarda futbolçuların zədələnmə ehtimalı böyükdür. Bundan sonra bərpa prosesi uzun müddət tələb edir. Futbolçularda mütəmadi diz və bel ağrıları müşahidə olunur.

 Bizim ölkədə həmişə yaxşı meydançalar olub. Hələ keçmiş SSRİ dövründə Lənkəranda, Gəncədə, Ağdamda, Mingəçevirdə, Qazaxda yaxşı stadionlarımız var idi. Amma biz həmin arenaları inkişaf etdirmədik, qorumadıq. Bu şəhərlərdəki stadionlarda bütün mövsümlərdə oyunlar keçirilir. Yəni ölkəmizin iqlim şəraiti təbii örtüklü meydançaların inşası üçün uyğundur. Gərək, klub rəhbərləri bu məsələdə çox diqqətli olsun. Yaxşı başa düşürəm ki, süni örtüklü meydançalar qayğı baxımından daha az maliyyə vəsaiti tələb edir.

 

- Keçmiş klubunuz "Xəzər Lənkəran”ın oyununu izləyirsinizmi? Deyəsən, yenə də komanda çempion ola bilməyəcək.

            - Klubun bir-iki matçını izləmişəm. Düzünü deyim, "Xəzər Lənkəran”da Mirça Rednik üçün ideal şərait yaradılıb. İndiyədək bu komandada heç bir məşqçiyə belə transferlər etmək nəsib olmamışdı. Həm yay, həm də qış transferi dövründə kluba legionerlər cəlb olunub. "Xəzər Lənkəran” yarandığı gündən iddialı olub. Bu amil çox sevindiricidir. Komanda Avropa kuboklarında uğurlu çıxış etmək məqsədindədir. Ümid edirəm ki, bu mövsüm arzular reallaşacaq.

 

- Belçika ilə oyun yığmanın Türkiyə ilə matçda qələbəsinin təsadüfi olduğunu göstərdi. Bu fikirlə razısınız?

             - Bakıda keçiriləcək növbəti oyunlardan sonra bu suala konkret cavab vermək olar. Mənim fikrimcə, yığmaya Azərbaycan futbolunu yaxşı bilən mütəxəssis rəhbərlik etməlidir. Bizdə yerli məşqçilərə inam yoxdur. Bu inam olduğu təqdirdə daha yaxşı nəticələr qazanmaq mümkün olacaq. Foqts üçün hər cür şərait yaradılıb. O vaxt yığma ildə 1-2 dəfə təlim-məşq toplanışına yollananda bu bayram kimi qəbul olunurdu. Amma indi ayda bir dəfə dünyanın müxtəlif yerlərində hazırlıq keçmək mümkündür.

 Futbolun inkişafında siz jurnalistlərin böyük payı var. Hətta deyərdim ki, 50 faiz iş sizin üzərinizə düşür. Hər bir məşqçinin öz futbol fəlsəfəsi var. Lakin mütəxəssis yerli futbol barəsində də informasiyaya malik olmalıdır.

 

- Sizcə, "Neftçi” mövsümü çempion kimi başa vura biləcəkmi?

            - Məncə, bəli. "Neftçi” çempion olmağa çox yaxındır. Düzdür, çempionluq rəsmiləşməsə də, artıq Arif Əsədovu təbrik etmək istəyirəm. O, yaxşı komanda formalaşdırıb və işini uğurlu sayıram. "Altılıq” mərhələsində "Neftçi”nin çıxışı uğurlu alındı. Komanda keçirdiyi 5 oyunun üçündə qələbə qazanıb, ikisində heç-heçə oynadı. Bu amil əsas rəqiblərlə 8 xallıq fərqin yaranmasına səbəb oldu.

 

- Ağasəlim müəllim, ölkəmizdə xaricdə oynamağa hazır futbolçular varmı?

            - Futbolçularımız öz üzərlərində çox işləməlidirlər. Bu baxımdan bəzi axsamalar var. Bundan başqa, seçiləcək ölkə çox önəmlidir. Bu ölkənin mentalitetini bilməli, dil problemini aradan qaldırmalısan. Məsələn, Vaqif Cavadovun "Tvente”dəki uğursuzluğu məni çox təəssüfləndirdi. Mən həmişə Vaqifə inanmışam və ümid edirəm ki, o yenidən əvvəlki kimi oynayacaq. Hazırda Rauf Əliyev, Kamran Ağayev, Əfran İsmayılov, Maksim Medvedyev kimi futbolçular ligeoner həyat yaşaya bilərlər. Mən "Qarabağ”da çıxış edən Rəşad Sadiqovu da qeyd edə bilərəm. Bu futbolçu "Neftçi”də rəhbərliyim altında oynayıb və Sadiqov çox çalışqandır.

 Futbolçularımızın legioner həyatı yaşaya bilməməsini menecerlərimizin zəif olması ilə əlaqələndirmək də mümkündür. Əgər futbolumuzu dünyada daha çox tanıda bilsək, oyunçularımızın da xaricdə oynamasına şərait yaradarıq.

 

Kamal RZA

 

Mənbə: "Futbol365.az”

Views: 466 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/65535
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz