Dünya çempionatı maraqlı hadisələrlə zəngin oldu. Çempionatda ilk turdan etibarən sensasiyalı nəticələr qeydə alındı. Turnirdə yenə 24 komanda iştirak edirdi. Püşkatma nəticəsində qrupların tərkibi aşağıdakı kimi formalaşdırılmışdı: 1-ci qrup: İtaliya, Çexoslovakiya, Avstriya, ABŞ 2-ci qrup: Kamerun, Rumıniya, Argentina, SSRİ 3-cü qrup: Braziliya, Kosta-Rika, Şotlandiya, İsveç 4-cü qrup: AFR, Yuqoslaviya, Kolumbiya, BƏƏ 5-ci qrup: İspaniya, Belçika, Uruqvay, Cənubi Koreya 6-cı qrup: İngiltərə, İrlandiya, Hollandiya, Misir Yuxarıda qeyd etdiyimiz kimi çempionat sensasiyalarla zəngin oldu. Elə birinci turda dünya çempionları-argentinalılarla, Afrika təmsilçisi-Kamerunkomandalarının görüşündə Omam Biyikin vurduğu tək qolla ikincilər qalib gəldilər. Bu nəticənin təsadüfi olmadığını afrikalılar növbəti turda rumınları 2-1 hesabı ilə məğlub etməklə sübut etdilər. Qrupun axırıncı oyununda SSRİ komandasına uduzsalar da (4-0) kamerunlular növbəti mərhələyə yüksəldilər. Sovet futbolçuları əvvəlki turlarda Argentina və Rumıniya komandalarına eyni hesabla (0-2) məğlub olmuşdular və sonda iki xalla qrupda sonuncu oldular. Qeyd edək ki, bu, futbol üzrə SSRİ yığma komandasının dünya çempionatlarında ən pis nəticəsi idi. Əvvəlki çempionatda olduğu kimi 6-qrupun hərəsindən ən yaxşı iki kollektivlə yanaşı qruplarda 3-cü yer tutan və göstəriciləri daha üstün olan 4 komanda da növbəti mərhələyə yüksəldi. Bundan sonra 1/8 və ¼ final oyunları da gərgin və maraqlı keçdi. Daha sonra hər iki yarımfinal oyununun əsas və əlavə vaxtı eyni hesabla başa çatdı: İtaliya-Argentina və AFR-İngiltərə 1-1. Oyundan sonra təyin edilən 11-metrlik zərbələri argentinalılar və almanlar daha yaxşı yerinə yetirdilər. Final görüşü sönük keçdi və oyunun 85-ci dəqiqəsində argentinalıların qapısına təyin olunan 11-metrlik zərbəni Breme dəqiq yerinə yetirdi və bu yeganə qol almanları dünya çempionu etdi. Üçüncü yer uğrundakı oyunda, çempionluğa əsas namizəd hesab olunan İtaliya komandası ingilisləri 2-1 hesabı ilə məğlub etdi. ************************* Daha sxematik olaraq bax ************************* Video izlə
|