Cümə, 27/Dek/2024, 00:59
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Dekabr 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Dekabr » 31 » 2012- Yeni iliniz Mübarək və ya əjdaha qardaş özü bilər
15:25
2012- Yeni iliniz Mübarək və ya əjdaha qardaş özü bilər


            İlləri bir-bir yola salmaqdayıq. Kimi illəri yola salmaq haqda düşünür. Kimilər də bu ildən növbəti ilə keçə bilməyib ömrünü, işini dayandırmalı olur. Əslində geriyə çevrilib baxanda insan ömrünə xas olan qədər illəri yola sala bilirik. Amma ondan da o tərəfə, geriyə boylananda illərin bizi yola saldığını görürük. Bəşər tarixi yaranandan insanlar özlərində bu ili də belə yola saldıq deyirlər. Amma illər,-gör sizlərdən neçə-neçə milyonları, hətta milyardları yola salmışam deyir. Bu gün sağlam və əlində müəyyən imkanı olanlar sanki daim belə olacağını, elə həmişə onun illəri yola salacağını düşünür. Amma sən saydığını say, gör fələk nə sayır-kəlməsini də atalarımız əbəs yerə söyləməyiblər. Kimlər gəldi, keçdi bu illərin sınağından,- Nizamilər, Fizulilər, Sabirlər, Tolstoylar, İbn Sinalar, Sokratlar, Plutonlar, Nyutonlar, Eynşteynlər, Dümalar, Xristofor Kolumblar,... daha neçə-neçə dahilər. Adları çəkilməklə bitməyən bu dahilərin hamısını illər yola salsa da onların fəaliyyətlərinin nəticələri isə bəşəriyyət mövcud olduqca insanlara xidmət edəcək. Bax budur illərin cismən yola saldığı, lakin mənən yola salmağa gücü çatmadığı şəxsiyyətlər.

            Bunlar kimi digər sahələrdə də dahi insanlar olub. Elə götürək futbol sahəsini. Edson Arantes du Nasimentu- Pele, Dieqo Armando Maradona, Lionel Messi və sair kimi futbol dahiləri. Bu şəxslər bu gün də illəri yola salırlar. Kimisi futbolu artıq kənardan izləyir, kimisi də hələ sahələrdə mücadilə aparır. Amma onu deyə bilərik ki, digər dahilər kimi illərin onları da mənən yola sala biləcəyi mümkünsüzdür. Ona görə mümkünsüzdür ki, artıq onlar qızıl sətirlərlə dünya futbolunun tarixinə adlarını yazdıra biliblər. Bizdə də belə futbol dahiləri az da olsa yox deyil. Təkcə Anatoli Banişevski, Ələkbər Məmmədov və Tofiq Bəhramov kimilərinin timsalında bizə fəxr yaşadan bu sahə adamlarına ömür boyu minnətdar olmalıyıq.

            Bəşəriyyət hər ilə bir  cür yanaşma edir. Hər ilə bir heyvan adı verməklə, sanki həmin ilin bu heyvana xas olan xüsusiyyətlərlə keçəcəyinə inanırlar. İlləri qarşılayarkən və yola salarkən bəziləri bu heyvanların xüsusiyyətlərinə görə işlərini də qurmaq istəyirlər. Yola salmaqda olduğumuz 2011-ci ili insanlar Dovşan ili kimi səciyyələndirirdilər. Belədə bəziləri özlərini daha zorba hesab edib dovşanı ovlamaq, diri tutmaq üçün isə torba tikərək onu tutmağa çalışdı. Deyəsən dovşan bərk və sürətli qaçağan olduğundan onu tutmağın heç də asan olmayacağını dərk edənlər daha ətraflı və genişmiqyaslı tədbirlərə əl atmağı planlaşdırmışdılar. Əvvəlcə torbanın tikilməsi haqqında düşündülər. Lakin dovşan da nə dovşan... Torbanı timək üçün çox davamlı saplardan istifadə etmək lazım idi. Həmçinin dovşanı qovarağa salıb nəhayət torbanın içərisinə salmaq üçün isə hər tərəfdən onun qarşısını kəsmək ürkütmək lazım idi. Belə olanda dovşan ovlamaq istəyənlər daha təcrübəli torbaçılarla məsləhətləşib, işbirliyi təklifi edən kimi,- "torba mütəxəssisləri”-narahat olmayın biz sizə necə lazımdırsa, elə də kömək edərik dedilər. Zorba torbatikənlər dovşanı tutmaq istəyənlərə hələ bir təsəlli də verdilər:- Biz bir yandan başlarıq, o tərəfdən intelegentləri də işə cəlb edərik ki, dovşan haqda ağızlarına gələni yazıb onu ürkütsünlər, digər tərəfdən də nə çox məhəllədə "oğraş” uşaqlar. Hərəmiz bir yandan qovarıq. Axır yorulub əldən düşən dovşanı torbaya salarıq. Bəzi fərsizlər də var ki, onlar da bizə kömək edərlər. Belə şeyə görə niyə narahat olursuz?

Bəli, dovşan ilin torba tikib yola salırıq deyən sənətkarlar, işi qurtarıb başlarını qaldırmamış, irəli baxmağa başlayanda bir az özləri də diksindilər. Torbatikənlər kompaniyasının üzvləri bir-birinə baxaraq, qarşıdan hansı ilin gəldiyinə diqqət yetirdilər. Gələn əjdaha ili idi. Növbəti torbanın necə böyük və möhkəm olması və bunu bacarmağın qeyri-mümkünlüyü onları qorxudurdu. Belə olan halda hamı bir-birinin yadına bir əhvalatı xatırlatmağa çalışdı. Əhvalat isə belə idi:- Bir gün gəmi göyərtəsində müxtəlif insanlar  hansısa səfərə çıxmışdı. Dəryanın ortasında birdən hava qarışdı. Tufan və böyük dalğalar gəmini döyəcləməyə başladı. Birdən suyun ortasından böyük bir əjdaha başını qaldırıb gəmiyə tərəf yaxınlaşdı. Hamı qorxuya düşmüşdü, nə edəcəklərini belə bilmirdilər. Bu zaman əjdahaya yalvarmağa başladılar. Əjdaha isə nə əjdaha heç kimi dinləmək istəmirdi. Amma bir şərtinin olduğunu gəmidəki kişi və qadınlara bildirdi. Əjdaha erkək olduğundan kişiləri yeyəcəyini, qadınları isə... bildirdi. Belə olan halda bəzi "kişilər” əjdahadan xahiş etməyə başladılar ki, ay əjdaha qardaş sən gəl seçimini dəyiş. Qadınları ye, bizə isə nə istəyirsən et. Belədə qadın sərnişinlər xorla belə dedilər:-siz susun, əjdaha qardaş özü yaxşı bilir, kimi yeyər, kimi...

Nə isə məsələnin sonu ilə işimiz yoxdur. Amma builki əjdaha torbatikənləri ya yeyəcək, ya da özü biər...

Biz qarşıdan gələn Yeni 2012-ci il və Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə hamını təbrik edir, ən şirin nemət olan can sağlığı və ədalətli yaşayış arzu edirik! 

Views: 852 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz