İlk dəfə olaraq çempionatın təşkilatçılığı iki ölkəyə tapşırılmışdı. Həm də turnir ilk dəfə olaraq Asiya qitəsində keçirilirdi. Asiyanın iki sənaye ölkəsində keçirilən turnir, təşkilatçılığı baxımından əvvəlki çempionatlardan heç nə ilə geridə qalmadı. Əvvəlki çempionatda olduğu kimi final mərhələsində 32 ölkə təmsil olunurdu. Bu çempionatda qələbəni top sehrbazları- braziliyalılar qeyd etdilər. Püşkatma nəticəsində qruplar belə formalaşdırılmışdı: A qrupu: Danimarka, Seneqal, Uruqvay, Fransa B qrupu: İspaniya, Paraqvay, CAR, Sloveniya C qrupu: Braziliya, Türkiyə, Kosta-Rika, Çin D qrupu: Cənubi Koreya, ABŞ, Portuqaliya, Polşa E qrupu: Almaniya, İrlandiya, Kamerun, Səudiyyə Ərəbistanı F qrupu: İsveç, İngiltərə, Argentina, Nigeriya G qrupu: Meksika, İtaliya, Xorvatiya, Ekvador H qrupu: Yaponiya, Belçika, Rusiya, Tunis Qrupların qalibləri yəni bir və ikinci yerləri tutan komandalar 1/8 finala yüksəldilər. 1/8 final oyunlarının 4-ü Cənubi Koreyada, 4-ü isə Yaponiyada keçirildi. Bucütlüklərin qalibləri isə ənənəvi olaraq ¼ final mərhələsində görüşdülər. ¼ finalda Almaniya ABŞ üzərində qələbə qazandı (1-0.Ballak). İspaniya və Cənubi Koreya komandalarının qarşılaşmasında qol qeydə alınmadı. Penalti seriyasında asiyalılar daha dəqiq oldular (5-3). İngiltərə Braziliya oyununda hesabı 23-cü dəqiqədə M. Ouen açdı. Fasiləyə qədər Rivaldo cavab qolu vura bildi. İkinci hissədə qapıçı Simonun səhvi ingilislərə baha başa gəldi. Ronaldinyonun uzaq məsafədən zərbəsi qapıçının düzgün yer seçmədiyinə görə qol oldu. Seneqal-Türkiyə oyununun əsas vaxtı 0-0 hesabı ilə bitti. Əlavə vaxtın 4-cü dəqiqəsində İlhan Mansız qələbə topunu vurdu və oyun qurtardı. Yarımfinalda hər iki oyun minimal hesabla başa çatdı. Almanlar koreyalıları 75-ci dəqiqədə Ballakın, braziliyalılar isə türkiyəliləri 49-cu dəqiqədə Ronaldonun qolu ilə məğlub etdilər. Üçüncü yer uğrunda oyunda Hakan Şükürün Cənubi Korea komandasının qapısına vurduğu qol bütün çempionatların tarixində vurulmuş ən erkən qol oldu. Koreyalılar 9-cu dəqiqədə hesabı bərabərləşdirsələr də, 13 və 32-ci dəqiqələrdə İlhan Mansızın vurduğu iki qola oyunun sonuncu dəqiqəsində Son Çon Huk bir qolla cavab verdi 3-2. Final oyunu o qədər də maraqlı keçmədi və braziliyalıların 2-0 hesablı qələbəsi ilə başa çatdı. Qolları 67 və 79-cu dəqiqələrdə Ronaldo vurdu. Braziliyalılar 5-ci dəfə çempion oldular ********************************
Daha sxematik olaraq bax
********************************
Video izlə
|