Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra onun idman həyatında və o cümlədən idman
mətbuatında yenidənqurma işləri başladi. Sovet idman mətbuatının yerini
Müstəqil Azərbaycan Respublikasının idman mətbuatı doldurmağa başladı.
Belə ilk nəşrlərdən biri də "Futbol +”
qəzeti oldu. Yarandığı ilk gündən idman həyatını geniş şəkildə, obyektiv,
tərəfsiz işıqlandırması ilə fərqlənən bu qəzet, bu gün yaranmasının 13-cü il
dönümünü qeyd edir. Ilk nəşrdən bu günə qədər dediyimiz bu keyfiyyətləri öz
əsas xətti kimi daim davam etdirən bu qəzet indi ölkədə demək olar bir nömrəli
idman nəşri kimi idmansevərlərin dostuna çevrilmişdir. Təsadüfi deyil ki, "Bosman”
fanklubu 2009-cu ilin yekunlarına görə müxtəlif nominasiyalarda qaliblər elan
etmiş, mətbuat sahəsində də "Futbol+” qəzetini ilin idman qəzeti elan etmişdir.
Biz
onlara bölgə müxbirimiz Hüseyn Cəbrayıloğlunun simasında gələcək işlərində
uğurlar, möhkəm can sağlığı, xoşbəxtlik, çoxminli oxucularının hər gün
gözlədiyi nəşr olmalarını davam etdirmələrini arzu edirik.
Bir daha 13 yaşınız mübarək!
|