
Bildiyimiz
kimi bu il Azərbaycan kubokunun XX yubiley yarışları keçirilir. Bir müddət əvvəl
1/16 mərhələdən başlayacaq yarışın püşkü də atılmışdı. Keçən ildən tətbiq
olunan reqlament əsasında keçiriləcək bu yarışlarda 1/16və 1/8 mərhələdə
komandalar cəmi bir görüş keçirməlidir. Elə bu görüşün qalibi də növbəti mərhələyə
yüksələn komanda olacaq. ¼ və ½ mərhələsinin oyunları isə ev və səfər görüşlərindən
ibarət olacaq və yalnız bundan sonra növbəti mərhələyə və finala yüksələn
komandaların adlarına aydınlıq gələcək. Final görüşü isə həmişəki kimi
paytaxtda keçiriləcək və yalnız bir oyundan ibarər olacaq. Bu oyunun qalibi isə
Azərbaycan kubokunu başı üzərinə qaldıraraq yarışın qalibi adını qazanacaq.
Bildiyiniz
kimi keçən mövsüm "Xəzər Lənkəran” yarışlarda inamla çıxış edərək kuboka sahib
çıxdı. Bu il isə komandamız yenə çempionatdakı kimi bu yarışdada inamla çıxış
etmək əzmindədir və kuboku özündə saxlamaqla bizləri sevindirmək gücündədir.
1/16 mərhələnin
yarışlarında tək Premyer Liqa təmsilçisi "Sumqayıt Şəhər” komandası çıxış edib.
Qalan komandalar isə birinci dəstə təmsilçiləri olub. Artıq 26 Oktyabrda
keçirilən ilk mərhələnin qalibləri də müəyyənləşib. 1/8 mərhələdə bəzi Premyer
Liqa təmsilçilərinin rəqibləri bəlli olsa da, bəzilərinin rəqibləri 1/16 final mərhələsindən
gələcək komandalar olacaqdı. Dediyimiz kimi bu mərhələnin oyunları artıq
keçirildiyindən 1/8 final mərhələsinin bütün iştirakçıları və əvvəlcədən
atılmış püşk nəticəsində bütün rəqiblər məlumdur. Rəqibi məlum olmayan
komandalardan biri də elə doğma "Xəzər Lənkəran” klubu idi. Belə ki, potensial
rəqibləri 1/16 final mərhələsində qarşılaşacaq "Şuşa" - "Qaradağ
Lökbatan" cütünün qalibi, 1/8 final mərhələsində komandamıza rəqib olacaqdı.
Artıq 26 Oktyabrda
1/16 final mərhələsinin oyunları keçirilib və IV cütün qalibi "Qaradağ Lökbatan”
komandası olub. Beləliklə, 1/8 final mərhələsində komandamızın rəqibi "Şuşa”
komandasına 2:3 hesabı ilə qalib gələn "Qaradağ Lökbatan” komandası olub.
1/8 final mərhələsinin
oyunları isə 30 Noyabr 2011 ci ildə keçiriləcək. Tək oyunla qalibi bilinəcək bu
matçda komandamıza uğurlar arzu edirik və düşünürük ki, səviyyə baxımından çox
yüksək olan komandamıza "Qaradağ Lökbatan” komandası elə də başağrısı ola bilməyəcək.
|