Sizin
bütün azarkeşlərlə gözəl münasibətinizin olduğunu bilirik. Həmçinin azarkeşlər arasında adınız həmişə hörmətlə çəkilir. Çünki, bu qədər çoxminli azarkeşlər sizə zəng edərək məşqlərin harada olacağı və sair barədə suallarına, yoruldum dediyinizin
heç kim şahidi olmayıb.
- Onları çox yaxşı başa düşürəm. Çünki hər şeydən əvvəl
özüm də azarkeşəm. Fanatların yaşadığı hisslər mənə çox yaxındı. Onların qəlbini
qırmağa haqqım yoxdu. Hələ bura jurnalistlərin
məşqçi və futbolçulardan musahibə almaq üçün zənglərini əlavə etsək
telefonum demək olur ki, susmur.
Komandanın
qələbələri zamanı ən çox sevinənlərdən olursunuz. Dəfələrlə əllər havada azarkeşlərə tərəf necə qaçdığınızın şahidi olmuşuq.
- Qələbə sevincini ifadə etmək üçün bəzən sözlər də yetərsiz
olur. Bəzən elə qələbələr olur ki, adama ləzzət verir, ekstaz vəziyyətinə
düşürsən. Həmin an sevincini azarkeşlərlə bölüşmək adama xüsusi zövq verir. İnşaAllah
ümid edirəm ki, qarşıda hələ bizi saysız ugurlar gözləyir.
İşiniz
çətin deyil ki? Çünki komandamızda
müxtəlif ölkələrdən əcnəbi futbolçular var. Həm yerli
futbolçular, məşqçimiz isə
Rumıniyadandır. Ümumiyyətlə, neçə dil bilirsiz?
- Təbii
ki, hər bir işə təzə başlayanda çətinliklər qaçılmazdı. Artıq bir neçə ildi bu
sahədə çalışıram və hər gün qazandığım təcrübə məni işimə daha həvəslə
yanaşmağa sövq edir. O ki, qaldı neçə dil bilməyimə, doğma talış və azərbaycan
dilləriylə yanaşı ispan, ingilis, portuqal, rus, türk və fransız dillərində
danışa bilirəm. Düzdü, fransız dili uzun müddət istifadə etmədiyimçün bir az
yadımdan çıxıb. Amma İbrahima Banqurayla
aradabir bu dili yadima salmaga çalışıram. Artıq 10 aya yaxindıki rumınlarla
birgə işləyirik.Roman dilləri qrupuna aid olduğu üçün rumın dilini də artiq
başa düşürəm. Əgər cənab Mirça Rednik ən azı komandamızda daha bir il qalarsa,
bu dilə də yiyələnə bilərəm.
Baş məşqçimiz Mirça
Rednik kifayət qədər təcrübəli məşqçidir. Öz işinizi gördüyünüz zaman həm də yəqin ki,
futbol bilikləriniz də artmış olur.
- İndiyədək
bir çox məşqçilərlə çalışmışam. Hərənin öz iş prinsipi, öz üslubu var. Doğrudan
da, Rednikin məşq sistemi çox maraqlı və rəngarəngdi. Bəzən futbolçularla söhbət
edərkən onlar da bunu xüsusi qeyd edirlər. Toplu çalışmalara daha çox üstünlük
verdiyi üçün bu onların xoşuna gəlir. Deyə bilərəm ki, futbolçularla yanaşı mən
də Redniklə işləməkdən çox məmnunam.
Tanınmış məşqçi Joze
Maurinyo əvvəllər futbol mütəxəssisi olmasa
da məşhur Bobbi
Robson və Lui Van Qalın tərcüməçisi işləyərkən futbol
biliklərinə yiyələnmiş və indi özü də tanınmış məşqçiyə
çevrilmişdir. Elvar Quliyevin, Joze Maurinyo olmaq fikri varmı?
- Bəzən
dostlarım da mənə zarafatca bu sualı verirlər. Düzdü, futbolu çox sevirəm, uşaqlıqdan
maraqlanıram. İndi isə futbol mənim həyat tərzimdi. Amma məşqçi olmaği heç vaxt
düşünməmişəm. Özümü futboldan uzaq təsəvvür etməsəm də, yəqin müəyyən müddətdən
sonra komandadakı tərcüməçilik fəaliyyətimə də son qoyacam.
Sonda, azarkeşlərimizə arzunuz və nələri əlavə etmək istərdiz.
- Azarkeşlərimiz
haqda ancaq xoş sözlər deyə bilərəm. Onlar ən yaxşısına layiqdirlər. Heç şübhəsiz
"Xəzər Lənkəran" azarkeşi nəinki Azərbaycanda, bütün Qafqazda bir
nömrədi. Çətin gündə də, xoş gündə də daim komandanın yanındadırlar. Məhz bu
keyfiyyətlərinə görə hamı onları "ən yaxşı" adlandırır. İnşaAllah
mayın 24-də komandamız ölkə kubokunu qazanmaqla, ardınca isə avrokuboklarda
uğurlu çıxışıyla onları sevindirəcək!
|