Unibank premyer liqasının, final
mərhələsinin, hər turu getdikcə gərgin xarakter almaqdadır. Çünki sona artıq,
altı tur qalır.Çempionluq yarışında bu qədər az qalan turlar ərzində xal
itkisinə yol vermək, sonda hədəfdən uzaq düşməyə gətirib çıxara bilər. Odur ki,
demək olar bütün komandalar hər oyuna son matç kimi çıxırlar. Söz yox ki, bu
gün çempionluq hədəfinə yaxın və uzaq olan komandalar var ki, bu da onların
turnir cədvəlindəki mövqeyi, komandadakı hazırki durum və s. göstəricilərlə
şərtləndirilir.
"Xəzər Lənkəran”a gəlincə,
komandamız bildiyinizə görə həm çempionluğa oynayır, həm də ölkə kubokuna
iddialıdır.Bunun üçün komandamızın turnir cədvəlindəki mövqeyi,ölkə kubokunda ½
final mərhələsində olması,həm potensialı və s. imkan verir. Onsuz da komandamız
bu hədəflərə doğru inamla addımlayır. Lakin bəzi Azərbaycan reallıqları bunu
əngəlləmək istəyindədir. Belə bir qabarıq cəhd "Xəzər
Lənkəran”-"Neftçi”oyununda özünü göstərdi ki, bu oyun ətrafında başverənlərdən
xəbərdarsınız. Hakimliklə gözə görünən, lakin kökü çox uzaqlara gedib çıxan
komandamızın əleyhinə yönəlmiş bu cəhd iki xalımızın itməsinə səbəb oldu ki,
əslində bu gün biz 24 xalla vahid lider olmalıydıq.
Deyəsən bu istiqamətdə klubumuzun
rəsmi saytında 1 aprel zarafatı yerinə düşdü. Yəni əvvəlki qalmaqalları nəzərə
alan klub "Qarabağ”la oyuna İspan hakimlərin dəvət edildiyini, hətta müxtəlif
ispan adlarını belə göstərmişdi.
"Xəzər Lənkəran” azarkeşinin etirazları
nəticəsiz ötüşmədi. Əvvəlki turlardan fərqli olaraq, "Xəzər Lənkəran”-" Qarabağ”
matçını idarə edən Anar Salmanov və
briqadası özünü elə təxminən ispan hakimlər briqadası kimi apararaq matçı demək
olar səhvsiz idarə etməyi bacardı. Hakimlərimiz müəyyən qədər düzgün oyun idarə
etməyi bacarırlar digəlki yuxarılar mənfur planlar cızmasınlar.Artıq onların
bir qismi cəzaya məruz qalmışlar.
Kim deyə bilərdi ki, "Neftçi” öz meydanında
"Qəbələ”yə 1:2 hesabı ilə məğlub olacaqdı. Çünki bu tur Ə.Həmzəyev oyun idarə
etmirdi, F.Yusifov və onu kimilərin "gözlərinin odu alınmışdı.”Neftçi” bir
11-metrlik zərbə ilə heç olmasa hesabı bərabərləşdirəcəkdi. A.Neaqa da bombardirlər
sırasınada şəriksiz lider olacaqdı -11 top (7-si penaltidən). Heç "Qarabağ”ı
demirəm.Bir düzgün oyun apardığına görə Vüsal Əliyevi neçə oyun hakimlikdən
uzaqlaşdırdılar.Sonda, futbol başbilənlərinin içərisində olan qaraguruh
cəzalandırıldı.Bu cəzalandırılma bizləri arxayın salmamalıdır,ayıq olmalıyıq.
Nə qədər ki, Ə.Həmzəyevkimilər, F.Yusifovkimilər var, bizim sivil mübarizəmiz
davam etməlidir. Bunu biz azarkeşlər bacarır, əvəzində Azərbaycan futbolu
qazanır. Nəvaxtlarsa, Azərbaycan futbolu inkişaf edib Avropa səviyyəsinə çatıb deyəndə heç
azarkeşlərin bu mübarizəsi, bu əməyi yəqin ki, yada düşməyəcək. Biz zatən yadda
qalmaqçün çalışmırıq. Bizim məqsədimiz,
güclü və inkişaf etmiş olan Azərbaycan futboludur!
Qoy kim
güclüdürsə, o qalib olsun!
Müəllif: Mirhafiz M. Babayev "Bosman” fanklubundan 06.04.2010
|