8
Mart Beynəlxalq Qadınlar Günü
münasibəti ilə Bütün Xanımları təbrik edir, onlara can sağlığı, arzuladıqları
xoşbəxtlikləri yaşayacaqları uzun ömür ərzində Allahdan nəsib almalarını arzu
edirik. Qadınlar incə məxluq yaradıldığından, biz kişilərin də onlarla daim incə
rəftarımızı, sevgimizi və ən müqəddəs ANA kəlmələrinə layiq hörmətlə
yanaşacağımızı, əsl kişilər adından boynumuzun borcu olduğunu bir daha
xatırlayaraq, təbrik edirik!
"Bosman” Fanklubu
Həmçinin bu bayramla əlaqədar tarixi
xatırlatma və qadınlara aid digər bayramlar haqqında aşağıda məlumat verməyi
özümüzə borc bilirik:
8
Mart – Beynəlxalq Qadınlar Günü
Beynəlxalq Qadınlar Günü — Hər il 8 mart tarixində qeyd olunan beynəlxalq bayramdır.
8 mart – ənənəyə görə bu gün qadınlar əks cinsin
nümayəndələrindən diqqət, gül və hədiyyə gözləyirlər. 8 mart postsovet
respublikalarında, habelə Anqola,Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də
8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.[1]
Tarixi
Qadınların kişilərlə bərabər
hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 Mart 1857 -ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının
aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə e`tiraz
olaraq tə`til etməsi qəbul edilir. Lakin
polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.
1908-ci il Nyu-Yorkda
15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səs vermə hüququ üçün
nümayiş keçirdi. Nümayişdə ayrıca ilk
dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı " Çörək və Gül "
idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini
ifadə edirdi.
1909-cu ildə isə
Avropadaki qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın
günü olaraq keçirdi.
1910-cu ildə 1857-ci il
hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın
Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8
martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi
və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda
yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya
Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.[2] [3]
Bəzi tarixçilərin fikrincə, 8
martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin
günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkininşəxsiyyətinə,
xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu
ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim
bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni
zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.
Bibliya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci ildə
yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına
icazə verilib. Amma "özünü
tutmuş" yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət iranlıları
getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Aman
İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün
yəhudiləri qırmağı qərara alır. Kserksin arvadı, özünün yəhudi olduğunu hamıdan
gizli saxlayan Esfir ərinin qəbul etdiyi qərarı dəyişdirməyə nail olur.
Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların
düşmənlərinin öldürülməsi nəzərdə tutulur. Tezliklə yəhudilər antisemit iranlıları darmadağın edərək Amanın qulağını kəsirlər. Yeri
gəlmişkən, indiyədək yəhudilər Purim bayramında Amanın qulağını rəmzləşdirən
üçbucaq şirniyyat növü bişirirlər. Çox güman ki, Klara Setkinin təklifinin
əsasında şəxsi maraqlar durub. İnqilabi hərəkatın da öz bayramlarının olması
istəyi aydındır. Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı,
qadınları da mübarizəyə qatmaq ağıllı və effektli ideya idi.
1911-ci ildə
Kophenagen qərarından sonra ilk dəfə olaraq 19 martda Avstriya, Danimarka,
Almaniya və İsveçrə də bu bayram qeyd edilmişdir.
1917-ci ildə Çar Rusiyasında
qadınlar, pis həyat tərzinə qarşı " çörək və sülh " adlı nümayiş
keçirdilər. 8 mart günü olan bu tətil,
daha sonra digər Avropa ölkələrində
də qeyd edilməyə başlandı.
1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz
bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın
ili e`lan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq
keçirildi. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi
Qurultayında 8 mart, qadın hüquqları və
beynəlxalq sülh günü olaraq qəbul edildi.[4] [5]
Beynəlxalq Qadınlar Günü eyni
zamanda qadın hüquqlarının genişləndirilməsinin və bu günkü qadının daha azad
olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür.
Bütün bunları nəzərə alaraq, demək olar ki, 8 Mart, sadəcə, qadınlar
günü yox, qadın-inqilabçılar günüdür.
Beynəlxalq Qadınlar Günü Azərbaycanda
Bayramınız mübarək
!
8 Mart Sovet İttifaqından qalma
bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Ədalət naminə demək lazımdır ki, qadınların kütləvi şəkildə
savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də
buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq,
artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə
qədər silinməyib.
1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət
Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu
üzvüdür. 1995-ci
ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin
bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya
qoşulub.
Səhiyyədə
çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardan ibarətdir.
Respublikanın 85 rayonundan 2-nin icra başçısı, 22-nin isə icra başçısının
müavinlərindən biri, Milli Məclis üzvlərinin 13-ü, iki komitə sədri, ombudsman, iki nazir
müavini qadındır. Ali və apellyasiya məhkəmələrinin sədrləri də yaxın
keçmişimizdə zərif cinsin nümayəndəsi olub.
Analar günü
Amma dünyanın bir çox
ölkələrində müxtəlif vaxtlarda qeyd olunan Analar günü bayramı var. Avstraliya, Belçika, Danimarka, İtaliya, Türkiyə,
Finlandiya, ABŞ və Yaponiyada Analar günü mayın ikinci bazar gününə düşür.
Hindistanda oktyabrın əvvəllərində on əli olan Durqa adlı ana-ilahənin şərəfinə
on günlük Durqa Puca bayramı keçirilir. İspaniya və Portuqaliyada anaları
dekabrın 8-də, Fransa və İsveçdə isə mayın sonuncu bazar günündə təbrik
edirlər. Amma analar günü ən orijinal şəkildə Serbiyada qeyd edilir. Miladdan 2
həftə əvvəl qeyd olunan həmin bayram günündə sübh tezdən uşaqlar analarının yatağına
yaxınlaşıb onu çarpayıya bağlayırlar. Ana əsirlikdən qurtulmaq üçün bir gün
əvvəldən balışının altında hazır qoyduğu hədiyyələri balaca
"quldurlar"a verməli olur. 8 Martın beynəlxalq qadınlar günü elan
edilməsi haqda qərar 1910-cu ildə, sosialist
qadınların Konpenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib.
Bayram ilk dəfə 1911-ci ildə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə
qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilib.
|