Cümə, 19/Apr/2024, 20:50
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyun 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » İyun » 22 » A.Mircavadov: “Olimpiya”nı udmaq lazımdır, vəssalam! - MÜSAHİBƏ
09:28
A.Mircavadov: “Olimpiya”nı udmaq lazımdır, vəssalam! - MÜSAHİBƏ

 

           - Avropa Liqasının püşkü atıldı. Nəticədən razı qaldınızmı? Hər halda, Moldovanın "Olimpiya” klubunun potensial rəqibləriniz arasında ən münasibi olduğunu nəzərə alsaq, bəxtiniz gətirib...

- Niyə ki? Sizi başa düşürəm. Ola bilər ki, komandanın adına görə deyirsiniz. Artıq rəqib haqda məlumat toplamağa başlayırıq. Bildiyimizə görə, futbolçularının çoxu legionerlər, əsasən də afrikalılardır. Ola bilsin ki, Moldova çempionatı zəifdir. Ancaq "Olimpiya”nı zəif saymaq olmaz. İndidən demək olmaz ki, bizə asan rəqib düşüb və növbəti mərhələyə asanlıqla keçəcəyik.

 

- Onu da nəzərə alaq ki, Moldova klubları avrokuboklarda bizə qalib gəlirlər. Bu mənada Moldovadan keçmiş futbolçunuz Denis Kalinkov, yaxud kimdənsə məlumat almaq fikrindəsiniz?

- Kalinkovla danışmağa ehtiyac görmürük. Çünki mənim Moldovadan yaxşı tanışlarım var. Onlardan biri ilə vaxtilə Moskvada Ali Məşqçilər Məktəbində birgə oxumuşam. Artıq onun vasitəsilə işə başlamışıq.

 

- İlk oyunu evdə keçirəcəksiniz. Özü də ilk dəfə Lənkəranda oynayacaqsınız və bu üstünlükdən yararlanmalısınız. Bütün bunlar haqda nə düşünürsünüz?

- (gülür). Düşünmək qurtardı. İndi düşünmək yox, işləmək lazımdır. "Olimpiya” ilə oyuna yaxşı hazırlaşmaq vacibdir. Hazırda Almaniyada yağışın altında məşq edirik. Əməli işə keçmək lazımdır. Moldova klubu ilə oynayıb, udmaq lazımdır, vəssalam.

 

- Biz hesab edirik ki, "Xəzər-Lənkəran” bu cütdə favoritdir. Bəs siz necə fikirləşirsiniz?

- Belə deməzdim. Hər bir rəqibə hörmətlə yanaşmalıyıq.

 

- Yeni transferlərlə bağlı vəziyyət nə yerdədir?

- Legionerlərdən yeganə transferimiz gürcü Davit İmedaşvilidir. Qalanları bildiyiniz yerli futbolçulardır.

 

- Zaur Ramazanovun qayıdışı gözlənilməz oldu...

- Zaur "Xəzər-Lənkəran”da uğurla çıxış etmiş futbolçudur. Onun potensialına yaxşı bələdik. Hesab edirik ki, Ramazanov bizə fayda verə bilər.

 

- Ancaq onun nizam-intizamla bağlı problemi olub və bu səbəbdən "Xəzər-Lənkəran”dan kənarlaşdırılıb...

- Nizam-intizamla bağlı problem hər bir futbolçuda ola bilər. Əsas odur ki, bu səhvdən nəticə çıxarasan. Biz Zaura imkan yaratmışıq ki, özünü sübut etsin.

 

- Bəs digər keçmiş kapitanınız Emin Quliyevi də qaytarmaq fikrindəsiniz? Onun da intizamla bağlı problemi olub.

- Hər futbolçu səhv edə bilər. Hazırda Eminin məsələsi gündəmdə deyil. Yerli futbolçu axtarışlarını davam etdirmirik.

Mənbə: "Apasport.az" saytı      00:03 22-06-2010 

Views: 477 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz